Parisdə
Azərbaycan Dövlət rəqs ansamblının
çıxışı böyük maraqla qarşılanıb
Parisdəki şəhərcikdə, açıq havada Azərbaycan Dövlət rəqs ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl tamaşaçılara ölkəmiz haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və musiqi ənənələrinə malik ölkədir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Parisin 6-cı rayon meriyasının dəstəyi ilə təşkil olunan şəhərcik ölkəmizi fransızlara daha yaxından tanıtmaq məqsədilə təşkil olunub.
Qısa məlumatdan sonra söz rəqqaslara verilib. 1970-ci ildə yaradılan Azərbaycan Dövlət rəqs ansamblı ötən 40 ildən çox tarixi dövr ərzində dünyanın
bir sıra ölkələrində yüksək
səviyyəli çıxışlar
edib. Bu həm
keçmiş sovet dövründə, həm
də müstəqillik
illərində baş
tutub. Xüsusi ilə də
Heydər Əliyev Fondunun son illərdə təşkil etdiyi dünyanın müxtəlif
ölkələrində, o cümlədən Fransada keçirilən konsertlər
kollektivə böyük
rəğbət qazandırıb.
Həmişəki kimi bu dəfə də ansambl öz bacarığını yüksək
səviyyədə nümayiş
etdirə bilib.
Tamaşaçılar güclü yağışa
baxmayaraq meydanı tərk etməyib və bir-birini əvəz edən həzin, qəlbləri oxşayan Azərbaycan rəqslərini böyük
maraq və heyranlıqla seyr ediblər. Ansamblın üzvlərinin ifa etdikləri “Yallı”, “ Nəlbəki”, “Qazağı”
, “ Naz eləmə”, “
Atəşgah”, “ Qarabağ”
, “Gənclik” və digər milli rəqslərimiz tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
Ansamblının Paris tamaşaçısı
qarşısındakı çıxışı
“Odlar diyarı” rəqsi ilə yekunlaşıb .
Parisdə “ Azərbaycan şəhərciyi”
adı altında keçirilən mədəni
tədbirlər davam edir.
Tural
Palitra. -
2014.- 23 sentyabr.- S. 13.