“Türklər bizim klassik musiqimizə heyrandırlar”

 

Kamil Hacıyev: “Məqsədimiz insanlara özümüzü dinlədə bilmək, konsertlər verməkdir”

 

İki ildir ki, Türkiyədə fərqli mədəniyyətləri bir araya gətirən “No Land” (Məkansız) qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri azərbaycanlı tələbə Kamil Hacıyevdir. Qeyd edək ki, K. Hacıyev Türkiyədə öncə biologiya üzrə təhsil alıb, amma sonradan profilini dəyişərək musiqi sahəsində təhsilini davam etdirir.

-Maraqlıdır, biologiya sahəsində təhsil alıbsız, amma musiqiçi kimi fəaliyyət göstərirsiz?

- Kənardan baxanda belə görünsə də, əslində heçdediyiniz kimi maraqlı bir hal deyil. Molekulyar biologiyagenetika sahəsində cəmi 4 il təhsil almağıma baxmayaraq, artıq 15 ildir ki, musiqi ilə yaşayıram. Ona görə də musiqi ilə məşğul olmağım o qədər də qeyri-adi bir vəziyyət olaraq qəbul olunmasın.

- Necə oldu ki, “No Land” qrupunu yaratdız?

- “No Land” bir qrup musiqiçinin ya bir qrup yoldaşın bir araya gəlməsi ilə qurulmadı. Musiqi qrupu başlığı altında bir ailə meydana gətirməyə namizəd insanların mehribanlaşması ilə meydana gəldi. Bir növ evlilik kimi... “No Land” 2012-də iranlı Sahand Lesaninin (elektrik gitara), türkiyəli Məmməd Akif Ərsoyun (akustik gitara) azərbaycanlı Kamil Hacıyevın (vokal, skripka), yəni mənim bir araya gəlməyimin nəticəsində quruldu. Daha sonra Çağatay Vural (bass gitara), Can Kalyoncu (baraban), Hazal Akkerman (violonçel, vokal) qrupa qatıldı. Bu şəkildə irəlilədikdən sonra yeni üzvlər gərəkdi. Daha sonra Yası Alpalan (perküsyon) Ünal Can Tüzünerlə (trompet) bizə qoşuldu. Musiqimiz əslində bir araya gəldikdən sonra hər kəsin öz musiqi keçmişindən bir şeylər qatması ilə forma aldı.

- Birlikdə musiqi ifa etməyə başlayanda nələr hiss etdiniz?

- İlk çalışmalarda duyduğumuz hisslər özümüzdən bildiyimiz, daha çox keçmişimizi xatırlatdı. Çalışdıqca da hamımızın hiss etdiyi bir sıxlıq əldə etdik, hansı ki, hamımız musiqini öyrənən insanlarıq. İKSV-in yeni yaradıcılar proyekti daxilində İKSV Salonda səhnəyə çıxdıq. Eda Dəmirin direktorluğu iləSofar`s Song” da iştirak etdik.

- Məşqləriniz necə keçir?

- Məşqlərdəki hisslərimiz, anlar musiqimizi meydana gətirir. Bunun belə bir təsiri olur; o anda hər kəs musiqi aləti ilə inteqrasiya oluna bilir. Xarakterini əks etdirə bilir. Beləcə, bizim üçün daha qiymətli, mənalı olur.

- Bir musiqiçi kimi Azərbaycanın tanınması istiqamətində hansı işlər görürsünüz?

- Musiqi - ayırıcı yox, birləşdirici ünsürdür. Ona görə , musiqinin hansısa ölkəni tanıtmaq kimi bir məqsədinin olmadığını düşünürəm. Bundan əlavə olaraq, Azərbaycanımızın o gözəl dəyərli musiqisini Türkiyədə tanıtmağa ehtiyac yoxdur. Az-çox musiqidən anlayan çevrələrdə lazımi qədər bilinir qəbul olunur.

- Sizin indiyə kimi Azərbaycan musiqisindən ibarət solo konsertiniz olubmu?

- Əlbəttə, olub. Bir az əvvəl də dediyim kimi, Azərbaycan musiqisi Türkiyədə sevildiyi üçün dinləyənlər konsertdən çox məmnun qalıblar.

- Türklərin bizim klassik musiqiyə münasibəti necədir?

- Yeni musiqilərimizi sevməsələr də, klassik musiqilərimizə heyrandırlar.

- Albom çıxarmaq fikriniz varmı?

- Məqsədimiz insanlara özümüzü dinlədə bilmək, konsertlər verməkdir. Bunu albom olmadan da edə bilirik. Yaxşı, ya da pis yazılmış bütün performanslarımız “YouTubeda var. Mahnılarımıza baxılan da albom hazırlamağın çox da lazımlı olmadığı aydın olur. Biz tam fərqli kütlələrə səslənirik. Dünyanın hər yerindəki insanlara səslənməyə çalışırıq. Albomdan pul qazanmaq kimi bir məqsədimiz yoxdur. Onsuz da albom xərcdir.

- Albomunun olmaması çətinlik yaşatmırmı?

- Festivallara müraciət etdiyimizdə, ya da bir yerdə səhnəyə çıxmağı istədiyimizdə qarşılaşdığımız “albom varmı?”, “albomu gətirin dinləyək, ona görə konsert edərik” kimi ifadələrlə olur. Belə çətinliklər yaşayınca ilk zamanlar albom məsələsini qrupda gündəmə gətirdik, lakin daha sonra bu fikirdən sürətlə daşındıq. Çünki biz bir araya gələndə hücum performanslarımızla, hər kəsin musiqi aləti ilə öz xarakterini əks etdirdiyi, hər birimizin ayrı dadının olduğu, o anda alınan qeydlə İran, Azərbaycan, Türkiyə musiqilərinin sıx olduğu musiqimizlə bilinmək istəyirik.

Türkiyədə yenilikçi bir nəsil var. Daha da çoxalmasını istədiyimiz, pulları ilə deyil, görünüşləri ilə hərəkət edən yenilikçi prodüserlər də az olsa var.

- Qrup içərisindəki əlaqələr necədir?

- Sınaq işlərinin xaricində də həmişə bir yerdəyik. Bir çox musiqi qruplarında belə bir şey yoxdur. Bir-birimizdən ayrı olunca, özümüzdə nəsə çatışmazlıq hiss edirik. Elə musiqimizin xüsusiyyəti də budur.

- Musiqinizin mənasını, formasını, amalını necə ifadə edərdiniz?

- Musiqimizin sərhədi yoxdur; dili, dini, irqi, məzhəbi... Ölkə sərhədlərinə qarşıyıq. Hər kəs öz içərisində qürbətdədir, yersizdir, yurdsuzdur. Etdiyimiz musiqidə də sərhəd olmasını istəmirik. Hamımız çox fərqli mədəniyyətlərdən gəlirik və fərqli təhsillər alırıq. Öz məmləkətimizdə belə, məmləkət həsrəti çəkirik. Ayrı-seçkilik etmədən qürbət hissini yaşayıb, insanlarla paylaşırıq. Dünyanın hər hansı bir yerində də olsaq, yenə qürbətdə olacağıq. Musiqimiz də söhbətimizi köçürə bilmə bacarığımızdır. Əlimizdə bacara bildiyimiz tək musiqi var.

- Bəzən mənə elə gəlir ki, Türkiyə, müğənni və musiqiçilər ölkəsidir. Belə bir ölkədə hər hansı başqa ölkə vətəndaşının musiqiçi kimi fəaliyyət göstərməsi və uğur əldə etməsi nə dərəcədə asandır?

- Türkiyə insanı, ümumiyyətlə, həm canayaxın, həm də müəyyən mənada anlayışlıdır. Bu, yəqin ki, Anadolunun dünyanın ilk yaşayış yerlərindən və mədəniyyətlərin kəsişmə nöqtəsi olmağından irəli gəlir. Ona görə də, asanlıqla deyə bilərəm ki, burada özümü Vətəndə olduğum kimi hiss edirəm, heç bir çətinlik çəkmirəm.

- Amma yəqin ki, Vətəndən ötrü darıxan günləriniz də olur. Bu anlarda əsasən hansı musiqini dinləyirsiniz və ya ifa edirsiz?

- Ölkələr arası məsafə təyyarə ilə 2 saat olduğuna görə darıxan kimi Azərbaycana getmək imkanım olur. Ölkədən çox, təbii ki, anam üçün darıxıram. O da sağ olsun, tez-tez yanıma gəlir. Elə bir mahnı yoxdur ki, anamı görməyin yerini alsın və məni təsəlli etsin.

- Perspektivdə olan hansı layihələri həyata keçirməyi düşünürsünüz?

-Hal-hazırda konsertlərin planlamasını edirik. Arzum budur ki, tez bir zamanda Allah bizə, həm özümüzün, həm dinləyicilərin zövqünə xitab edən layihələrə imza atmağı nəsib etsin.

 

Fuad Hüseynzadə

 

Palitra. - 2014.-  19 sentyabr.- S. 6.