“Xəmsə” xarici dillərdə nəşr ediləcək
İsgəndəriyyə Kitabxanasının
direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin təşəbbüsü və rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvi irsi üzrə dünyanın ən tanınmış
araşdırmaçıları ilə birgə şairin “Xəmsə”sinə daxil olan əsərlərin müxtəlif dillərdə tədqiqatını nəşr edəcək.
Mərkəzdən verilən məlumata görə, məqsəd Şərq mədəniyyətinin dahisi olan Nizami Gəncəvinin dünyada tanıtdırılması və ədəbiyyatının kökündə duran dəyərlərin təbliğ olunmasıdır.
Bununla bağlı artıq Hindistan, Amerika Birləşmiş Ştatları, Misir Ərəb Respublikası, Böyük Britaniya Krallığı, Fransada mövcud arxivlərin araşdırılmasına başlanılıb.
O cümlədən İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi irsinə aid olan ədəbiyyatların kataloqlaşdırılması reallaşdırılacaqdır.
Tural
Palitra.-2014.-9 yanvar.-S.16.