Sentyabrın 20-si Hyustonda “Əsrin müqaviləsi günüelan edilib

 

Texas ştatının Hyuston şəhərinin meriyası “Əsrin müqaviləsi”nin 20-ci ildönümü münasibətilə proklamasiya dərc edib. Sənəddə deyilir ki, 2014-cü il sentyabrın 20-də beynəlxalq strateji layihənin imzalanmasının 20 iliyi tamam olur.

“Əsrin müqaviləsi” adlı ilə məşhur olan bu layihə sayəsində ABŞ ilə Azərbaycan arasında iqtisadi münasibətlər möhkəmlənib, iki ölkə arasında açıq investisiya şəraiti və ticarət üçün möhkəm təməl yaranıb. 1994-cü ildə Bakıda imzalanan saziş xüsusən Xəzər dənizinin enerji ehtiyatlarının işlənməsi sahəsində kommersiya əlaqələrini inkişaf etdirmək üçün nəzərdə tutulub. Proklamasiyada Hyuston ilə Azərbaycan arasında münasibətlərin inkişafında, habelə iki ölkə arasında əlaqələr yaradılmasına verilən töhfədə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycandakı Hyuston mərkəzinin roluna xüsusi diqqət yetirilir, vurğulanır ki, bu əlaqələr cəmiyyətdə müsbət effektlər doğurub.

Sənədin sonunda Hyuston meri Annis Parker “Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə Azərbaycan Respublikasını təbrik edir və 20 sentyabr 2014-cü il tarixini Hyustonda “Əsrin müqaviləsi günüelan edir .

 

Palitra. - 2014.-  20 sentyabr.- S. 2.