“Musiqi mənəvi sərvətimizdir”

 

M. S. Ordubadinin xatirə muzeyində Azərbaycan Dövlət Din Tarixi muzeyi ilə birgə “Musiqi mənəvi sərvətimizdir” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə M. S. Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva açdı. O, Ordubadinin yaradıcılığında musiqinin rolu haqqında söhbət açdı. Daha sonra muzeyin bələdçisi Nərmin Baxşıyeva “Milli musiqi xəzinəsi” adlı məruzəsi ilə çıxış etdi. Tədbirdə iştirak edən qonaqların arasında Üzeyir Hacıbəylinin xalası nəvəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Telman Ağdamski, Əzim Əzimzadənin və Bülbülün ev muzeylərinin əməkdaşları və Azərbaycan Dövlət Din Tarixi muzeyinin direktoru Münəvvər Babayeva çıxış edirdilər. Tədbirdə M. S. Ordubadinin “Gülərəm gülsən”, Ü. Hacıbəylinin “Koroğlu” uverturası, “Sevgili canan”, “Sənsiz” və digər musiqi əsərləri səsləndirildi.

 

 

Xəyalə GÜNƏŞ

 

Palitra. - 2014.- 17 sentyabr.- S. 13.