“Təhsil hər bir gəncin mənəvi inkişafında çox önəmli rol oynayır”

 

Vüsalə Məmmədzadə: “Müasir gənc daha çox təhsilli, yeni ixtisaslara yiyələnmiş, yeni həyat tərzinin daşıyıcısı və sosial dinamizmə malik olmalıdır”

 

Gənclərin mənəvi inkişafında təhsilin rolu böyükdür. Onlar tədris zamanı dövlətçilik tariximiz, mənəvi dəyərlərimiz, Milli qəhrəmanlarımız, görkəmli şəxsiyyətlər, ədiblərimiz barədə məlumat alırlar ki, bu da onların mənəvi inkişafında böyük rol oynayır. Bu gün gənclərə ali təhsil müəssisələrində bu istiqamətdə müvafiq dərslər tədris olunmaqla yanaşı, onlar əyani vəsaitlərlə tanış olmaq üçün müxtəlif abidələrimizi, muzeyləri ziyarət edirlər. Təbii ki, bu ziyarət zamanı müşahidələr onlarda böyük təəssürat doğurur ki, bu da nəticədə gənclərin mənəvi inkişafına böyük təsir göstərir. Onu da qeyd edək ki, bu sahədə uğurlar əldə olunmasında təhsilin və müəllimlərin böyük rolu var. Prezident İlham Əliyev də vurğulayıb ki, indi əsas məqsəd məhz təhsilin keyfiyyətini yüksəltməkdir: “Müəllimlərin cəmiyyətdə rolu çox böyükdürvacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır. təbii ehtiyatlar, mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad bilik əsasdır. Çünki dünyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə atırlar. Biz elə etməliyik ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin olunsun”.Azərbaycan Turizm İnstitutunun baş müəllimi Vüsalə Məmmədzadə bildirdi ki, təhsil gənclərin mənəvi inkişafında mühüm amildir:

- Ölkəmiz sürətlə inkişaf edir, neft strategiyasının uğurları, özünü artıq qeyri-neft sektorunda göstərir, dövlətimiz “Azərbaycan-2020: gələcəyə baxışkonsepsiyası ilə qarşıda konkret hədəflər qoyur. Turizm digər xidmət sahələri ölkənin gələcək inkişafında mühüm sahə kimi nəzərdə tutulur bu böyük hədəflərə ölkəni məhz gənclər aparacaq. Belə bir inkişaf üçün ilk növbədə lazımi peşəkar kadrların olması şərtdir bu ehtiyacı ödəmək üçün ATİ yaradılıb gəncləri peşəkar kadr kimi hazırlamağa çalışır, onların mənəvi inkişafına dəstək olur. Keçən 8 il ərzində ATİ keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olub. Buna AKTS tətbiqi, ikili diplom proqramı, Erasmus, Tempus layihələrində iştirak, praktika semestrinin təşkili, tətbiqi tədqiqatları, qısamüddətli treninqlərin təşkili s. məsələləri aid etmək olar. ATİ 2008-2016-cı illəri əhatə edən strateji planına uyğun olaraq artıq 11 ixtisas üzrə kadr hazırlamağa başlayıb, peşə, qısamüddətli kurslar, bakalavr, magistr doktorantura üzrə kadr hazırlığını həyata keçirir. ATİ-, 1463 bakalavr tələbəsi, 138 magistr, 55 doktorant, əavə təhsildə 27 nəfər sənaye nümayəndəsi BTPM- 12 peşə ixtisası üzrə 460 şagird olmaqla cəmi 2143 nəfər turizm təhsilinə cəlb olunub. Bu il ATİ-dən 221 nəfər məzun olub. Onlardan 21-i magistr olub. Cəmi ATİ-dən məzun olanların sayı 995-ə çatıb. Onlardan 33 nəfəri magistr dərəcəsi olanlardır. Peşə məktəbindən 375 nəfər məzun olub son 3 ildə BTPM üzrə məzunlarımızın sayı 845 nəfərə çatıb. V buraxılışı edəcək ATİ-nin bu ilki məzunlardan 21 nəfəri eyni zamanda Avstiryanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edib. Beləliklə, 93 məzun olub iki diplom alıb. Həmçinin bu il ATİ- bakalavr üzrə 410, magistraturaya 85 nəfərin qəbulu nəzərdə tutulub. Həmçinin payızda artıq 3 il olacaq ki, ATİ-nin doktoranturasına qəbul həyata keçiriləcək.

- Tələbələr xaricdə istehsalat təcrübəsi keçmək imkanı əldə edə bilirlərmi?

- Ölkəmizdə ilk dəfə ATİ tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz təkcə Azərbaycanda deyil, Türkiyə, Şimali Kipr İsrailin turizm müəssisələrində təcrübə keçirlər. Hazırda ATİ-nin 60 nəfərə yaxın tələbəsi bu ilin təcrübəsini başa vurub (8 həftəlik), 120 nəfər 20 həftəlik istehsalat təcrübəsində olanlar davam edir. Onlardan 19 nəfər Türkiyədə 25 nəfər İsraildə praktikadadır. Yay tanışlıq təcrübəsində isə 10 nəfər Şimali Kipr Türk Cümhuriyyətində olub. İnstitutumuz yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat şəbəkə ilə əlaqələr qurub. ATİ Mevlana proqramına qoşulub, bu il 2 müəllimin 6 tələbənin bu proqramdan faydalanması planlaşdırılır. Bu il ATİ-nin 3 tələbəsi Türkiyənin Atatürk Universitetində, 10 tələbə Almaniyanın Yade Universiteti yay məktəbinə gedib, növbəti tədris ilində 2 tələbəmiz Almaniyanın Yade 2 tələbəmiz Avstriyanın Krems universitetinə tələbə mobilliyi çərçivəsində bir semestr oxumağa yola düşəcək.

- ATİ yeni layihələri ilə fərqlənən bir ali təhsil ocağı kimi tanınıb. Hazırda hansı layihələr həyata keçirilir?

- ATİ artıq 3 TEMPUS layihəsində fəal iştirak edir. Bunlardan biri Qafqaz Universiteti ilə həyata keçirilir və layihənin adı “E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) Milli operatortest mərkəzlərinin yaradılması”dır. ATİ-nin 4 əməkdaşı bu layihə çərçivəsində bu layihədə fəal iştirak edir. Artıq ATİ-də ECDL laboratoriyası qurulub. “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavrmagistr proqramları üçün yeni modulların hazırlanması” adlı layihə Almaniyanın Yade Universiteti tərəfindən idarə olunurATİ-nin 12 əməkdaşı bu layihəyə cəlb olunub. Yeni icra edilməyə başlayan və Fransanın Qrenobıl Akademiyasının idarə etdiyi “Azərbaycan, GürcüstanMoldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsinə də müvafiq 2 ixtisas kafedrasının müəllimləri iştirak edir. Bu layihə çərçivəsində Rumıniya universitetlərindən biri ilə ikili diplom proqramı həyata keçiriləcək. Həmçinin ATİ bu il Amadeus İnternasionallaonun yerli tərəfdaşı “Delta” şirkəti ilə müqavilə əsasında Amadeus laboratoriyası qurulub və tələbələr bronlaşdırma dərslərini bu laboratoriyada keçirir və axırda Amadeus sertifikatı almaq şansı əldə edirlər. Artıq 50-dən çox tələbə son semestr bu sertifikatı əldə ediblər.

ATİ-nin Təlim Mərkəzi bu il müxtəlif təlimlər sertifikat kursları təşkil edib bu kurslar bəziləri ölkədəki tanınmış otellərlə birlikdə həyata keçirilib. Bu tipli sənaye ilə birlikdə keçirilən təlimləri növbəti illərdə daha da genişləndirməyi planlaşdırırıq.

- ATİ tələbələri ictimai işlərdə fəaldırlarmı?

-ATİ-nin tələbələri ictimai işlərdə fəaldırlar. ATİ-nin TGT, TEC Tələbə Həmkarlar İttfaqı bu prosesin avanqardlarıdır. TGT-nin nəzdində 8 maraq klubu fəaliyyət göstərir. ATİ-nin İntellekt oyun klubu - Nərimanov rayon birincisi, Futbol komandası - Nərimanov rayon çempionatının ikincisi, Debat klubu - Bakı Dövlət Forumu Yaz 2013-cü ilin ən fəal komandası, Universal komandamız - Daxili Debat turnirinin qalibi, Ameast komandamız - İdman dırmanması yarışında ikincisi, Ağamir Ağamirov - Nərimanov rayonun ilin ən fəal gənci seçilib, Rəşad Hüseynzadə - “Mən Azərbaycanlıyamintellektual bilik yarışmasının ikincisi, Bəkir Yusifov - Bakı Debat Forumu Payız - 2013 altıncı ən yaxşı natiqi, Azadə Musabəyli - İdman dırmanması üzrəÜmidyarışmasının bouldering növü üzrə birincisi, Səmayə İbrahimova - Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən aylıq təqaüdçüsü, Kifayət Məmmədova - ATGTİ-nin fəxri fərmanı ilə təltif olunub. ATİ-nin 1000 nəfər üzvü var onlar ATİMA adlı qeyri-hökumət təşkilatı olan məzunlar cəmiyyətində birləşiblər. Ali təhsil müəssisəsi olaraq, əldə etdiyimiz nailiyyətlər əlbəttə ki, ölkə rəhbərinin, Mədəniyyət Turizm Nazirliyinin, həm müəllim həmkarımız Əbülfəs Qarayevin diqqət qayğısı, digər dövlət özəl strukturların institutumuza səmimi münasibəti, ATİ kollektivinin birgə məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub.

- Gənclərin fəalliyyətinin daha da artırılması istiqamətində hansı tədbirlərin həyata keçirilməsini təklif edərdiniz?

- Vətənpərvərlik, əmək, əxlaq tərbiyəsi sahəsində muzeydə həyata keçirilən tədbirlərin əhəmiyyəti böyükdür. Nəzərdə saxlamaq lazımdır ki, ayrı - ayrı muzeylər təşkilati quruluşundan, qarşıya qoyulan məqsəddən asılı olaraq bir sıra sosial funksiyaları yerinə yetirirlər. Muzey tərkibində fəaliyyət göstərən dərnək klubların, muzey olimpiadaları müsabiqələrin, muzeydaxili muzeydənkənar kompleks tədbirlərin tərbiyəedici təhsilləndirici əhəmiyyəti baxımından qiymətləndirilməsi məqsədyönlüdür. Muzeylər daim insan kütləsi ilə mədəni mübadilədə olur. Mədəni mübadilə zamanı müxtəlif yaş qrupuna mənsub insanlar özlərini büruzə verir. Hər yaş qrupuna mənsub şəxslərin isə özünəməxsus dünyagörüşü, qavrama qabiliyyəti, bilik, bacarıq vərdişlərə yiyələnmə dərəcəsi mövcuddur. Bütün bu xüsusiyyətləri nəzərə almaqla muzeylərin təşkili xüsusi diqqət mərkəzində olmalıdır.

Müasir gənc daha çox təhsilli, yeni ixtisaslara yiyələnmiş, yeni həyat tərzinin daşıyıcı və sosial dinamizmə malik olmalıdır. Gənclərin sosial problemləri "həyat başlanğıcı" ilə təhsilin alınması, əmək həyatının başlanması, ailənin yaranması, ixtisasın artırılması və inkişafı ilə bağlıdır. Bunun üçün təhsilə diqqətin artırılması hər bir cəmiyyətin ümdə vəzifəsidir. İnkişaf etməkdə olan ölkələrdə təhsilə qoyulan vəsait inkişaf etmiş ölkələrə nisbətən 10 dəfə azdır. Belə ölkələrdə ibtidai təhsil alanların sayı ortaali təhsilli gənclərdən çoxdur. Təhsil gənclərin bütün fəaliyyətinə təsir göstərir. Şagirdlərin bir qismi orta məktəbi qurtardıqdan sonra müxtəlif peşə məktəblərinə, kolleclərə, universitetə daxil olursa, qalan qismi isə heç bir yerə daxil olmur. Tələbələrin çoxu hüquq, tibb, iqtisadiyyat, turizm kommersiya və digər zehni əmək ixtisaslarını seçirlər. Ali məktəbə daxil olmayan gənclər yalnız orta məktəb attestatına malik olurlar, təbiidir ki, aşağı ixtisaslı və az əmək haqqı ödənilən işlərə düzəlirlər ( istehsalat, xidmət və s). Burada müəyyən qaydanı istisna edən hallar da olur. Məsələn, ali məktəb məzunlarının bir qismi öz ixtisasına uyğun tapmadıqda, aşağı sosial təbəqəyə keçdiyi halda, aşağı ixtisasların bir qismi isə idman, musiqi, biznes sahəsində yüksəlir və yuxarı sosial təbəqəyə keçir. Beləliklə, indiki gənclərin bir çoxları üçün məktəb filtr təmizləyici rolunu oynayır, yəni bu filtrdən keçənlər öz həyat yolunu müəyyənləşdirirlər.

Ümumiyyətlə, təhsil hər bir gəncin mənəvi inkişafında, həyatında çox önəmlidir. Bu gün dövlət gənclər siyasətində də təhsilə önəm verilir ki, bu da onların mənəvi inkişafına öz təsirini göstərir.

 

 

Nigar Abdullayeva

 

Palitra. - 2014.- 17 sentyabr.- S. 11.