Qaytağıfransalı tamaşaçıları heyran edib

 

Azərbaycan mədəniyyətini, zəngin mədəni irsini fransızlara yaxından tanıtdırmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunanAzərbaycan şəhərciyiçərçivəsində keçirilən mədəni tədbirlərin altıncı günündəAzərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar CəmiyyətininQaytağı” instrumental ansamblı tamaşaçılar qarşısında çıxış edib.

Respublikanın Əməkdar Artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi ansamblın ifasında müxtəlif musiqi nömrələri ifa olunub. Ansamblın müşayiəti ilə Əməkdar Artist Abbas Bağırovun ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşaçı xanım Süzan Kabare ansamblın ifasından aldığı təəssüratları bölüşərək deyib: “Azərbaycan musiqisini dəfələrlə dinləmişəm. Musiqinizin həzinliyi, ürəyəyatımlığı adamı sehrli bir aləmə aparır. Sözləri başa düşməsəm , musiqinin mənalı olduğunu dərk edirəm. Musiqinin özü qəlbləri oxşayırsa, ifa edilən mahnıların sözləri bir o qədər əhəmiyyət kəsb etmir. Müxtəlif vaxtlarda Azərbaycan ilə bağlı iştirak etdiyim tədbirlərdə dinlədiyim caz konsertləri, simfonik orkestrin, rəqs qruplarının çıxışları məndə belə qənaət yaradıb ki, Azərbaycan incəsənət adamları ilə zəngin bir ölkədir. Məmnuniyyətlə belə bir ölkəyə səfər edərdim”.

 

Tural

 

Palitra. - 2014.- 26 sentyabr.- S.13.