“Əsas məqsədimiz
Azərbaycanı avropalılara tanıtmaqdır”
Nicat İbrahimov: “5 il
əvvəllə müqayisədə isveçlilər Azərbaycanı
daha çox
tanıyırlar”
Xaricdəki gənclərimizin Azərbaycan həqiqətlərinin təbliği istiqamətində işi gündən-günə artmaqdadır. Xüsusən Qarabağ həqiqətlərinin xarici ölkələrdə yayılması istiqamətində təqdirəlayiq addımlar atılır. Elə müsahibimiz Nicat İbrahimovun da amalı Azərbaycanı əsasən Avropa ölkələrində tanıtmaqdır. Qeyd edək ki, N. İbrahimov 1990-cı ilin 7 avqustunda Ağdam şəhərində dünyaya gəlib. Artıq 10 ildən artıqdır ki, Vətəndən kənardadır. Ailəsi İsveçdə yaşayır. Özü isə 1 ildən artıqdır ki, İngiltərədə hüquqşünaslıq üzrə təhsil alır. O, 1 ildir ki, dostları Vüsal Əhmədov və Natiq Babayevlə (ikisi də İsveçdə yaşayır) birgə Qarabağın “İmarət Avropa” fan klubunu yaradıb.
- İngiltərədəki azərbaycanlı gənclər diaspor sahəsində aktivdirlərmi?
- İngiltərədə çox qalmadığımdan diaspor və s. sahələrdə olan insanlarla əlaqəm yoxdur. Amma eşitdiyimə görə, gənclərimiz çox aktivdirlər. Ümumiyyətlə, Avropada misal üçün Qarabağın təbliğatı və s. işlərdə aktivliklərini eşidir və oxuyuram.
- Şübhəsiz ki, gənc diasporun hərtərəfli dəstəyə ehtiyacı var. Sizə bu işdə kimlər dəstək olur?
- Bizim heç bir diasporla əlaqəmiz yoxdur. Biz sadəcə
Vətəni sevən
Azərbaycan gəncləriyik.
“İmarət Avropa” nı isə
öz büdcəmizin
hesabına idarə edirik və təbii ki, “Qarabağ” klubundan da dəstək alırıq.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq
edirsinizmi?
- İndiyə
kimi heç bir diaspordan dəstək almamışıq. Amma Qarabağın
təbliğatı üçün
dəstək olsa, bunu məmnuniyyətlə
qəbul edərik.
Bizim işimiz tək “Qarabağ” futbol klubuna dəstək yox, əsas məqsədimiz Qarabağın
işğalının təbliğatıdır.
Beləcə də, bunu Avropa və dünyaya yaymaqdır.
İşimizin də bəhrəsini
şükürlər olsun
ki, yavaş-yavaş görürük. Avropalılar artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu, həmçinin Qarabağın
işğal altında
olduğundan xəbərdardırlar.
Biz də “İmarət
Avropa” olaraq Avropada yaşayan bütün azərbaycanlı
gəncləri, ailələri
“Facebook” və telefon vasitəsi ilə məlumatlandırır
və oyunlara calayırıq.
- Sonuncu dəfə Azərbaycanda nə vaxt olubsunuz?
- Avropaya gələndən Vətənə
dönməmişəm.
- Vətəndən
uzaqda milli-mənəvi
dəyərlərimizi ruhən
necə yaşada bilirsiz?
- Bizim əsas məqsədimiz Azərbaycanı avropalılara
tanıtmaq, azərbaycanlı
gənclərə hər
zaman Vətən sevgisini yaşatmaqdır. Yaralı yerimiz olan Qarabağ
münaqişəsi və
ermənilərin vəhşicəsinə
törətdiklərini yayırıq.
Misal üçün, “Facebook”
səhifəmizlə məlumatlar
veririk, hər oyundan öncə avropalılarla görüşən
zaman onlara Qarabağ müharibəsi
və ümumiyyətlə,
Azərbaycan haqqında
məlumat veririk.
- Ümumiyyətlə,
Azərbaycandan kənarda
azərbaycanlı olmaq
asandır, yoxsa çətin?
- Vətəndən
uzaq olmaq çox çətindir, özü də mənim kimi patriot bir insan üçün.
Amma buna baxmayaraq təhsilimi bitirdikdən sonra Vətənə dönməyi planlaşdırıram,
inşallah.
- İsveçlilər
Azərbaycanı necə
tanıyırlar?
-5 il
əvvəl ilə indini müqayisə edəndə görmək
olur ki, isveçlilər Azərbaycanı
daha çox tanıyırlar.
-Fan kluba avropalıların marağı
necədir? Ümumiyyətlə, avropalılar ora
gəlirmi?
- Biz çalışırıq
ki, Avropada yaşayan azərbaycanlıları
fan klubumuza cəlb edək. Bəzi avropalılar da
var ki, fan klubumuz haqda məlumatları var. Məsələn,
“Qarabağ” haqda yazan holland yazıçısı
Arthur Huizinga bizimlə görüşüb.
Sonra almanlar var ki,
Avropada demək olar ki, “Qarabağ”ın
hər oyununa gəlirlər, əlbəttə
ki, həmişə də bizimlə əlaqədə olurlar.
-Fan klubla bağlı gələcəkdə
hansı işlər görmək istəyirsiz?
- Gələcək
planlar, ancaq və ancaq Qarabağ
müharibəsinin və
Qarabağın Azərbaycanın
bir hissəsi olduğunun təbliğatını
aparmaq, Qarabağın
işğalı haqda
plakatlarımızı artırmaq
və s. Çalışacağıq
ki, fan klubumuzu daha da peşəkar
edək.
Fuad Hüseynzadə
Palitra. -
2014.- 17 sentyabr.- S. 7.