“Excelsior Hotel Baku”da
“Fashion Night 2014” tədbiri keçirildi
“Excelsior Hotel Baku” və
Azərbaycanın tanınmış
model agentliyi “Fashion model school by Lyubov Gutorova” tərəfindən “Fashion Night 2014” tədbiri keçirildi. “Excelsior Hotel Baku” hotelinin yay terrasında keçirilən dəbli tədbir 2014-cü ilin ən böyük beynəlxalq tədbiri oldu. Tədbirdə azərbaycanlı dizaynerlər
Zümrüd Mirzəliyeva,
Hökumə Hacıyeva
və Günel Behbudovayla bərabər, həm də ukraynalı dizayner Svetlana Dmitrenko da iştirak
etdi. “Baku Fashion Night 2014” tədbirinin
təşkilatçılarından biri, “Fashion Model School” model agentliyinin
rəhbəri Lyubov Qutorova mətbuat konfransında qeyd etdi: “Biz, yerli dizaynerləri dəstəkləmək
məqsədilə silsilə
moda tədbirləri keçiririk. “Baku Fashion Night
2014” onlardan biri olacaq və yaxın gələcəkdə
bu tədbir davamlı olaraq keçiriləcək. Giriş biletlərinin
qiyməti çox münasibdir – bununla biz müasir dəb mədəniyyətinin inkişafı
və təbliği üçün daha böyük kütləni
cəlb etmək niyyətindəyik. “Fashion
Model School” gələcəkdə də belə tədbirlər keçirməyi
və bu istiqamətdə işlərinin
davamlılığını planlaşdırır. Bu, belə tədbirlərin daha çox keçirilməsinə, yerli
dizaynerlərə dəstək
olmağa və xarici dizaynerlərin ölkəmizə dəvət
edilməsinə gətirib
çıxaracaq”.
“Baku Fashion Night 2014” layihəsinin iştirakçıları
və nümayiş ediləcək kolleksiyalar haqda qısa məlumat verək. Perspektivli Azərbaycan
dizayneri Zümrüd Mirzəliyeva eyni adlı moda evinin sahibidir. Azərbaycan fashion biznesində
Zümrüd yeni deyil və fəaliyyəti
dövründə az iş görməyib, özünəməxsus
və bənzərsiz,
lakin asan tanınan və sevilən üslubuyla ölkənin aparıcı
dizaynerlərindən birinə
çevrilib. Onun istehlakçıları Bakı
bomondunun nümayəndələri,
TV və şou-biznesin
ulduzları, mədəniyyət
və incəsənət
xadimləridir ki, onlar da Zümrüdün
simasında yalnız moda dünyasının bələdçisi deyil,
eyni zamanda həmişə köməyə
gələn sadiq dost və məsləhətçi
tapıb. “Zümrüd
Mirzəliyeva” brendinin
nümunələrində siz
qırmızı xalının
şahzadəsi olacaqsız
və sizin cəmiyyətə çıxışınız
birmənalı olaraq nəzərdən qaçmayacaq.
Ən əsası isə odur ki, Zümrüd
Mirzəliyeva brendi yüksək keyfiyyət, təkrarolunmaz üslub və əla zövq nümunəsidir.
«Baku Fashion Night 2014» çərçivəsində
Zümrüd Mirzəliyeva
üç kolleksiya təqdim edir. Bunlar – “Azərbaycan 2014”, ziyafət geyimləri kolleksiyası və pret-a-porte-dir.
Azərbaycanın hazır geyim dizayneri Hökumə Hacıyeva 2014-cü ildə
HOKUMA by Hokuma Haciyeva demokratik brendini yaradıb. Dizayner, elə həmin
ilin yanvar ayında ilk kolleksiyasını
– yay-yaz 2014-ü, iyul
ayında isə payız-qış 2014-ü təqdim
edib. Hökumə Hacıyeva çoxfunksiyalı
geyim forması hazırlamağa üstünlük
verir ki, hər bir qadın
belə geyimləri müxtəlif aksessuarlarla
uzlaşdıra bilər.
Payız-qış 2014 kolleksiyasının
ilham mənbəyinin Azərbaycan xalçalarının
instalyasiyası olduğunu
qeyd edən Hökumə Hacıyeva, şərqi Avropa mədəniyyətinin vurğunudur
və onun modelləri müasir vətənpərvərlik üslubunda
hazırlanır. Beləliklə də etnik motivlər
kolleksiyaya xüsusi cizgilər verir. Lakin kolleksiya ümumi konsepsiyada məhz Hökümə brendinin payız boxo-şik üslubu təəssüratı
yaradır. Bu cür həcmli işləri biz yəqin ki, sonuncu dəfə
Celine və ya Chloe nümayişlərində görmüşük.
Lakin Hökumə Hacıyeva konseptual ideyadan məhrum olmayan geyimlər hazırlamaqda qeyri-adi bacarığa malikdir. Bu geyimləri
isə biz əsl lyuks adlandırırıq.
Moda sənayesi sektorunda ən hörmətli və tanınan Moda Evlərindən biri olan «FASHION MYSTERY»-nin tarixi 2010-cu ildən başlayır. Onun yaradıcısı isə
rəssam-modelyer Günel
Behbudovadır. Öz karyerasına
şəxsi stilist və geyim dizayneri
kimi başlayan Günel Behbudova çox tez bir zamanda geniş
auditoriyanın diqqətini
cəlb edib və tanınmağa başlayıb.
Bu gün
«FASHION MYSTERY» Moda Evi moda aləmində öz layiqli yerini tutur və
onun kolleksiyasının
şedevrləri dünya
içtimaiyyətinin rəğbətini
qazanaraq, moda sənayesinin inkişafına
misilsiz töhvələr
verir. Moda evinin fəaliyyətinin
əsas istiqaməti –
toy, ziyafət və buraxılışlar üçün
təkrarolunmaz geyimlərin
istehsalı və gündəlik geyimlərin,
eləcə də aksessuarların hazırlanmasıdır.
Moda Evi şou-biznes ulduzlarının yeni obrazları üzərində
çalışır. Toy və axşam
geyimlərinin və aksessuarlarının istehsalı
yeni model eskizlərinin
yaradılmasıyla başlayır.
Yaradılan hər bir
model ideal tikiş üslubu,
xətlərin mükəmməl
təmizliyi ilə fərqlənir. Burda xammalın
keyfiyyətinə xüsusi
fikir verilir. Eksklüziv modellər, elə eksklüziv xammaldan hazırlanır. Moda Evində
bəzək işləmələrinin
bütün növlərindən
istifadə edilir ki, bunların arasında parça üzərində müxtəlif
texnologiyalarla naxışsalmanı
göstərə bilərik.
Lakin naxışsalmanın tacı
əllə işləmələr
və applikasiyadır.
Burdakı ustalar əllə
naxışsalma texnologiyasını
mükəmməl bilir.
Moda Evi ildə iki
dəfə dəbli geyim kolleksiyası
prêt-a-porte de lux-u
təqdim edir. Hər kolleksiya öz mükəmməl tikiş
və incə üslubuyla fərqlənir.
Təkrarolunmazlığıyla seçilən modellərdə
modanın son nailiyyətləri
öz əksini tapır. «FASHION MYSTERY» Moda Evinin siyasəti
– hər bir istehlakçlısını xoşbəxt
etməkdir.
Ukraynalı gənc dizayner Svetlana Dmitrenko Di’Lana brendinin yaradıcısıdır. Moda sənayesində
Svetlana cəmi iki ildir fəaliyyət göstərir. Lakin bu vaxt ərzində o, artıq üç geyim və dəri
aksessuarlar kolleksiyası
təqdim edib. Bundan əlavə, Svetlana ölkəsinin
aparıcı telekanallarıyla
əməkdaşlıq edir
– onun brendinin geyimlərində telekanalın
aparıcıları ekrana
çıxır, müxtəlif
fashion və telelayihələrdə
iştirak edir.
Di’Lana brendi – incə zövqün, qadınlığın
və yaraşığın
təcəssümüdür. Bu brend həmişə aktual olacaq və
onunçün məhdudiyyət
və çərçivə
yoxdur. Geyim yaradarkən dizayner
öz işinə və istehlakçılarına
məhəbbətdən ruhlanır.
Dizayner deyir ki, Di’Lana-nın
istehlakçıları imkanlı,
zövqlü, görkəmli
şəxslərdir, onlara
cəmiyyətdəki stereotiplər
yaddır və onların ən əsas məqsədi qadın olmaqdır. Buna görə də
Svetlana Dmitrenkonun bütün
modelləri qadınlığı
təcəssüm etdirir
və təkrarolunmazdır.
Dizaynerin əsas fəxr qaynağı gələcək
analar üçün
hazırladığı geyimlərdir. Çünki yeni bir həyat
gözləyərkən qadının
gözəl əhvalı
və kövrəkliyini
göstərə bilmək
istəyi mükəmməl
bir hissdir. Qeyd etmək lazımdır ki, Svetlana bunun öhdəsindən bacarıqla
gəlir və onun Di’Lana Ana geyimləri zövqlü gələcək analar tərəfindən çox
bəyənilir.
«Baku Fashion Night 2014» çərçivəsində Svetlana Dmitrenko yüksək keyfiyyətli xammaldan hazırlanan və inanılmaz dərəcədə
qadınlığı təcəssüm
etdirən 2014-2015 kruiz
kolleksiyasını təqdim
edir. Bir sıra modellərdə idman və klassik üslublarının uzlaşması
hiss olunur. Kolleksiyada həm gündəlik
tələbat, həm
də xüsusi günlərdə geyinmək
üçün nəzərdə
tutulan modellər nümayiş olunur.
Qorqud
Palitra. -
2014.- 17 sentyabr.- S. 15.