Mətbuat Şurasında Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib

 

Sentyabrın 26-da Mətbuat Şurasında yazıçı-jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirildi.

Tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş qələm sahiblərinin yaradıcılıq məclislərinin təşkilini ənənəyə çevirib.

Əflatun Amaşov vurğuladı ki, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərmiş görkəmli şəxslərdən biri də yazıçı-jurnalist Əfqan Əsgərovdur. O, ömrünün yarım əsrdən çoxunu mətbuata, ədəbiyyata həsr edib, həm nəsr, həm də dramaturgiya sahəsində maraqlı əsərlər yaradıb. Əfqan Əsgərov ötən əsrin 50-ci illərində ədəbiyyata gəlib, həmin vaxtdan da mətbuatda yorulmadan fəaliyyət göstərib.

Ə.Amaşov Ə. Əsgərova rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim etdi.

Çıxış edənlər Ə. Əsgərovun həyat və fəaliyyətindən danışdılar, yaradıcılığını yüksək qiymətləndirdilər.

 

Tural

 

Palitra. - 2014.- 27 sentyabr.- S.5.