“Otellərimiz yerli mütəxəssislərə şans
verməlidirlər”
Aydan
Məmmədova: “Təhsil almaq istəyən hər kəs dövlətin yaratdığı
imkanlardan faydalana bilər”
Rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncam uğurla həyata keçirilir. Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialının yetişməli olduğunu deyən ölkə başçısı bildirib ki, müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir: “Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”. Bu gün həm xaricdə təhsil alan, eləcə də təhsilini başa vurub gənc kadr kimi Vətənə qayıdan gənclərimiz dövlətin onlara yaratdığı bu şəraitdən razılığını bildirirlər. Müsahibimiz Azərbaycan Turizm İnstitutuna daxil olduqdan sonra təhsilini Fransada davam etdirib bakalavr dərəcəsi almış, Portuqaliyada magistr təhsili alaraq gənc kadr kimi Vətənə dönən Aydan Məmmədovadır:
- Mən 1989 tarixində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq məqsədilə imtahanlarda iştirak etdim və 2006-cı ildə 487,5 balla Azərbaycan Turizm İnstitutunun Turizm üzrə menecment fakültəsinə daxil oldum. Səmimi olsam, institut seçimi edərkən əvvəlcədən qərarlaşdırmamışdım, lakin Turizm İnstitutunun yeni açılması və ixtisasın maraqlı olması məni cəlb etdi və qərarıma təsir etdi. Sonra təhsilimi Fransada davam etdirməyimə gəldikdə isə müraciət edən il (2008) yalnız iki ölkə vardı: Fransa və Portuqaliya. Həmin vaxt 4 tələbə təhsil almaq üçün Yunanıstana və 1 nəfər (mən) Fransaya yola düşdük.
- İki
xarici ölkədə
təhsil
almısınız. Bu ölkələrdə
təhsil
alan azərbaycanlı tələbələrlə
əlaqələriniz
necə
idi?
- Fransanın Angers şəhərində oxuyurdum, orada məndən başqa daha iki azərbaycanlı tələbə vardı. Amma uzun illər orada yaşayan azərbaycanlılarla da əlaqəm vardı, sağ olsunlar tez-tez qonaq çağırırdılar, daim dəstək olurdular. Portuqaliyanın Viana do Castelo şəhərində olarkən birinci il 6 tələbə idik, 2-ci il sadəcə 4 tələbə idik. Sayca az olsaq da digər ölkələrin tələbələri ilə münasibətlərimizin çox yaxşı olması bunu hiss elətdirmirdi.
- Azərbaycan
hökuməti gənclərə
xaricdə
təhsil
alması üçün imkanlar
yaradır. Siz bu gün dövlətin gənclər
siyasəti,
onlara göstərilən
diqqət
və
qayğı ilə bağlı nə
deyərdiniz?
- Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə, reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu gün gənclərin təhsil alması üçün ölkəmizdə hər bir şərait yaradılıb. Təhsil almaq istəyən hər bir tələbə istənilən yolla təhsil ala bilər. Önəmli deyilki Dövlət Pproqramıyla təhsil alasan. Əsas odur ki, sən təhsil almaq istəyəsən. Təhsil almaq istəyən hər kəs dövlətin yaratdığı imkanlardan faydalana bilər. Azərbaycanda bir çox təşkilatlar var ki, onlardan da xaricdə təhsillə bağlı geniş məlumatlar almaq olar. Dövlətin yaratdığı bu şəraitdən istifadə etmək lazımdır. Eləcə də maliyyə baxımından Gənclər və İdman Nazirliyinin dəstəyi artıq dövlətimizin qayğısının bir nümunəsidir.
- Siz bakalavr təhsilinizi
Fransada davam etdirmisiniz. Orada təhsil
almaq ixtisasınızla
bağlı hansı yenilikləri
öyrənməyə imkan verdi?
- Azərbaycandan
fərqli
olaraq Fransada dərsləri praktik olaraq keçməyə üstünlük verirdilər. Bizdə tədris
mərkəzləri tələbəyə kitabdan öyrədilməsinə üstünlük verildiyi
halda, orada öz ixtisasını prosesin özündə birbaşa iştirak edərək öyrətməyə üstünlük
verirdilər.
Bu da əlbəttə
tələbənin daha gözəl
və
dərindən qavranmasına çox kömək
edir. Təhsil aldığım müddətdə böyük qazancım ixtisasımı Avropa prizmasından öyrənmək oldu.
Belə olduğu halda
rahatlıqla Azərbaycan müqayisə
edə
bilirdim və bizdə olan üstün və
ya çatışmayan
cəhətləri asanlıqla
görə
bilirdim.
- Niyə orada menecment deyil, turizm və
otelçilik ixtisasını
seçdiniz?
- Mənim
ixtisasım məhz turizm üzrə menecmentdi.
Dərslərim həm
turizmi, həm də menecment ixtisasını əhatə edirdi. Mənim fikrimcə, menecment bir az ümumi sahədir,
gələcəkdə
gözəl
menecer olmaq üçün turizmi hərtərəfli bilmək lazımdır.
- Ümumiyyətlə, ölkələrimiz arasında
təhsil
sistemində
hansı fərqli cəhətləri görürsünüz?
- Əlbəttə ki, fərqli cəhətlər var. Zənnimcə, ən böyük fərq dərs keçmə
metodundadır. İstəyərdim ki, gələcək üçün
çərçivələrimizi bir az böyüdək. Bir tələbəyə
keçirilən
dərsdən əlavə, ixtisası üzrə öhdəliklər, layihələr tapşırılsın, tələbələrin öz ideyalarını ortaya qoymağa şərait
yaradılsın. Bu da təbii
ki, tələbələrimizi daha
yaradıcı olmağa
meylləndirəcək.
- Ölkəmizdə turizm üzrə menecment ixtisası və bu sahədə gənclərin iş əldə etməsi ilə
bağlı imkanlar hansı səviyyədədir?
- Deyə
bilmərəm yüksək
səviyyədədir, çünki
hazırda bir çox otellər bu vəzifə üçün xaricdən mütəxəssis gətirirlər. Amma istəyərdim öz tələbələrimizə, mütəxəssislərimizə bu şansı versinlər.
Əminəm bizim bir çox turizm sahəsi
üzrə
mütəxəssislərimiz heç də xaricilərdən geri qalmırlar.
- Xaricdə
diaspor təşkilatlarımız fəaliyyət göstərir.
Siz bu təşkilatlarda
təmsil
olunmusunuzmu, hansısa
tədbirlərdə iştirak
etmisinizmi?
- ASAİF üzvü olduğum üçün xaricdə təhsil alan tələbələrin yığıncağı olanda mən də iştirak edirdim. Hazırda xaricdəki tələbə yoldaşlarımla da əlbəttə əlaqəm var, amma təyyarə bileti və digər qiymətlərə baxanda gəlmək buraya gəlmək problem yaradır.
- Sonra təhsilinizi
Portuqaliyada davam etdirmisiniz. Magistr təhsili
üzrə
məhz
bu ölkəni seçməyinizin səbəbi nə
idi?
- Portuqaliyanı rahatlıqla
turistik bir ölkə
adlandırmaq olar, o baxımından magistr dərəcəmi bu ölkədə davam etdirdiyim üçün çox məmnunam.
Tədris müddəti
İngiltərə, Avstraliya, Niderland, Amerikadan gələn
professorlar mənə dərs keçiblər.
Sadəcə orada təhsil almaq bizim tələbələr arasında geniş yayılmayıb.
- Hazırda ölkəmizdə çalışırsınız. Niyə
çalışmaq üçün
təhsil
aldığınız xarici
ölkələrdən birini deyil, məhz
ölkəmizi
seçdiniz?
- Xaricdə yaşamağın müsbət cəhətləri olduğu kimi mənfi cəhətləri də var. Ən böyüyü ailəndən, böyüdüyün doğma şəhərindən uzaq olmaqdir. Baxmayaraq ki, hazırda öz oxuduğum ixtisas üzrə işləməsəm də peşman deyiləm. Xaricdə təhsil mənə çox şeyi qazandırdı. Bu gün xaricdə təhsil alan gənclərin bir qrupu orada çalışır, bir qrupu isə ölkəmizə qayıdır. Tələbələr orda qalsalar da, Vətənə qayıtsalar da hər iki vəziyyətin üstünlükləri var. Xaricdə yaşamaqla bizi təmsil edirlər, Vətənə qayıtmaqla biliklərini bizimlə bölüşürlər. Bu gün beynəlxalq təchizat meneceri kimi çalışıram. Bu sahədə çalışmaq mənim üçün çətinlik yaratmır. Əksinə, işimlə əlaqədar xarici şirkətlərlə əlaqədə oluram. Təhsil müddətində də daima xaricilərlə ünsüyyətdə olmağım, xarici mədəniyyətlə tanış olmağim iş olduqca asanlaşdırır. Gələcək planlarıma gəldikdə isə 7 illik təhsilimdən sonra əldə etdiyim biliyi, ideyalarımı öz işimdə, karyeramda əks etdirməyə çalışacam.
Nigar Abdullayeva
Palitra.-2014.-8 yanvar.-S.7