“Ən çox anamın bu xəbərə
sevinməsi məni xoşbəxt etdi”
Bu il ali məktəblərə qəbul imtahanlarında 100 minə yaxın abituriyent iştirak edib ki, onlardan 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Qeyd edək ki, ölkəmizdəki ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin 9 sentyabr 2014-cü il sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. Müsahibimiz belə tələbələrdən biri, ali məktəbə qəbul imtahanlarında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə daxil olan və Prezident təqaüdünə layiq görülən Mustafa Hacıyevdir:
-Mən 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 2000-2003-cü illərdə Yasamal rayonundakı 10 saylı uşaq bağçasına getmişəm. 2003-cü ildə Yasamal rayon M.İbrahimov adına 153 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam. 2008-ci ildə imtahan verərək BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin altıncı sinfinə qəbul olmuşam. Liseydə oxuduğum müddətdə bir sıra uğurlar əldə etmişəm. Fənn olimpiadalarının şəhər və respublika mərhələlərində riyaziyyat fənni üzrə qalib olmuşam. 2013-cü ilin fevral ayında “Sabahın alimləri” II Respublika müsabiqəsində “Kimya” nominasiyası üzrə I yerə layiq görülmüşəm. Həmin ilin may ayında ABŞ-ın Arizona ştatının Finikis şəhərində keçirilən INTEL Beynəlxalq Elm və Mühəndislik sərgisinin iştirakçısı olmuşam. Bu il BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyini qızıl medalla bitirmişəm. İyul ayında TQDK-nın keçirdiyi qəbul imtahanlarında iştirak edərək I qrup üzrə 695 bal toplamışam və Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə daxil olmuşam. Ailəmiz 4 nəfərdən ibarətdir. Atam, anam, bacım və mən. Atam Polad Hacıyev ali təhsilli mühasibdir və hazırda işləmir. Anam Sevinc Əlləzova ali təhsillidir, müəllim, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyində Azərbaycan və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Bacım Ləman Hacıyeva isə hazırda “Gənc istedadlar” liseyində X sinif şagirdidir.
- İmtahan
prosesi necə keçdi, suallar çətin idimi?
- İmtahan
yaxşı keçdi,
əsas problem havanın
çox isti olması idi. İmtahan sualları
çətin deyildi.
Hətta
keçən ilkindən
asan suallar idi. İmtahana yüksək motivasiya
ilə getmişdim.
Yəni məqsədim
də mümkün qədər çox bal toplamaq, tez
əldən düşməmək
və axıra kimi suallarla vuruşmaq idi.
- İmtahandan sonra bu qədər
bal topladığını
bilirdinizmi?
- Əvvəl
xeyir, sonra “Space” telekanalında yoxladıqdan
sonra çox sevindim, çünki bəzi səhv gözlədiyim suallar düzgün oldu. Bundan sonra anam bir
az narahat
idi ki, bəlkə
cavab kartında səhv yaza bilərəm. Amma mən özümə
arxayın idim, çünki çox diqqətciləm və indiyə kimi sınaqlarda səhv etməmişəm. Nəhayət, rəsmi cavab da gözlədiyim kimi çıxdı.
- Ali məktəbə
qəbul olduqda hansı hissləri keçirdiniz?
- Evdəkilər
məndən çox
sevindilər, düzünü
desəm, amma çox da təəccüblənmədim,
çünki artıq
bu nəticəni gözləyirdim. Axırıncı
həftə həddindən
artıq çalışdım,
hər fənni, hər mövzunu təkrarladım, mənə
deyirdilər ki, axırıncı günlər
dincəl, amma mən belə etmədim və imtahana tam hazır şəkildə getdim, bu məndə bir az əminlik hissi yaradırdı. İmtahanın
nəticəsi bilinəndə
elə hiss etdim ki, əsas mənə
verilən missiyanın
mükəmməl şəkildə
öhdəsindən gəldim.
Ən çox anamın bu xəbərə sevinməsi məni xoşbəxt etdi.
- İxtisas
seçiminizi necə
etdiniz, yalnızmı
qərar verdiniz, yoxsa ailənizin seçimidirmi?
- Orta məktəbdə oxuyarkən
kompüter mühəndisliyi
peşəsini seçmişdim.
Ali məktəbə ixtisas seçiminə gəldikdə isə əlbəttə ki, evdə birlikdə etdik. Onlar dediyi və
şəxsi fikirlərimin
ortaq nöqtəsinə
uyğun universitet və ixtisas seçdim. Niyə məhz Ali Neft
Məktəbini və
bu ixtisası seçməyimə gəldikdə
isə bu ixtisas (Proseslerin avtomatlaşdırılması mühəndisliyi)
kompüter elmləri və mühəndisliyinə
yaxın və oxşar olduğu üçün seçdim.
Universitet isə fikrimcə, respublikanın
ən yüksək ballı uşaqlarını
götürdüyünə görə ən yaxşı ali
təhsil ocağıdır.
Ən əsası bu universitetin gələcəkdə
işlə təminat
qarantiyası var.
- Özünüzü
bu peşədə necə görürsünüz?
- Özümü
bu peşədə yüksək səviyyəli
bir mütəxəssis
kimi görmək istəyərdim.
- Hazırda ölkədə bu sahənin inkişafını
necə dəyərləndirirsiniz?
- Öz məlumatlarıma və başqa insanlardan eşitdiklərimə görə,
bu sahədə hələ çox işlər görülməlidir,
çünki yetərincə
mütəxəssis yoxdur.
Yəni bu sahə elə
bir sahədir ki, hər saniyə
inkişaf var və bunun üçün
istedadlı kadrlar yetişdirilməlidirlər.
- Gələcəkdə
təhsilinizi xaricdə
davam etdirmək istərdinizmi?
- Bəli. Niyə də olmasın. Xarici təhsilin də üstünlükləri çoxdur.
Yəni,
bu, planlarımın içində ilk sıralarda
durur. Amma əlbəttə ki, mükəmməl təhsil aldıqdan sonra Vətənə qayıtmaq lazımdır,
çünki bu şəraiti məhz ölkəmiz bizim üçün yaradır.
Belə halda ölkəmiz daha da inkişaf
edər.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımda idmanla məşğul olmuşam.
Əsasən aykido və
üzgüçülüklə məşğul olmuşam.
Hazırda heç bir
idman növü ilə məşğul olmuram.
- Bugünlərdə
ölkə başçısının
sərəncamı ilə
Prezident təqaüdünə
layiq görülən
tələbələrdən biri də sizsiniz.
Bu, bir tələbə
üçün nə
dərəcədə önəmlidir?
- Bununla bağlı fikirlərim əlbəttə ki, müsbətdir. Bu sırf Prezidentimizin biz tələbələrə olan
qayğısı və
diqqətinin nəticəsidir.
Yəni,
bu bir daha
təsdiq edir ki, elm və savad həmişə qiymətləndirilir. Bu, çox əladır.
Biz görürük ki, bizim kimi
gənclərə, biliyə,
savada belə önəm verilir. Prezidentimiz gənclərə qayğı
göstərdiyinə görə,
bu cavanlar da çalışıb əllərindən gələnin
ən yaxşısını
edəcəklər. Yəni bu,
böyük bir motivasiyadır.
- Gənclərə
nə tövsiyə edərdiniz?
- İstərdim ki, çalışıb
yaxşı nəticələr
göstərsinlər və
belə uğur qazana bilən uşaqlarımız həqiqətən
də var. Sadəcə,
bəzi gənclərimiz
məqsədsiz iş
görürlər. Bir
az hətta
mübariz olub Vətənimizi xaricdə
təmsil etməyə
daha çox cəhd göstərsinlər.
Savadlı gənclik ölkəmizi
irəli aparar. Çalışsınlar ki, hərtərəfli
savad toplasınlar.
Nigar Abdullayeva
Palitra. -
2014.- 18 sentyabr.- S. 5.