Qarabağ haqqında yeni filmin təqdimatı oldu

 

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsəri “ sənədli filminin ingilis dilində hazırlanması ilə bağlı lahiyəsini başa çatdırıb. Layihə çərçivəsində “Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film də çəkilib. Bu barədə SİMİB sədri Anar Xəlilov mətbuata verdiyi açıqlamada məlumat verib. Filmdə məqsəd hazırda erməni işğalı altında olan Qarabağın saxtalaşdırılan maddi və sənət əsərlərinin bugünkü taleyi fonunda Qarabağ probleminin dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırmaqdır. Qarabağın musiqi və sənət əsərləri haqqında hazırlanmış film Qarabağ mədəni tarixinin Azərbaycan mədəniyyətində oynamış rolunu dünya ictimaiyyətinə çatdırmağa çalışır. Eyni zamanda filmdə dünya şöhrətli Azərbaycan musiqiçilərinin bir çoxunun Qarabağ musiqi məktəbinin yetirmələri olduğu xüsusi qeyd olunur. Bununla Qafqazın mədəniyyət ocağı kimi Azərbaycanın ayrılmaz bölgəsi olaraq Qarabağın mədəniyyətimizdə tutduğu yer barədə dünya ictimaiyyətinin məlumatlandırılması nəzərdə tutulur. Xatırladaq ki, sözügedən təşkilat bu günədək üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını və ingilis dilində "Qafqazın konservatoriyası" filmini hazırlayıb.

 

Söhrab İSMAYIL

 

Palitra. - 2014.-  12 sentyabr.- S. 15.