Sumqayıt 65 illik yubileyini qeyd edir

 

Sumqayıtın şəhər statusunun almasının 65-ci ildönümü çərçivəsində rəsm sərgisi keçirilib.

Ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısında təşkil olunan tədbirdə bayrama dəvət olunmuş yerlixarici qonaqlar da iştirak ediblər. Sərgidə 50-dən çox gənc rəssamın əsərləri nümayiş olunub. Daha sonra mərasim iştirakçıları müxtəlif musiqi kollektivlərinin çıxışlarını izləyiblər. Sankt-Peterburqdan gəlmiş təbilçi qızlar qrupu, ölkəmizin müxtəlif bölgələrini təmsil edən musiqiçilər- Qaxın “Şvidkatsaxor kollektivi, Qusarın “Ləzginka” rəqs qrupu, Lənkəranın “Bacılar” folklor, Salyan rayonunun “Cəngi” kollektivləri, Masallının “Halay” və Gədəbəyin folklor-musiqi qrupları bənzərsiz çıxışları ilə bayram iştirakçılarını valeh ediblər.

 

Palitra. - 2014.- 24 sentyabr.- S. 2.