“Vzqlyad”: “Azərbaycan sabit
və dayanaqlı dövlətdir”
“Neft gəlirləri ölkənin fəal şəkildə inkişafını təmin edir. Qərblə münasibətlər heç vaxt antirusiya xarakteri almayıb”
Rusiyanın “Vzqlyad” nəşrində Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərinə dair maraqlı məqalə dərc edilib. Həmin məqalədə qeyd edilir ki, Rusiyanın əsas rəqibi olan ABŞ uzun illərdir ki, regiondakı münaqişələrdən istifadə edərək, bölgədə möhkəmlənməyə çalışır.
Yazıda qeyd edilir ki, ABŞ və digər Qərb dövlətləri Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edə bilərlər. Avqust ayının əvvəlində cəbhə bölgəsində baş verən toqquşmalara diqqət çəkən qəzet yazır ki, Ukrayna hadisələri və sanksiyalara rəğmən, Putin Azərbaycan və Ermənistan dövlət başçıları ilə Soçidə görüşməyə vaxt ayırmağı vacib hesab etdi. Qeyd edilir ki, Soçi görüşündən sonra təmas xəttində sabitlik olsa da, münaqişə hər an aktiv fazaya qədəm qoya bilər: “Qərb Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün Qarabağda münaqişəni alovlandıra bilər. Qafqazdakı situasiya buna imkan yaradır”. Məqalədə vurğulanır ki, Soçi görüşündən sonra Birləşmiş Ştatlar da dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü təşkil etdi. Məqalədə qeyd edilir ki, bəzi amerikalı siyasilərin Azərbaycanla bağlı açıqlamaları Bakıda narazılıqla qarşılanır. Xüsusilə, Qərbin ölkələrin daxili işlərinə qarışmaq üçün hazırladığı müxtəlif planlar Bakıda da narazılıq doğurur və bu açıq şəkildə dəfələrlə ifadə olunub. Qeyd edilir ki, rəsmi Bakı bəzi dairələri Azərbaycanın iki qonşu dövlət-Rusiya və İranla dostluq münasibətlərinə kölgə salmaqda ittiham edir.
“Azərbaycan heç vaxt Qərbin əlaltısı olmayıb”
“Vzqlyad”
daha sonra yazır: “Bütün bu məsələlərin
fonunda Azərbaycanın Rusiya
ilə əlaqələri genişlənir. Azərbaycanın
Rusiyanın hərbi-sənaye kompleksi ilə
əlaqələri xeyli aktivləşib.
Bakı Rusiyadan xeyli silah alır. Bu isə
İrəvanda narazılıq yaradır. Ermənistan hesab edir ki,
Rusiya özünü
Ermənistanın strateji müttəfiqi kimi aparmır. NATO-nun Uels sammitindən sonra Ermənistanın
müdafiə naziri Ohanyanın ABŞ səfiri
Con Heffrenlə görüşü
oldu. Səfir həmin görüşdə
hərbi əməkdaşlığın gücləndirilməsi
ilə bağlı açıqlamalar verdi.
Təxminən elə həmin günlərdə Ermənistanın
rəsmilərinin Almaniya və Britaniya hərbi ekspertləri ilə görüşü də baş
tutdu. Bu fonda Rusiyanın regionda mövqeyi necə olmalıdır? Abxaziya və Osetiyanı itirən Gürcüstan NATO-ya doğru can ataraq, Rusiya ilə
münasibətlərini nizamlamır. ABŞ Ukrayna
hadisələrindən sonra
Gürcüstanın alyansa daxil olmasını daha ciddi şəkildə dəstəkləməyə
başlayıb. Amma Saakaşvilini
hakimiyyətdə əvəz edən qüvvələr bu addımın ölkəni fəlakətə
aparacağının fərqindədirlər.
Gürcüstanın bu vəziyyəti digər
qonşuları üçün də dərsdir.
Hərçənd Azərbaycan heç vaxt Qərbin əlaltısı olmayıb.
Bakı və İrəvan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı rəqabətdə olsalar da həmişə Rusiya ilə yaxşı münasibətlər
saxlamağa çalışırlar. Ermənistan
yaxşı bilir ki, onun gələcəyi Rusiyadan
asılıdır.
“Rusiya
postsovet məkanı ölkələrinə
Avrasiya İttifaqın çərçivəsində
əməkdaşlıq təklif edir.
Bakı bu inteqrasiya
prosesinə qoşulmağı tələsməyərək,
müstəqil inkişaf və Türkiyə
ilə əlaqələri gücləndirmək siyasətinə
üstünlük verir.
Həm Bakı, həm də İrəvanda Rusiya
ilə münasibətlərin möhkəmlənməsinin əleyhinə
çıxanlar var. Onların əksəriyyəti
Qərb fondları ilə əməkdaşlıq edənlərdir.
Bu QHT-lər Azərbaycana baxanda
Ermənistanda daha çoxdur.
Bu isə Ermənistan dövlətinin və
hakimiyyətinin zəif olması ilə bağlıdır”
Bu ölkənin ərazisində Rusiyanın hərbi bazası yerləşir. Ermənistan hərbi təhlükəsizlik və iqtisadi vəziyyətə görə Qarabağı geri qaytarmağa çalışan qonşusuna xeyli uduzur. Ermənistan KTMT üzvü olmaqla Rusiyanın hərbi müttəfiqidir. Ermənistan artıq Avrasiya İttifaqına üzv olacağını açıqlayıb. Təhlükəsizlik baxımından Rusiyadan asılı olan Ermənistanın onsuz da başqa çıxış yolu yoxdur. Ermənistan adlı dövlətin mövcud olması Rusiyadan asılıdır. Azərbaycanın vəziyyəti isə fərqlidir. Azərbaycan daha sabit və dayanaqlı dövlətdir. Neft gəlirləri ölkənin fəal şəkildə inkişafını təmin edir. Qərblə münasibətlər heç vaxt antirusiya xarakteri almayıb. Doğrudur, Qəbələ RLS-in bağlanması bir qədər narazılıq yaratdı. Amma Bakı, Moskva ilə münasibətlərini heç vaxt korlamayıb. Eyni zamanda Bakı həmişə Türkiyə ilə sıx münasibətlər saxlayır. Azərbaycan və Ermənistanın Rusiyada çoxmilyonlu diasporu var. Məsələn, Ermənistanda əhalinin çoxu Rusiyadakı diaspor nümayəndələrinin göndərdiyi pulun hesabına yaşayır. Rusiya üçün gələcək hərbi-iqtisadi maraqlar baxımından hər iki dövlətlə münasibətləri gücləndirmək sərfəlidir. Rusiya postsovet məkanı ölkələrinə Avrasiya İttifaqının çərçivəsində əməkdaşlıq təklif edir. Bakı bu inteqrasiya prosesinə qoşulmağa tələsməyərək, müstəqil inkişaf və Türkiyə ilə əlaqələri gücləndirmək siyasətinə üstünlük verir. Həm Bakı, həm də İrəvanda Rusiya ilə münasibətlərin möhkəmlənməsinin əleyhinə çıxanlar var. Onların əksəriyyəti Qərb fondları ilə əməkdaşlıq edənlərdir. Bu QHT-lər Azərbaycana baxanda Ermənistanda daha çoxdur. Bu isə Ermənistan dövlətinin və hakimiyyətinin zəif olması ilə bağlıdır. 90-cı illərin əvvəllərindən başlayaraq ABŞ qərbyönümlü erməni elitası hazırlayıb”.
“Bakı Qərb fondlarının səmimiliyinə
inanmır”
Məqalədə qeyd edilir ki, Rusiyanın inteqrasiya layihəsi olmasaydı, Ermənistan təsir dairəsindən çıxa bilərdi: “Azərbaycan Qərb fondlarının səmimiliyinə inanmayaraq, onlara müqavimət göstərir. Bakını həmin fondlara qarşı ehtiyatlı olmağa vadar edən faktorlardan biri ABŞ-dakı erməni lobbisidir. Həmin lobbinin təsiri ilə bəzən antiazərbaycan qərarları qəbul edilir. Qərbin Azərbaycan və Ermənistana ən ciddi təsir vasitəsi Qarabağ münaqişəsidir. Əslində Qərb münaqişəni həll etmək iqtidarında deyil, sadəcə münaqişəyə antirusiya kartı kimi baxır.
“Ermənistan hərbi təhlükəsizlik
və iqtisadi vəziyyətə görə
Qarabağı geri qaytarmağa
çalışan qonşusuna xeyli uduzur”
Vaşinqton Bakıya bildirir ki, belə davam edərsə ruslar Qarabağı tanıyacaqlar və siz onu geri qaytara bilməyəcəksiniz, ermənilərə isə deyirlər ki, gec-tez Kreml sizdən üz döndərəcək və siz Türkiyə-Azərbaycan birliyi qarşısında tək qalacaqsınız. Guya ABŞ-la əməkdaşlıq onları bu təhlükədən xilas edə bilər. Amma Əliyev və Sərkisyan yaxşı bilirlər ki, Rusiya geosiyasi oyun lövhəsində onlardan kiminsə əleyhinə istifadə etməyəcək, çoxəsrlik əlaqələri qoruyacaq və ümumi təhlükəsizliyi təmin edəcək. Rusiyaya cənubda müharibə lazım deyil. Amma bir sıra səbəblər ABŞ-ı bu məsələdə maraqlı edir”. Məqalədə qeyd edilir ki, ABŞ Rusiyanın diqqətini yayındırmaq istəyərək düşünür ki, münaqişə başlayarsa, Rusiya kimin tərəfini tutsa, qarşı tərəf istər-istəməz Qərbə yönələcək. Qeyd edilir ki, münaqişə son vaxtlar sıxlaşan Rusiya-Türkiyə münasibətlərini də korlaya bilər: “Eyni zamanda münaqişə İran da daxil olmaqla bütün bölgədə vəziyyəti dəyişə bilər. Ona görə də ABŞ Ermənistanı müharibəyə itələyərək, minimum mükafat kimi Bakını qazanmaq istəyir. Onların hesabına görə münaqişə başlayarsa, Rusiya guya Ermənistanı müdafiə edəcək. Əslində Moskva onların istədiyi kimi yox, maraqları necə tələb edirsə, elə qərar verəcək. ABŞ-ın hazırda münaqişəni alovlandırmaq şansı çox azdır. Bunu edə bilsə belə, Rusiya bir-neçə gün ərzində tərəfləri sülh şəraitinə qaytara bilər”.
Anar Miriyev
Palitra. -
2014.- 18 sentyabr.- S. 7.