“Xaricdə təhsil alan tələbələrimizin Vətənə ixtisaslı kadr kimi
dönməsi vacib şərtdir”
Samir Orucov: “Məhz bu kimi yollarla dövlətimizi iqtisadi və sosial yöndən daha da güclü edə bilərik”
“Xarici
ölkələrdəki
gənclərimiz
təhsil
almaqla yanaşı, həm də
Azərbaycan
xalqının təmsilçisi, onun qədim mədəniyyətinin,
adət
və
ənənələrinin
təbliğatçılarıdırlar”
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Ölkəmizdə də bu istiqamət hər zaman prioritet olub. Azərbaycanlılar da pərakəndə şəkildə tarixinin müxtəlif çağlarında xaricdə təhsil alıblar. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələ yenidən diqqət mərkəzində olub. Bu gün Azərbaycanın iqtisadiyyat sektorunda olduğu kimi elm, təhsil və mədəniyyət sahələrində də geniş inteqrasiya prosesləri müşahidə olunur. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib. Bu gün artıq gənclərimiz dünyanın müxtəlif ali təhsil ocaqlarında təhsil alır. Müsahibimiz Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy Universitetinin İktisadi İdari Bilimler Fakültəsinin Menecment bölümünün 1 kurs tələbəsi Samir Orucovdur:
-Mən
1989-cu il may ayının 6-da Bakı şəhərində anadan olmuşam. 1996-cı ildə
Bakı şəhəri Sabunçu
rayonu 68 saylı orta məktəbin 1 sinfinə
getmişəm.
2004-cü ildə isə Nizami rayonu Kimya-biologiya
təmayüllü
Respublika liseyinə daxil oldum. 2007-ci ildə
oranı bitirdikdən sonra “Caspian Plaza”da Real
Express poçt xidmətində ofis meneceri vəzifəsində çalışmışam. 2008-ci ildə
isə
ARDNŞ-in tərkibində Mənzil
Kommunal Xidmətləri Departamentində operator vəzifəsində çalışmağa başladım.
2012-ci ildə
isə
Türkiyədə oxumaq qərarına
gəldim.
Beləliklə, Türkiyə
Cümhuriyyətinin
Burdur şəhərində
Mehmet Akif Ersoy Universitetinin İktisadi İdari Bilimler Fakültəsinin Menecment bölümünün
1 kurs tələbəsi adını qazandım.
Hazırda Mehmet Akif Ersoy Universitetinin 133 Yabancı uyruklu öyrencilerin və TDAT-ın sədriyəm.
- Təhsil aldığınız
universitetdə
tələbələr
üçün yaradılan
şəraitlə bağlı nə deyərdiniz?
- Oxuduğum bu ali təhsil ocağında ilk xarici tələbələr
bizik. Universitetdə təhsil
şəraiti
qənaətbəxşdir. Universitetin rahat otaqları, kitabxanası, idman zalı, yeməkxanası
var. Təhsil
almaqla yanaşı, universitetin sosial həyatında
yaxından iştirak etmək,
başqa ölkələrdən
olan tələbə yoldaşlarımla zaman keçirmək,
onların mədəniyyətini,
dünya görüşlərini analiz edib dəyərləndirməyi sevirəm.
Tələbələr
üçün hər şərait
var. Dünyanın 150 dən çox kitabxanasına
online giriş, ən yeni elmi məqalələrlə
tanış olmaq imkanımız var. Bundan əlavə müasir yataqxana
və
Avropa standartlarına
tam cavab verən yeməkxanamız
mövcuddur. Burada tələbələr
özlərini
evlərindəki kimi hiss edirlər.
- Oradakı tələbələri
Azərbaycan
haqqında necə məlumatlandırırsınız?
- Təbii
ki, bizim üçün ən əsası torpaqlarımızın
bu gün erməni
işğalı altında
olduğunu və o torpaqların əzəli və əbədi Azərbaycan torpaqları
olduğunu, bu istiqamətdə bütün reallıqları
dünya ictimaiyyətinə, eləcə də
həmyaşıdlarımıza,
Türkiyə
gəncliyinə çatdırmaqdır. Biz buradakı gənclərə Azərbaycanın
böyük tarixi, mədəniyyəti ilə
bağlı məlumat veririk. Universitetimizdə Türkiyə
Cümhuriyyəti
vətəndaşları
ilə
yanaşı, dünyanın
müxtəlif
ölkələrindən tələbələr
təhsil
alır. Mən tez-tez onlarla
həm
universitet daxilində, həm
də
kitabxanada görüşürəm. Onlara Azərbaycanın
mədəniyyəti, Qarabağ müharibəsinin səbəbləri və nəticələri haqqında,
Xocalı, 20 Yanvar faciələri haqqında danışıram.
İmkan
düşdükcə,
onlara Azərbaycandan kitablar
aparır, azərbaycan dilli internet saytlarını
paylaşıram. Tələbələrin əksəriyyəti mənim
“facebook” dostlarımdır.
Sosial şəbəkə vasitəsilə Azərbaycanda
baş verən mühüm hadisələri onlarla bölüşürəm.
Tələbə dostlarım Azərbaycanın tarixi,
ədəbiyyatı, idmançıları, o cümlədən şahmatçıları,
musiqisi və mətbəxi ilə bağlı məlumatları çox
bəyənirlər. Biz tez-tez birlikdə idman oyunlarına, xüsusən
də
azərbaycanlı
futbol, güləş və
voleybol komandalarının
oyunlarına baxırıq.
Bütün bunlar dostlarımın
Azərbaycan
haqqında məlumatlarını
daha da artırır.
Bu bir faktdır
ki, hazırda bizim gənclərimiz dünyanın istənilən ölkəsində Azərbaycanı
layiqincə
təmsil
edirlər.
Son illər
diaspor fəaliyyətimizin
daha da güclənməsində,
onların aktiv olmasında gənclərin
də
mühüm rolu var. Çünki diaspor Azərbaycanı
xarici ölkədə təmsil edir, onun reallıqlarını
çatdırır, ölkəmizi təbliğ
edir. Başqa xalqların ölkəmizlə bağlı bilmədiklərini onlara daha düzgün
çatdırırlar. Bizim hər
birimiz diaspor olaraq ölkəmizin dünyada
tanınmasına, reallıqlarının
çatdırılmasına, təbliğinə çalışmalıyıq.
Onu da qeyd edim ki,
dövlətimizin
uğurlu xarici siyasəti
nəticəsində ölkəmiz
kifayət
qədər tanınır. Bununla yanaşı, burada
ölkəmizin
mədəniyyət günlərini
təşkil
edir, şəhərlərimizin
və
turizm potensialımızı
göstərmək məqsədi ilə
müxtəlif
seminarlar təşkil edirik. Yerli əhalinin
bizlərə qarşı münasibəti çox gözəldir. Burada hər
kəs
bizimlə
mehriban davranır, insanları gülərüzlü və
səmimidir.
Köməyə ehtiyac duyulduğunda
hər
kəs
əlindən gələni əsirgəmir.
- Ölkəmizdə gənclər üçün xaricdə təhsil
imkanlarının yaradılmasını
necə
qiymətləndirirsiniz?
- Prezidentimizin uğurlu gənclər siyasəti onun məhz daim gənclərin yanında olduğunun bariz nümunəsidir. “Təhsil ölkənin gələcəyidir”- deyib ulu öndərimiz. Ümumiyyətlə, xaricdə təhsilə olan ümummilli lider qayğısı bu gün də ölkə başçısı tərəfindən davam etdirilir. Belə ki, Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə” ölkə başçısı tərəfindən sərəncam imzalanıb. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar. Biz gənclər də daim ölkəmizin inkişafı naminə çalışmalıyıq və bizim təhsilimizə qoyulan sərmayəni, əziyyəti, ən əsası da inamı boşa çıxarmamalıyıq. Daim ölkəmizin adını dünya səviyyəsində tanıtdırmalıyıq. Ölkəmizdə həm Təhsil Nazirliyinin, həm özəl şirkətlərin, həm də beynəlxalq humanitar təşkilatların xətti ilə xarici ölkələrin aparıcı universitetlərində təhsil alıb ixtisaslı mütəxəssis kimi yetişmək imkanı yaranıb. Ölkə başçımızın gənclərimizə göstərdiyi diqqət, qayğısını və ümumiyyətlə, bu istiqamətdə həyata keçirildiyi tədbirləri yüksək qiymətləndirirəm. Xaricdə təhsil alan hər bir gənc həmin ölkənin xaricdəki nümayəndəsidir və diasporun məncə ən əsas aparıcı qüvvəsidir. Mənim fikrimcə, təhsilli bir gənc təhsilsiz və yalnızca o ölkəyə maddi qazanc üçün gedənlərdən daha ətraflı ölkəsini tanıda bilər. Bu gün ölkəmiz inkişaf edib, sürətli iqtisadi inkişafı göz qabağındadır və yetərincə büdcəsi var. Bu baxımdan ümid edirəm ki, ölkəmizin xaricdəki tələbələrə dəstək olmaq imkanı da var. Ulu öndərimizin dediyi kimi biz gənclər ölkənin gələcəyiyik. Təbii ki, buna müvafiq olaraq güclü təhsil almamız və Vətənə ixtisaslı bir kadr kimi dönməmiz vacib şərtdir. Azərbaycan təhsili ilə yanaşı, Avropa təhsil sistemini öyrənmək, tələbələrimizin analitik düşüncə qabiliyyətini artırır. Müxtəlif mədəniyyətləri öyrənərək onlarla iş birliyində effektiv nailiyyətlər əldə etmək üçün xaricdə təhsil almaq önəmli məsələdir. Məhz bu kimi yollarla dövlətimizi iqtisadi və sosial yöndən daha da güclü edə bilərik. Bu kimi fəaliyyətimizdə bizə yardım göstərdiyi üçün dövlətimizə və şəxsən Prezidentə öz dərin minnətdarlığımı bildirirəm.
Nigar Abdullayeva
Palitra.-2014.-9 yanvar.-S.5.