“Gənclər keyfiyyətli düşüncəyə sahib olmalıdır”

 

Günel İbrahim: “Valideynlər yeniyetmələrə hədəfi müəyyən etməyə yardım etməlidirlər”

 

Gənclərin etikaya fikir verməsi, karyera həvəsinin olması onların mənəvi inkişafının göstəricisidir. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) gənclərdə bu baxımdan stimul olsun deyə, Etika Akademiyasını yaradıb. Yaxın günlərdə Etika Akademiyasının açılışı olacaq. Elə bu ərəfədə Etika Akademiyasının direktoru Günel İbrahimlə görüşüb yeni layihənin gənclərin mənəvi inkişafında rolu barədə söhbət apardıq.

-Günel xanım, ilk olaraq özünüz haqda danışmağınızı istərdik.

- İxtisasım hüquqşünasdır. Uzun müddət hüquqşünas işləmişəm, daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətində Gəlir və gəlir mənbələrinin artırılması, fandreyzinq şöbəsinin rəhbəri vəzifəsini daşımışam. Türk Qızıl Ayparasında Alman Qırmızı Xaçının təşkil etdiyi layihələrin yazılması, vəsaitlərin investisiya cəlbi istiqamətində bir sıra təlimlər keçmişəm. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi hotel rəhbərlərinə təlimçi statusunu almışam. Xidmət sektorunda effektiv danışıqlar mövzusunda Moskvada məşhur təlimçilərin təlimlərini keçmişəm. MDB ölkələrinin bu sahə üzrə təlimçisiyəm. Hal-hazırda Böyük Britaniyanın Kommersiya Menecmenti İnstitutunun Effektiv danışıqlar üzrə təlimçisiyəm.

Daha sonra Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatında eyni adlı departamentdə işləməyə başladım. Düşündüm beynəlxalq arenada qeyri-hökumət təşkilatlarının təcrübəsini milli təşkilatlara daşımalıyam. 2009-cu ilin sonunda ilk dəfə Biznes Etikası, layihələrin yazılması və idarə edilməsi, korporativ şirkətlərlə mexanizmi, karyera, fərdi inkişaf məzmunlu layihələrinin icrasına başladım. Qeyd edim ki, qısa zaman ərzində 2 internet televiziyasında Azərbaycan və rus dillərində 300-dən artıq “Biznes etikası”, “Uğura aparan yolmövzusunda verilişlər hazırladıq, regionlarda gənclərə ideyanı həyata keçirmək üçün gərəkli alətləri barədə treninqlər etdik. Fəxrlə deyə bilərəm ki, “Avroviziya-2012”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İGF-2012 Baku kimi ölkəmiz üçün əhəmiyyətli layihələrdə işçi qrupunun və könüllülərin beynəlxalq etiket üzrə təlimçisi olmuşam.

- Siz dediniz ki, “Biznes etikası” mövzusunda təbliğati işlər aparıbsız. Bunun hər hansı effekti varmı?

- AGAT 4 ildən artıqdır “Biznes etikası” mövzusunun təbliğatı ilə məşğuldur. İlk təlimlər layihələr çərçivəsində başlayıb. Lakin gənclərin yüksək maraqlarını gördükdən sonra bu mövzunu daha da genişləndirərək internet televiziyalarda veriliş formatında təlim hazırlamağa başlanıb. Müxtəlif mövzularda hazırlanan təlim-verilişlər nəinki etik qaydalar, həm də fərdi inkişafa dair biliklər verilib. CV necə yazılmalı, işə qəbul zamanı müsahibədən uğurlu nəticə almaq, diplomatik protokol qaydaları, geyimdress-kod (hər hansı yerdə tələb olunan geyim forması), uğurlu düşüncənin formalaşması və digər xüsusi mövzular daha geniş auditoriyaya açıqlanıb. Bu yolda kəmiyyət etibarilə say artdıqca keyfiyyət göstəricisinin yüksəlişini izləmək olar.

Qeyd etdiyim kimi “Avroviziya-2012”, İGF-2012 Baku kimi beynəlxalq tədbirlərdə Beynəlxalq etiket üzrə rəsmi təlimçi olmuşdum. Ümumi birləşdirsək 2000-dən artıq könüllü xidmət və işçi heyətinə təlim demişdim. Müşahidələrim və nəticələrim onu göstərdi ki, daxilimizdə olan mədəniyyəti, yəni özümüzü olduğumuz kimi təqdim edə bilmək bacarığı istəyi var. Milli kimliklə bərabər beynəlxalq etiketi təqdim edə bilmək əvəzedilməz müsbət təəssürat yaradır və yaddaşlarda qalır. Özünü doğru ifadə edə bilmək qabiliyyətinə malik olmaq üçün hazırda təlimlər davam edir.

-AGAT-ın Etika Akademiyası açılmaq üzrədir. Bu akademiyanın gənclərin mənəvi inkişafında nə kimi rolu olacaq?

- Bəli, AGAT Etika Akademiyası- fərdi inkişaf mərkəzini yaradır. Vaxtilə bu istiqamətdə internet televiziyada veriliş hazırlamışıq. Qərara gəldik ki, bu işi mərkəzləşdirilmiş şəkildə həyata keçirək. Bu səbəbdən də AGAT olaraq Etika Akademiyasının yaradılması təşəbbüsünü irəli sürmüşükbu istiqamətdə işlər davam edir. Açılışını bu ayın sonuna planlaşdırırıq. Akademiyamızda müxtəlif peşə sahibləri öz kvalifikasiyasını artıra bilər. Burada yüksək standartlara uyğun satış menecerlərinin, PR (İctimaiyyətlə Əlaqə) və HR (İnsan Resursları) kadrlarının, həmçinin “call centrin (çağrı mərkəzi) formalaşması üçün gərəkli təlimlər veriləcək. Xidmət sektoruna turizm, bankçılıq və s. “Yüksək Xidmət Servisi” üzrə təlimlər və Beynəlxalq Diplomlar veriləcək. Böyük Britaniyanın Kommersiya Menecmenti İnstitutunun (ICM) Azərbaycanda rəsmi nümayəndəsi “IBS Groupla bağlanmış memorandumakkreditasiya müqaviləsinə əsasən Etika Akademiyası sizə beynəlxalq tədris proqramlarını təqdim edəcək. Bu proqramlar müştəri xidmətləri, PR menecment, effektiv danışıqlar, jurnalistikamedia, Biznes Menecment, turizmdə xidmət servis, turizmdə marketinq üzrə ixtisas diplomlarını əldə etməyə imkan verir.

Ayrıca, qeyri-hökumət təşkilatları üçün QHT Paket mövcuddur ki, burada fandreyzinq, yüksək büdcəli layihələrin yazılması və idarə edilməsi, hesabatların verilməsi təlimləri aiddir. Gənclərə tapmaq, öz kvalifikasiyalarını artırmaq üçün CV necə yazılmalı, individual müsahibəni necə uğurla keçirməli kimi təlimlər veriləcək.

Qeyd edim ki, Etika Akademiyası AmerikaAlmaniyada mövcuddur. 3-cü belə akademiya Azərbaycanda yaradılıb. Məqsədimiz bu sahədə beynəlxalq təcrübəni Azərbaycana gətirməkdir. Etika Akademiyası korporativ və fərdi təhsil almaq istəyən hər kəsə açıq olacaq.

-Hazırda gənclərdə karyera həvəsi hansı səviyyədədir?

- Karyera dedikdə, o anlayışı hər kəs direktor, idarəedici və s. kimi qəbul edir. İlk öncə demək istəyirəm ki, “vəzifəcə böyük insanın məsuliyyəti də hər kəsdən üstündür” anlayışını bilsinlər. Məsuliyyətin və təcrübənin əlavəsi olaraq pozitivmotivasiya edə bilən kadr çox azdır. Sualınıza gədikdə, demək istəyirəm ki, karyeranı səthi anlayanları nəzərə alsaq, həvəs 100 % -lik həddədir. Ən ciddi problemlərdən biri də gənclər yalnız oxuduqları və əldə etdikləri bir ixtisas diplomu ilə kifayətlənirlər, davam etmirlər. Hər gün yeni ixtiralar, yeniliklər və dəyişikliklər baş verən bir zamanda 4-5 il öncə aldığınız biliklərlə geri qalmış olursunuz. Ən azı 2 ildən bir ixtisaslarını artırmaq lazımdır. Hər gün minimum 20 dəqiqə mütaliə vacibdir.

-İnsan yeniyetmə dövrlərində bir sıra psixoloji keçid və gərginliklər yaşayır. Bu dövrlərdə onlar əsas nəyə fikir verməlidir?

- Hər birimizin bu dövrü olub. Ən uğurlu göstəricilər artıq o yaşda hədəfi, məqsədi bilənlərdə olub. Tövsiyəm ondan ibarət olar ki, asudə vaxtın təşkilini öz hədəflərinə ayırsınlar. Onu da qeyd etməliyəm ki, valideynlər yeniyetmənin istedadını, marağını nəzərə almaqla yeniyetməyə həyatındakı ən önəmli məsələni, yəni hədəfi müəyyən etməyə yardım etməlidirlər.

-Hazırkı təhsil sistemi gənclərin sosial mühitə uyğunlaşması üçün onların düşüncəsini tam təmin edirmi?

- Hazırda bunu yalnız təhsil sisteminin üzərinə qoymaq fikrinin yanlış olduğunu düşünürəm. Bu, hər sahədə öz əksini tapmalıdır. Zamanın nəbzini nəzərə almaq çox vacibdir. Hal-hazırda yeniyetmələrin internetdən, TV-dən daha çox məlumat almaq imkanları var. Sosial mühitə adaptasiya oradan başlamalıdır. Çünki ailə mühiti, təhsil və sahəsi biri-birini sosial mühitə uyğunlaşmada tamamlamılıdır.

-Etiraf edək ki, bugünkü gənclik müstəqil həyata, liderliyə daha meyillidir. Bunun nə dərəcədə müsbət və mənfi tərəfləri var?

- Liderliyə meyillik yaxşı deyil. Lider həm doğulur, həm yaradılır. Lider olmaq üçün hədəfin bəlli, strategiyanı bəlli, mütaliəçi, qısa zamanda ən böhran anlarda doğru qərarlar verə bilmək, təşkilatçı insanları ətrafına birləşdirərək irimiqyaslı layihələrə imza atmaq, nümunəvi olmaq, ədalətli olmaq, təsir gücünə malik olmaq üçün xarizmatik ədalətli olmaq s. lazım. Görürsüzmü? Bu öhdəlikləri gəncliyə göstərmək lazımdır. Buna sahiblənmək üçün gənclər keyfiyyətli düşünməyə sahib olmalıdır.

-Hazırkı bir çox gənclər obrazlı dillə desək həm internet "uşaqlardır"lar. Bu hal gənclərin perspektivinə təhlükə yaratmır ki?

- Mən hər zaman azad internet tərəfdarı olmuşam. Düşünürəm ki, insanlar öz düşüncə məlumatı seçmə istifadə qaydaların sahib olmalıdırlar. Seçimi düz etməyən insan internet olmasa belə, həyatın digər alətlərində həmin yanlış seçimi edəcəklər. Düşünürəm ki, keyfiyyətli bir düşünməyə sahib insan hər zaman, hər yerdə özünə gərəkli seçimi doğru edəcək.

 

Fuad Hüseynzadə

 

Palitra. - 2014.-  12 sentyabr.- S. 11.