Dövlətçilik tarixilə bağlı maariflənmə gənclərin mənəvi inkişafı üçün məqsədəuyğundur

 

Azərbaycan dövlətçilik tarixilə bağlı maariflənmə gənclərimizin mənəvi inkişafı baxımından olduqca böyük önəm kəsb edir. Bu baxımdan Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov bildirir ki, XX əsr - Azərbaycanın dövlətçilik tarixində ən mürəkkəb, çətin və eyni zamanda ən şərəfli dövrlərdən biridir. Və bu müasir dövlətçilik dönəmi ilə bağlı gənc və yeniyetmə nəsil mütəmadi olaraq maarifləndirilməli, onların dövlətçilik şüuru bu baxımdan yetərincə inkişaf etdirilməlidir. Bu baxımdan filosof gənc nəslin bir sıra məqamlara diqqət yetirməli olduğunu bildirdi:

“Məsələn, milli fikrin oyanışı ilə siyasi repressiyalarideoloji məhdudlaşdırmalar eyni dövrə təsadüf etdiyindən, siyasi, ictimai və fərdi şüurdakı ziddiyyətlər bir çox şəxsi faciələrin də səbəbinə çevril­ib. Önəmli olan məsələlərdən biri yaşanmış faciələrə, heç olmazsa, müstəqillik dövründə anlayışlı yanaşmaq, o dövrün daxili ziddiyyətlərini və tələblərini nəzərə almaq, eyni zamanda bu yöndə gəncləri maarifləndirməkdir. Və milli varlığın qorunub saxlanması üçün nələrin daha vacib olduğunu müəyyənləşdirməkdir. Beləliklə, gənclər bilməlidir: Bizi bir millət olaraq yaşadan nədir: hadisələr, təfərrüatlar, yoxsa mahiyyətlər? Məsələ burasındadır ki, milli varlıq heçözünü hansı isə millətdən hesab edən insanların cismaniya sosial varlığı deyil. Milli varlıq - milli ideyanın varlığıdır; bu ideyanın yaşamasını təmin edən bir zehniyyət, sosiallaşmış mənəvi prosesdir. Biolojiictimai varlıq mənəvi varlığın sadəcə daşıyıcısıdır. Əlbəttə, daşıyıcılar olmasa - millət də olmaz. Lakin digər tərəfdən, əgər milli ideyanı, milli ruhu yaşadan çox kiçik bir ictimai qrup hələ varsa, deməli, millət də hələ yaşayır. Və əksinə, çoxlu sayda bioloji varlıqlar və yaxşı təşkilatlanmış və hətta dövlətləşmiş böyük bir cəmiyyət varsao, öz iqtisadi, elmi-texnoloji inkişafına görə irəlidə getməyi də bacarırsa və itirmiş olduğu (qurban verdiyi) sadəcə (?!) milli ruhdursa, milli varlığın yaşadığını deyə bilmərik. Çünki bu möhkəm və böyük sosial bədənə artıq başqa bir ruh hakim kəsilmişdir. Ad-familiya (o cümlədən, millətin ad-familiyası) hələ milli mənsubiyyəti təsdiq edə bilməz. O qədər manqurt xalqlar var ki... Bir sözlə, əsas məsələ zehniyyətdir, mənəviyyatdır. Din içində din bəsləyən”, yad sosial-mənəvi iqlimdə öz həqiqi milli zehniyyətini və ruhunu qoruyub-saxlayan və gələcək nəsillərə çatdıran millət fədailərimiz olmasaydı, bizçoxdan özgələşər, yabançılaşardıq. Çar Rusiyası dövründə əyninə məmur mundiri geyinib, çiynində poqon gəzdirən A.Bakıxanov, M.F.Axundzadə kimi, bolşevizmin ilk hakimiyyəti dövründə kommunist partiyasının iyerarxiyasında yüksək mövqe tutan Nəriman Nərimanov və sonralar Heydər Hüseynov kimi şəxsiyyətlər öz rəsmi vəzifə borclarından kənara çıxaraq və hətta bu vəzifənin, bu mövqeyin verdiyi səlahiyyətlərdən məharətlə istifadə edərək, həm də və daha çox dərəcədə millət üçün çalışmırdılarmı? Vaxtilə Çar ordusuna xidmət edən və hərbi sahədə böyük bilik, təcrübə və mənsəb sahibi olan Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski kimi generallar fürsət düşən kimi milli istiqlala xidmət etmədilərmi? İndi biz onları imperiyaya xidmət etdiyinə, öz dövrlərində hakim mühitlə “kompromisə getdiklərinə görə” qınamalıyıqmı? Və nəhayət, Heydər Əliyev bir kommunist lideri olmaqla yanaşı, özünün bütün imkanlarından milli tərəqqi üçün istifadə etmirdimi? 2001-ci ildə çapdan çıxmış “Lider, dövlət, cəmiyyət” kitabımda mən Heydər Əliyevin partiya rəhbərliyində çalışarkən öz mövqeyindən millət naminə necə istifadə etdiyinə dair belə bir faktı diqqətə çatdırmışam: “...Həmin dövrdə Azərbaycan tarixini vərəqləyərkən paradoksal vəziyyətlə qarşılaşırıq. Bütün ölkə miqyasında inkişafın ləngidiyi və bir sıra sahələrdə hətta tənəzzül getdiyi bu dövr Azərbaycanda ancaq sürətli inkişaf və dirçəliş dövrü kimi səciyyələnə bilər. Bəs necə ola bilirdi ki, Azərbaycan ölkə miqyasında gedən bu mənfi proseslərdən bir növ kənarda qalmış, əksinə, iqtisadiyyatın demək olar ki, bütün sahələrində: sənayedə, kənd təsərrüfatında, şəhərsalma və tikintidə, elm və mədəniyyətdə böyük uğurlar qazanaraq sürətli inkişaf yolunu tuta bilmişdi? Bir türk respublikasının qabağa çıxması, sürətlə tərəqqi etməsi Mərkəzin siyasəti, dəst-xətti ilə heç cür uyğunlaşmırdı. Deməli, kimsə Mərkəzin siyasətindən, ümumi meyllərdən kənara çıxırdı, kimsə tabunu pozurdu, kimsə axının əksinə üzürdü. Həm də dərin qatlarda, gözə görünmədən üzürdü. Hər dəfə aşkarda - axın istiqamətində, alt qatda isə ikiqat sürətlə - axına qarşı üzmək qeyri-adi güc və iradə tələb edir. O vaxt bu gücün bizə haradan gəldiyini çoxları dərk etmirdi. O vaxt bunu dərk etmək çətin idi”. Amma təəssüf ki, indi də dərk etməyənlər var. Yaxud Nərimanovla bağlı tez-tezo niyə bolşevik partiyasının üzvü olmuşdu?” deyənlər tapılır. Amma fərz edək ki, o dövrdə Nərimanov yox idi: bir milli istiqlalçılar var idi, bir də bolşeviklər. Xalq Cümhuriyyəti artıq qurulmuşdu, hakimiyyət onların əlində idionlar nə edə bilərdilərsə, etdilər. Bolşeviklərin gəlişi isə bir işğal hadisəsi idibu, Nərimanovlu da olacaqdı, Nərimanovsuz da. Onsuz da həyata keçən bu prosesdə Orconikidze, Kirovbizim onlardan betər “milli bolşeviklərlə” yanaşı, Nərimanovun da iştirakı olmasaydı, onda bütün erməni planlarının və rus imperialist siyasətinin tam həcmdə gerçəkləşəcəyinə (bu isə Azərbaycanın xəritədən silinməsi demək idi) heç bir şübhə ola bilməzdi. Amma milli ruhlu bir azərbaycanlı lazım olan məqamda lazım olan yerdə tapıldı və onların planlarını pozdu. Bəs, Nərimanov da cümhuriyyətçilərdən biri olsaydı və onlarla bərabər sürgün edilsəydi, onda necə? Bu gün M.F.Axundzadənin də millət yolunda geniş miqyaslı maarifçilik fəaliyyətinə kölgə salmaq üçün onu məhz Çar Rusiyasının məmuru kimi təqdim etməyə, onun fəaliyyətini maarifçilik deyil, ateizm səpkisində dəyərləndirməyə çalışanlar var. Mirzə Kazım bəyin də hansı amallar naminə kompromisə gedərək sinəsindən xaç asdığını anlamadan onun bütün fəaliyyətini bu xaçın kölgəsinə salanlar tapılır. Akademik Heydər Hüseynovun da Azərbaycanda elmin təşkilatlanması və milli fəlsəfi-fikir tariximizin inkişafı sahəsində misilsiz xidmətlərinə rəğmən, onu məhz “marksistkimi dəyərləndirməyə, onu qınamağa çalışanlar var. Bu gün 1953-cü ilə qədər davam edən Stalin repressiyası dövründə, Cavidlərin, Müşfiqlərin fiziki yolla sıradan çıxarıldığı və milli ruhun qırılmaq təhlükəsi qarşısında qaldığı o ağır illərdə bütün təqiblərə və təzyiqlərə rəğmən, Azərbaycan milli ruhunu misraların ahəngində qoruyub-saxlayan, Vətən sevgisini ana dilinin ecazkarlığı ilə təlqin edən, hər bir partiyalı şeirin əvəzində beş qat artıq milli poeziya nümunəsi yaradan böyük Səməd Vurğuna da irad tutanlar tapılır. O vaxt Səməd Vurğunun qarşısında duran missiya Azərbaycan tarixinin təfərrüatlarını yazmaqdan ibarət deyildi; bunun üçün tarixçilər vardır. O vaxt qarşıda daha böyük bir vəzifə dayanırdı. Kremlin yeritdiyi millətsizləşmə və ruslaşma siyasətinə rəğmən, milli ruhu yaşatmaqsağ-salamat gələcək nəsillərə ötürmək: nə vaxtsa müstəqillik üçün tarixi şans yarananda, millət bu şansla üz-üzə ruhsuz-qanadsız qalmasın deyə! Doğrudan da, SSRİ-dən çıxmaq və müstəqillik uğrunda mücadilə aparmaq missiyası üzərimizə düşəndə və özümüzü bir millət kimi duymaq, milli qürur hissi ilə silahlanmaq zərurəti yarananda məhz o vaxt Cavidlərin, Vurğunların yaşatdığı həmin milli ruh köməyə gəldi. Həlledici məqamda keçmiş tarixin təfərrüatları deyil, millətin özünün, milli ruhun, milli qüruriftixar hissinin canlı olması önəmlidir. Bu missiyanı Səməd Vurğun milli qürur hissinin rəmzinə və böyük abidəsinə çevrilən Vaqif obrazını yaratmaqla yerinə yetirmişdir. Bu yerdə dörd il bundan öncə çap olunmuş məqalədən bir parçanı yada salmaq istəyirəm: “Bəli, «Vaqif» bir sənət əsəridir. İştirakçılar da məhz bədii obrazlardır. Ədəbiyyatşünaslıqda yayılmış qüsurlu baxışlardan fərqli olaraq, bu pyestarixi əsərdir, nə də realizm üslubunda yazılmışdır. «Vaqif» romantizmin ən parlaq nümunələrindən biridir. Buradatarixi Molla Pənah var, nə də tarixi Ağa Məhəmməd şah. Burada bir hökmdarbirşair obrazı yaradılmış, ədəbiyyat və mədəniyyətin gücü rəyasət və ordunun gücü ilə qarşı-qarşıya qoyulmuşdur. Burada şair milli ruhun təmsilçisi kimi təqdim olunur. O şair ki, Cübran onu “xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləminin bələdçisi» adlandırır. Əlbəttə, bu cür başa düşülən şair sadəcə şeir yazan, yaxud tarixi nəzmə çəkən şəxs yox, milli düşüncəni poetik zirvəyə qaldıran bir şəxsdir. Aristotel də təsadüfən poeziyanın tarixdən daha yüksək olduğunu vurğulamır. Amma bizedirik? Səməd Vurğunun yaratdığı böyük şair obrazından tarixi detallar və «obyektivlik» tələb edirik. Azadlığa çıxmış tarix prizmasından «Vaqif»ə baxıb burada Ağa Məhəmməd şah Qacarın tarixi təfsilatlarını tapa bilməyənlər görəsən Molla Pənah Vaqiflə bağlı tarixdən bəlli detalları nə əcəb axtarmır və Vaqifinbir siyasi sima kimi səhvlərinin qələmə alınmasını və üzə çıxarılmasını tələb etmirlər? Və nə əcəb qeyd etmirlər ki, niyə burada Vaqif obrazı Rusiyanın ancaq ədəbiyyatını, mədəniyyətini qiymətləndirir, Rusiya padşahından isə bir zülmkar olaraq bəhs edir, ona nifrətini bəyan edir, amma əslində belə olmayıbmış?.. Səməd Vurğun öz «Vaqif»ini, öz əzəmətli şair obrazını tarixi detallar üzərində qurmur. Əksinə, şair obrazına hər hansı bir kölgə salacaq hadisələri bilə-bilə “unudur”. Çünki şair bizə kölgəsiz, ləkəsiz şəkildə - milli ruhun timsalı kimi lazım idi.” (10 iyun 2009). Amma «Vaqif» tariximizin mənimsənilməsi üçün doğrudan da yardımçı vasitə kimi istifadə oluna bilər. Lakin təsvirçi tarixçilər üçün yox, tədqiqatçı tarixçilər üçün. Bir məsələni qarışıq salmamaq şərti ilə: «Vaqif» XVIII əsrin axırlarının deyil, XX əsrin 30-cu illərinin, məhz 37-ci ilin tarixini əks etdirmək baxımından qiymətlidir. Hər addımı bir təhlükə olan həmin dövrün tarixini yazarkən şairlərimizdə satqınlıq nişanələri axtarmaq əvəzinə, həqiqi qəhrəmanlıq nümunəsinə göz yummamaq şərti ilə. Əlbəttə, Vaqif obrazının prototipi kimi Molla Pənah Vaqifi yox, Cavidi, Cavadı, Müşfiqi və nəhayət, Vurğunun özünü; Qacar obrazının prototipi kimi isə Ağa Məhəmməd şahı yox, Stalini, Mircəfər Bağırovu görə bilmək səriştəsi heç də hamıya verilməmişdir. Yəni söhbət təxəyyülün gücündən gedir. Hətta təxəyyüldən daha çox, gerçək hiss-həyəcandan. Çünki 37-nin ab-havasını qismən də olsa təsəvvür etsək, onun hər gündüzü və gecəsi həyatla ölüm arasında qıl körpüsü idi. Məşhurlar hamısı bu hissi yaşayırdılar. Cəlladla görüş səhnəsi günün gerçəkliyi idi. Milli ruhun bütün böyük təmsilçiləri bu gün yoxsa da, yarın “olum, ya ölüm” dilemması ilə üzləşməyə məhkum idi. Amma əslində, həbs sanksiyasından geriyə yol olmadığına görə, burada ancaq ölüm var idi. “Olum, ya ölüm” isə hələ tutulmayanların hər gün yaşadığı sarsıntı idi. Səməd Vurğun kimi nəhəngləri narahat edən isə, heç şübhəsiz, öz şəxsi həyatı, sağ qalıb-qalmayacağı barədə düşüncələrdən daha çoxo da getsə millətin taleyi, gələcəyi necə olacaq?” sualı idi. Ölümün gözünə dik baxaraq, “mən bu repressiyalara qarşı çıxıram”, “mən Cavidi, Müşfiqi dəstəkləyirəm, mən də onlarla bir sıradayam”, - demək... Budurmu qəhrəmanlıq? Yoxsa, millətin taleyini düşünmək, hər necə olursa olsun ona verilmiş vurğunluq, millətin şairi olmaq, milli mənəvi ruhu tərənnüm etmək, yaşatmaqbunun naminə səsini içinə salmaq, haqsızlığa dözmək... Milli qüruru yaşatmaq üçün şəxsi qürurunu öldürmək! Vaqifi yaratmaqyaşatmaq üçün Səməd Vəkilovun qəlbindəki üsyanları yatırtmaq və 31 yaşında müdriklik yükünü üzərinə götürərək, bundan sonrakı bütün ömrü boyu bu yüklə, bu ağrı-acı ilə yazıb-yaratmaq!”. Alimin fikrincə, gənclər bilməlidir ki, sovet dövründə milli mənəviyyatın, ictimai fikir tarixinin, dövlətçilik şüurunun, ədəbi-bədii və fəlsəfi dəyərlərin qırmızı terror baryerindən keçirilərək yeni nəslə ötürülməsi ilə mənəvi tarixin kəsilməzliyi təmin olunub.

 

İlkin AĞAYEV

 

Palitra. - 2014.-  27 sentyabr.- S. 11.