Milli musiqimiz gənclərimizin mənəvi inkişafına böyük təsir göstərir”

 

Pərviz Fərhadov: “Gənclərə və milli dəyərlərimizə olan diqqət sayəsində bu gün milli alətlərə gənclər tərəfindən tələbat çox güclüdür

Gənclərin mənəvi inkişafında milli musiqimizinmühüm rolu var. Milli musiqimizi, o cümlədən də milli musiqi alətlərimizi yaşatmaq üçün gənc nəsil bu sənəti daha dərindən öyrənməli, yaşatmalı və onlar da gələcək nəsillərə çatdırmalıdırlar. Bu gün gənclərimiz də musiqi tariximizdə önəmli yer tutan muğamı, eləcə də milli musiqi alətlərimiz olan tar, kamança, sazs. unutmur, bu sənətin ardınca gedir, onu qoruyub yaşatmağa çalışırlar. Ölkə başçısı da bildirib ki, gənclərin milli musiqiyə, milli alətlərimizə çox böyük marağı var: “Ölkəmizdə keçirilən müsabiqələr, festivallar bu marağı daha da artırır. Canlı efirdə göstərilən muğam festivalları, muğam müsabiqələri cavanları da, gəncləri də bu istiqamətə sövq edir”. Layihə çərçivəsində növbəti müsahibimiz milli musiqi alətlərimizdən olan kamança ifaçı, Şuşa Musiqi Kolleci və Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadovdur:

-Mən 1989-cu il iyunun 19-da Füzuli rayonu Bala-Bəhmənli kəndində anadan olmuşam. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov adına 45 saylı orta məktəbin I sinfinə daxil olmuşam. 1998-ci ildə Bakı şəhəri N.Nərimanov rayonu Q.Qarayev adına 8 saylı uşaq musiqi məktəbinə daxil olmuşam və 2004-cü ildə həmin məktəbin “Xalq Çalğı Alətləri” şöbəsini kamança ixtisası üzrə əla qiymətlərlə bitirmişəm. 2003-cü ildə Hacı Məmmədov adına VI Bakı uşaq musiqi müsabiqəsinin diplomantı olmuşam. 2004-cü ildə Bakı şəhər G. Şaroyev adına 35-saylı 11-illik musiqi məktəbinə daxil olmuşam və 2008-ci ildə həmin məktəbin tam kursunu kamança ixtisası üzrə bitirmişəm. 2005-ci ildə N.Nərimanov rayonu Uşaq yaradıcılıq mərkəzi tərəfindən diplomla təltif olunmuşam. 2007-ci ildə 45 saylı orta məktəbi tərifnamə ilə bitirmişəm. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olmuşam. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyi ilə 2009-cu il dekabrın 4-dən bu günə kimi keçirilən Xalq artisti, professor, şöhrət ordenli xanəndə Mənsum İbrahimov və əməkdar artistlər, dosentlər tar-kamança ifaçıları Elçin Həşimov və Elnur Əhmədovungəncləşən muğam” 1,2,3.4 layihələrində iştirak etmişəm. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası, Təhsil Nazirliyi, Azərbaycan Dostları Mədəniyyəti Fondu, Heydər Əliyev Fondunun və Bəstəkarlar İttifaqının birgə keçirdiyi (S.Kəriminin rəhbərliyi ilə) 2011-ci ildə II Respublika Muğam müsabiqəsinin qalibi olmuşam və II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil etmişəm. Azərbaycan Milli Konservatoriyasında Əməkdar artist, dosent Elnur Əhmədovun sinfində muğam dərsləri, əməkdar müəllimə Kazımova Afət xanımın sinfində isə not (ixtisas) dərsləri almışam . Eləcə də AMK-nın dövlət imtahanlarından əla qiymətlər alaraq bakalavr sinfini bitirmişəm.

- Milli musiqi alətlərimizin gənclərimizin mənəvi inkişafında rolunu necə qiymətləndirirsiniz?

-Milli alətlərdən istifadə məncə bu gün də aktuallığını saxlayır. Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əiyevanın gördüyü işlər nəticəsində gəncliyimizə və milli dəyərlərimizə olan diqqət sayəsində bizdə bu gün milli alətlərə gənclər tərəfindən tələbat çox güclüdür. Ölkə başçısı da bildirib ki, “Biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüsün, vətənpərvər, Vətənə sadiq olsun, Vətən üçün işləsin, çalışsın. Bunu etmək üçün güclü vətənpərvərlik hissimilli ruh lazımdır. Milli ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat, ana dili dayanır. Ona görə bu, ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir”. Onu da qeyd edim ki, 2005-ci ilə qədər gənclər muğama bir qədər soyuq yanaşırdılar, amma 2005-ci ildən bəri muğamı istər yaşlı, istərsə də gənc nəsil sevir.

Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Hətta dövlət başçısı İlham Əliyevin və Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. M.Əliyeva bildirib ki, muğam Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisidir. Heydər Əliyev Fondu muğamın qorunması və təbliği məqsədilə "Azərbaycan Muğamı" multimedia toplusunu və "Muğam Aləmi" nəşrini təqdim edib. Bütün bunlar ölkəmizdə dövlət səviyyəsində muğama verilən dəyərin göstəricisidir. Davamlı olaraq təşkil olunan muğam müsabiqələri gənclərimizi daha da ruhlandırır. Son muğam müsabiqəsində də bir çox gənc muğam ifaçısı təmsil olunurdu. Bu baxımdan milli musiqimiz, o cümlədən milli musiqi alətlərimizdən istifadə gənclərimizin mənəvi inkişafına böyük təsir göstərir. Hazırda məsələn, həmkarım və sənət yoldaşım, dostum Ədalət Behbudovla bizim elə dostlarımız var ki, başqa sahə ilə məşğul olsalar da musiqi ilə çox maraqlanırlar, çünki onlar da deyirlər ki, bu bizim tariximizdi, milli sərvətimizdi. İnsan milli musiqiyə bağlandıqca Vətənə daha çox bağlanır.

-Müəllim kimi bu alətin milli musiqi alətimiz olması barədə gənclərə hansı fikirləri çatdırırsınız?

- Bu alətin qədimdən bəri böyük ifaçıları olub. Daha sonra çox güclü ustadlar Elman Bədəlov, Ədalət Vəzirov olub. Elnur Əhmədov mənim ustadım, Habil Əliyev, Fəxrəddin Dadaşov, Şəfiqə Eyvazova, Elşən Mansurov, Mirnazim Əsədullayev kimi gözəl ifaçılarımız olub və hazırda da var. Mən də çalışıram ki, öz ustadlarımdan əxz etdiklərimi bu gün tələbələrimə çatdırım, onlar da milli alətimizin sirlərinə daha dərindən yiyələnsinlər.

-Siz kamança ifaçısı kimi yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də çıxışlar edirsiniz. Bu çıxışlarınızla bağlı nə deyə bilərsiniz?

- Xanəndə Aytən Məhərrəmova və tarda Ədalət Behbudovla birgə 2011-ci ilin may ayının 6-da ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş xilaskar adlı konsert proqramı ilə çıxış etmişik, konsert Füzuli rayonu, Horadiz şəhərində Muğam Mərkəzində keçirilib. 2011-ci ilin may ayının 29-da Ümumrusiya Azərbaycan Konqresinin təşkil etdiyi II Solo konsertimiz Bakı kinoteatrında Moskvada Respublika günü ilə əlaqədar olub. 2012-ci il fevral ayının 1-dən 11-nə kimi keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Mədəniyyət Turizm Nazirliyinin Gənclər gününə təşkil etdiyi “Gəncliyin səsi” festivalında Beynəlxalq muğam mərkəzində keçirilən konsert proqramında çıxış etmişəm. 2010-cu ildə həmkarım tarda Ədalət Behbudovla birgə Xanəndə Babək Niftəliyevlə Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Ulan-Ude Buryatiya Respublikasında keçirilən UNESCO İOV-nın təşkil etdiyi Avrasiya Səsləri V Beynəlxalq festivalda iştirak etmişəm. 2012-ci ildə yenə Ulan-Ude Buryatiya Respublikasında 18-23 sentyabrda keçirilən UNESCO İOV Ümumdünya xalq yardıcılıq təşkilatının, Buryatiya Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq “Sounds of Eurosia” 2012 festivalının qalibi olmuşam və V Beynəlxalq konqresdə çıxış etmişəm. 2012-ci il 20-oktyabrda Azərbaycan Milli Kulinariya Assosiasiyası və UNESCO İOV-nın keçirdiyi Beynəlxalq Kulinariya Günündə də diplomla təltif olunmuşam. 2012-ci ildə keçirilən 31-ci Türkiyə İstanbul Beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyi Vaqif Bəhmənlinin rəhbərliyi ilə Beynəlxalq kitab sərgisində konsert proqramı ilə çıxış etmişik. 2012-ci ildə Dünya Gəncləri Dostluq və Dayanışma DerneyiLider Türk Dünyası -Lider gənclərimin buluşma noktası təşkilatının təşkil etdiyi dekabr ayının 28-i Ankarada, 29-u İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı ilə Aytən Məhərrəmova və Ədalət Behbudovla birgə çıxış etmişikdiplomlarla təltif olunmuşuq. 2011-ci ildə Xanəndə Aytən Məhərrəmova ilə birgə Xətrinə Dəymərəm adlı musiqi albomumuz və 2012-ci ildə isə xanəndə Vüsal ZamanovlaQarabağ Canım Mənim” adlı musiqi albomumuz işıq üzü görüb (Tarda Ədalət Behbudovla birgə). 2013-cü ildə həmkarım Ədalət Behbudovla İnstrumental Kompozisiya adlı ilk klipimiz və eləcədə instrumental ifalarımız albom şəklində ərsəyə gəlib. 2013-cü ildə keçirilən Eurovision mahnı müsabiqəsi yarışması zamanı Azərbaycanın milli seçim turu zamanı Ədalət Behbudovla qonaq qismində həm klipimizi, həm də ki, instrumental ifamızı milli alətlərimiz tar, kamançada ifa etmişik. 2013-cü il 13 may Çelyabinskidə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin xətti ilə ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədər keçirilən festivalın qala konsertində konsert proqramı ilə çıxış etmişik. 2013-cü il 24, 27, 28, 30-u Tacikistanda Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun dəstəyi ilə ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konsert proqramları ilə çıxış etmişik. Hazırda UNESCO İOV-nın üzvüyəm. Dəfələrlə İran, Gürcüstan, Türkiyə, Rusiya, Buryatiya , Ukraynada ,Tacikistanda qastrol səfərlərində olmuşam. Aypara Muğam üçlüyünün üzvüAypara İntrumental ansamblına rəhbərlik edirəm(Tarda Ədalət Behbudovla birgə). 2013-cü ildə keçirilən Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə keçirdiyi III Respublika İnstrumental Muğam müsabiqəsinin iştirakçısı olmuşam.

Ümid edirəm ki, bundan sonra da həm ölkəmizdə, həm də xaricdə təşkil olunan müxtəlif konsert proqramlarında təmsil olunacağam. Ümumiyyətlə, bu sənətimi çox sevirəm. Bu sənəti seçən gənclərimizin də bu sahənin sirlərinə daha dərindən yiyələnməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

 

Nigar Abdullayeva

 

Palitra. - 2014.-  20 sentyabr.- S. 11.