NDU-da Milli
Musiqi Günü qeyd olunub
Azərbaycan Respublikasının
ali məktəblər
ailəsinin öndə
gedən üzvlərindən
olan Naxçıvan Dövlət Universitetində
Milli Musiqi Günü qeyd olunub. Bu qada
NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı Mina Qasımova
qəzetimizə məlumat
verib.
Milli Musiqi Günü münasibətlə
təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu günün tarixindən danışaraq qeyd edib ki, musiqi
tariximizin ən əlamətdar hadisəsi
kimi anılan Üzeyir Hacıbəyovun
doğum günü
1995-ci ildə dahi rəhbər, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi təsis olunub. Ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayan rektor,
bundan sonra gələcək nəsillərin
də dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərini və
onun əsərlərini
yaşadacaqlarına ümid
etdiyini bildirib.
Musiqi təlimi
kafedrasının müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov
"Üzeyir Hacıbəyov
və Azərbaycan musiqi mədəniyyəti"
adlı məruzəsində
vurğulayıb ki, dahi bəstəkarımız,
professional klassik musiqimizin
banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə
tamaşaya qoyulmuş
"Leyli və Məcnun" operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq
yaradıcılığının inkişafının əsasını
qoyub. "Leyli
və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində
ilk opera idi. Üzeyir Hacıbəyov
isə (1885-1948) tariximizə
Azərbaycan musiqi mədəniyyətinin klassiki,
onun yeni mərhələsinə təkan
vermiş, milli musiqi ənənələrini
Avropa musiqisinin qanunauyğunluqları ilə
ilk dəfə üzvi
surətdə birləşdirmiş
dahi sənətkar kimi daxil olmuşdur.
Qeyd olunub ki, Azərbaycan
professional musiqi yaradıcılığının
təşəkkülü və inkişafı - bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin
yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.
Tədbirin bədii
hissəsində Azərbaycan
xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi
Üzeyir Hacıbəyovun
"Arazbarı" muğamı,
universitetin İncəsənət
fakültəsinin tələbəsi
Bəsti Qasımovanın
ifasında "Arşın
mal alan" operettasından
Gülçöhrənin ariyası,
"Musiqi təlimi"
kafedrasının müəllimi
Əli Davudinin ifasında sözün əsil mənasında, şedevr sayılan "Koroğlu" operasından
Həsən xanın ariyası və digər əsərlər
səslənib.
Fuad
Palitra. -
2014.- 18 sentyabr.- S. 13.