Üzeyir Hacıbəyli VI Beynəlxalq
Musiqi Festivalı başa
çatıb
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın “Fiqaronun toyu” operasının premyerası ilə festival öz işinə yekun vurub.
Baş rolları Belarusun əməkdar artisti Vladimir Qromov, Ukraynanın əməkdar artisti Dmitri Qrişin, əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova və Əkrəm Poladov, ifa ediblər.
Festivalda 11-dən çox xarici ölkənin məşhur kollektivləri iştirak edib. Festival çərçivəsində, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans təşkil olunub, “Ensiklopediya azerbaydjanskoqo muqama” kitabı təqdim edilib.
Tural
Palitra. -
2014.- 30 sentyabr.- S. 15.