“Gənc nəslin maariflənməsi çox vacibdir

 

Seyran Quliyev: “Erkən nikahlarla bağlı maariflənmə layihəsinin yeni mərhələsində bir sıra tədbirlər keçiriləcək”

 

Gənclərin və yeniyetmələrin fiziki və mənəvi inkişafında onların ailə və nikah məsələləri ilə bağlı bilgilərinin artırılması və maarifləndirilməsi də ən önəmli yerlərdən birini tutur. Bu barədə orta məktəb dərsliklərindən və tədrisindən müəyyən məlumatlar əldə edilsə də, görünən budur ki, bəzi regionlarda bu barədə müəyyən problemlər qalmaqdadır. Məsələn, erkən nikahlarla bağlı bildirməyə dəyər. Məhz bunu nəzərə alaraq gənclərin, yeniyetmələrin və onların valideynlərinin erkən nikahlarla bağlı məlumatlandırılması və maarifləndirilməsi məqsədilə son vaxtlar ardıcıl layihələr, aksiyalar həyata keçirilməyə başlanılıb. Bu layihələrdə erkən nikahların gənclər, yeniyetmələr, həddi-buluğa çatmayanlar üçün hansı fiziki və mənəvi problemlərə gətirib çıxardığı barədə məlumatlar verilir, onların zərərləri açılıb göstərilir. Bu məsələ ilə bağlı Gənclər Fondunun dəstəyi ilə layihə həyata keçirən gənc fəallardan biriBDU-nun magistri Seyran Quliyevdir. Yeniyetmə və gənclərin fiziki-mənəvi inkişafı baxımından bu layihənin çox önəmli olduğunu qeyd edən S.Quliyevin fikrincə, erkən nikahların sosioloji, psixoloji, tibbi və digər aspektlərini gənclərə başa salmaq olduqca aktualdır. Həmçinin təlimlər vasitəsilə erkən nikahlar, onun fəsadları haqqında yeniyetmələr, gənclərin maaifləndirilməsi, həmçinin onlara sağlam gələcək üçün təhsilin önəminin çatdırılması lazımdır. “Erkən nikah” deyərkən, çox vaxt yeniyetmə yaşda qızların evləndirilmələri nəzərdə tutulur. Əslində isə erkən nikah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Oğlanların erkən yaşda ailə həyatı qurmasına çox da rast gəlinməməsi bu anlayışın qızlarımıza aid olmasına səbəb olub. Bu mövzu ilə bağlı Seyran Quliyevlə layihə çərçivəsində bir daha söhbətləşdik. Qeyd edək ki, müsahib əvvəlcə gənclərin mənəvi-əxlaqi inkişaf məsələləri ilə bağlı fikirlərini bldirdi, sonra isə nikah məsələləri ilə bağlı maarifləndirmədən danışdı.

-Sizinlə gənc nəslin mənəvi baxımdan inkişafı, maarifləndirilməsi məsələsi haqqında danışmaq istəyirik. Əvvəla, özünüz haqqında qısa məlumat verərdiniz.

- Belə bir mövzu ilə bağlı müzakirələrə qatılmağa məni də dəvət etdiyiniz üçün təşəkkürlərimi bildirirəm. Mən, Quliyev Seyran Nəcməddin oğlu Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşam. Orta təhsilimi N.Gəncəvi adına qəsəbə 1 saylı orta məktəbdə başa vurub, 2008-2012 ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə ixtisasına yiyələnmək üçün bakalavr təhsili almışam. Hal-hazırda həmin universitetin Sosiologiya kafedrasında magistratura təhsilimi davam elətdirirəm.

-Görünür, danışacağımız mövzu sizə uzaq mövzu deyil. Mənəvi baxımdan inkişaf maariflənmə məsələsi haqda deyə bilərsiz?

- Bildiyiniz kimi, cəmiyyət maddi mənəvi həyatdan ibarətdir. İlk başdan bəsit görünən bu məsələ əslində çox genişdir. Bu tərəflər haqqında çoxlu müzakirələr aparmaq olar. Amma indi bizi maraqlandıran mənəvi tərəfi olduğundan bunun üstündə müəyyən qədər dayanım. Dar mənada mənəviyyat anlayışı əxlaq tərbiyə anlayışları ilə bir safda yerləşdirilir. Sual yarana bilər ki, mənəvi baxımdan zəngin olmanın etalonu nədir, görəsən? Ümumiyyətlə, belə bir etalon varmı? Elm, fəlsəfə din kimi rol oynaya bilər bu məsələdə? Bunların hər birinə aid çox geniş diskussiyalar aparmaq lazımdır, deyə bu suallara aydınlıq gətirməkdən yan keçirəm. Müzakirəmizin əsas hissəsi olan gənc nəslin mənəvi baxımdan inkişafı məsələsində qayıtsaq isə deyə bilərəm ki, bədii ədəbiyyat, incəsənət, kütləvi informasiya vasitələri bu işdə görülməli olan işlərin böyük qismini yerinə yetirə bilərlər.

-Maarifçilik. Bu anlayış sizə deyir?

- Çox şey deyir. Maarifçilik, Avropanın indiki inkişafının səbəbkarı, xurafatın qənimi, “Əkinçi”, “Molla Nəsrəddin s. “Maarifçilik nədirsualını ünvanlasaydınız, belə cavablandırardım : O, insanları düşüncələrə xitab etməklə tərəqqiyə doğru aparan, insan zəkasının qaranlıq guşələrinə işıq saçıb, onu aydınladan, “lorudillə desək, gözünü açan, insanların, cəmiyyətlərin əlindən tutub, onları bu ya digər şəkildə xoşbəxtliyə doğru sürükləmək olub, öz mütərəqqi fikirləri ilə cəmiyyətin bütün sferalarına nüfüz edə bilən, elmi, mədəni, ictimai, siyasi fəaliyyətdir. Məlumdur ki, ilk dəfə olaraq ictimai-siyasi hərəkat kimi XVIII əsrdə Fransada özünü göstərsə qısa müddətdə bu dalğa dünyanın bir çox guşəsinə yayılmışdır. O cümlədən A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, Mirzə Kazım, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, S.M.Qənizadə, H.Mahmudbəyov, H.Z.Tağıyev başqalarının simasında özünü bizim regionda göstərib. Xalqımızın cahillikdən, xurafatdan azad olmasında onların da böyük xidmətləri olub, desəm, yəqin ki, yanılmaram.

-Hazırda maarifləndirici xarakterli tədbirlər sizi qane edirmi?

- Bilirsizmi, maarifçilik məsələsində gərək hər kəs əlindən gələni etsin. Dövlət bu sahədə çoxlu işlər görür.Hər il demək olar ki, yeni məktəblər istifadəyə verilir, yüzlərlə tələbə dünyanın nüfüzlu universitetlərinə təhsillərini davam etdirməyə göndərilir. Cənab Prezident İlham Əliyev hələ neçə illər bundan öncə kitabların latın qrafikası ilə təkrar çapı barədə sərəncam vermişdi. Müsbət işlər çoxdur. Amma dediyim kimi, gərək bu məsələdə hər kəs əlindən gələni etsin. Kütləvi informasiya vasitələri bu işdə fəal ola bilərlər. Digər sahələr təbii ki, imkanlarından istifadə etməlidirlər. KİV-lərin auditoriyası genişdir, - deyə, onlar bu məsələdə xüsusən seçilməlidirlər.

-Gənc nəslin maariflənməsi məsələsinin vacibliyini necə əsaslandırardız?

- Gənc nəslin maariflənməsi çox vacibdir.Hər şeydən öncə maariflənmə zəngin dünyagörüşə sahib olmanın təməlidir. Hələ bir neçə yüz il öncə dahi ustad Nizami Gəncəviqüvvət elmdədirsöyləyirdi. Sağlam gələcək, qüdrətli Azərbaycan üçün gənc nəslin maariflənməsinə ayrıca diqqət edilməlidir. Sevindirici haldır ki, biz gənclər bu diqqəti hər zaman hiss etməkdəyik. Bir şeyə bu zaman aydınlıq gətirək: maariflənmə təkcə biliklərə yiyələnmək olmamalı, şüurun inkişafına təkan verməlidir.

-Az öncə qeyd etdiniz ki, maariflənmə işində hər kəs əlindən gələni etməlidir. Sizin bu sahədə hansısa formada fəaliyyətiniz olubmu?

- Sualınız tam yerinə düşdü. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi iləErkən nikahlanma, erkən maariflənadlı layihəni icra etməkdəyəm. Fərdi şəkildə fonda təqdim etdiyim layihədir. Yeri gəlmişkən, cənab Prezidentə bir gənc kimi öz təşəkkürlərimi bildirirəm ki, belə bir bir fond yaradıb biz gənclər onun sayəsində ideyalarımızı rahat şəkildə həyata keçirə bilirik. Həmçinin layihəyə dəstək olduğuna görə fond rəhbərliyinə minnətdarlığmı bildirirəm. Erkən nikahlarla bağlı maariflənmə layihəsinin yeni mərhələsində bir sıra tədbirlər keçiriləcək. Layihə Masallı Lənkəran rayonlarında keçirilir.Bu regionları əbəs yerə seçməmişəm. O coğrafiyanın sakini olduğumdan, problemləri daha aydın görə bilirəm. Dövlət erkən nikahlara qarşı mütəmadi işlər görür. Amma bununla belə, xanımların təhsil alması ilə əlaqədar bəzi yerlərdə problemlər var. Valideyn təhsil almağa qoymur, yaxud da qız elə düşünür ki, oxumaq bunun üçün deyil s. Qısaca olaraq qeyd edim ki, layihənin keçirilməsində məqsəd erkən nikahların fəsadlarını yeniyetmələrə çatdırmaq, onlara maariflənmənin əhəmiyyətini izah etməkdir. Artıq Masallı rayonunda bununla bağlı bir neçə görüş keçirmişəm. Müsbət haldır ki, görüş zamanı xanım dinləyicilərin əksəriyyəti təhsil almağa daha istəkli olduqlarını vurğulayırdılar. Layihənin ikinci mərhələsi Lənkəran rayonunda keçiriləcək. Sonda iki yüzə yaxın yeniyetmə gənclə bu haqda söhbət etmiş olacam.

 

İlkin AĞAYEV

 

Palitra. - 2014.- 26 sentyabr.- S.11.