“Özəl telekanallar
özlərinə yaxın adamlardan ibarət Bədii Şura
yaradıblar”
“Telekanallarda bayağılıq,
sünilik, şitlik, efir mədəniyyətinin aşağı olması adi gözlə görünür”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsini təqdim edirik:
- Yanvarın 1-də
Azərbaycan
ərazisində
rəqəmsal
yayıma keçid tam
başa çatdı. Bununla
bərabər,
anoloq yayım da həyata
keçirilir. Bu
keçidlə bağlı cəmiyyətdə
müəyyən
çaşqınlıq da var. Bununla bağlı nə
deyə
bilərsiniz?
- Bəli,
bu haqda dəfələlə məlumat versək
də, hiss edirəm
ki, bununla bağlı
qeyri-müəyyənlik var.
Əslində
məsələ çox sadədir. Hazırda Azərbaycanda rəqəmsal yayım həyata keçirilir.
Amma bununla bərabər anoloq
yayım da qalmaqdadır. Sadəcə olaraq, analoq yayım hələ
dayandırılmır, 2014-cü ildə
bu proses başa çatacaq. Biz əhalinin
marağını nəzərə alırıq. Hesab
edirik ki, bu işə
tam hazırlaşmalıyıq və ondan
sonra anoloq
yayımı dayandırmalıyıq. Çünki
ölkədə kifayət qədər dekoderlər
olmalıdır ki, əhali anoloq
yayım dayanan kimi, rəqəmsal yayımdan istifadə edə bilsin.
Aztəminatlı əhaliyə dekoderlərin verilməsi ilə bağlı biz cənab
Prezidentə
müraciət etmişik, Nazirlər
Kabineti də
bu məsələyə
baxıb. Bu məsələ gündəmdədir. Ümid
edirəm ki, bu məsələ yaxın gələcəkdə öz
həllini tapacaq. Dekoderlərin verilməsi
yalnız aztəminatlı
ailələrə aiddir. Əhalinin böyük hissəsi
rəqəmsal yayıma
keçmək üçün indidən
dekoderləri mağazalardan almalıdırlar. Əks halda, anoloq yayım dayanandan sonra onlar televiziya
kanallarına baxa bilməyəcəklər.
-Sizcə, Nazirlər Kabineti bununla bağlı qərarı nə vaxt açıqlayacaq?
- Biz bunu gözləyirik. 2014-cü il artıq
son tarixdir. Biz əhalinin
marağını nəzərə
alaraq, məsələni əhali
üçün xeyirli
olacaq yöndə həll
etməyə çalışırıq. Bəzən mətbuatda
doğru məlumatlar verilmir. Azərbaycan dövləti
heç vaxt xarici kanalların yayımı ilə bağlı məsələlərə
qarışmır. Xarici kanalların
Azərbaycanda
yayımını özəl şirkətlər kabel şəbəkələri vasitəsilə həyata
keçirir. Rəqəmsal yayımın xarici
kanalların Azərbaycanda yayımlanıb-yayımlanmamasına heç bir aidiyyatı yoxdur. Bəzən mətbuatda
“sosial paket” ifadəsi
də
işlədilir.
Bu həddindən artıq çox televiziya kanalları olan ölkələrə aiddir. Bu kanallardan
dövlət
üçün vacib
olanları, əhalinin baxmağa daha çox ehtiyacı duyduqlarını bir paketdə
- “sosial paket”də toplayıb pulsuz yayımlayırlar. Azərbaycanda cəmi
10 televiziya kanalı
var. Ona görə də
bir paketimiz var. Onun da hər hansı bir adla adlandırmağa ehtiyac yoxdur. Onsuz da pulsuz yayımlanırlar.
Xarici kanallara baxmaq istəyənlər kabel şəbəkələrinə müraciət
edərək baxa bilirlər.
- Ötən il MTRŞ özəl televiziya kanallarında Bədi
Şura yaradılması
ilə
bağlı qərar qəbul
etmişdi. Həmin şuralar yaradıldımı?
- Artıq telekanalların hamısında Bədii Şura yaradılıb. Amma bu Bədii
şuraların icra mexanizmi, onun verdiyi qərarların
hansı formada olacağı haqqında isə
bizdə
dəqiq
məlumat
yoxdur. Hər bir özəl televiziya kanalı özü üçün
ən
yaxın adamlardan ibarət
Bədii
Şura yaradıb və
bizə
də
siyahı göndəriblər. Amma biz istərdik
ki, bu Bədii şuralar işlək bir mexanizm olsun.
Onların fəaliyyəti hiss olunsun. Həmin Bədii
şuralarda Dilçilik
İnstitutunda çalışan
insanlar da təmsil
olunur. Bəzi kanallar isə rəhbər şəxslərin heyəti
ilə
bədii
şuralar yaradıblar.
Amma biz çox istərdik ki, həmin
bədii
şuralarda Azərbaycan dili üzrə mütəxəssis olan şəxslər təmsil
olunsunlar.
- MTRŞ ötən il telekanalların
əməkdaşları üçün
müəyyən treninqlər
təşkil
etmişdi. Həmin treninqlərin
bu il
də
davam edəcəyi
gözlənilirmi?
- Biz bu cür treninqləri daima həyata
keçirməyə çalışırıq. Bunu
bu il
də
davam etdirməyi planlaşdırırıq. Çünki Azərbaycan
dilinin mükəmməliyinin qorunub
saxlanması üçün
çalışmaq lazımdır.
Televiziyalarda mütəxəssislər tərəfindən monitorinqlər
aparılsa, onların
verdiyi rəyə
əsasən biz müəyyən tədbirlər görə
bilərik.
- Çox vaxt MTRŞ-yə
uşaq televiziyalarının
nə
vaxtsa açılacağı
ilə
bağlı müəyyən suallar ünvanlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət
Komitəsindən də
bildirmişdilər
ki, bu məsələ
ilə
bağlı aidiyyətli qurumlara müraciət olunub. Hazırda şura uşaq
televiziyasının açılması
ilə
bağlı konkret işlər
görürmü?
- Azərbaycanda
hazırda 10 televiziya kanalı var. Təəssüf ki, həmin
televiziya kanallarında
uşaqlarla bağlı
aparılan siyasət bizi qane etmir.
Azərbaycanda
həm
uşaqlarla bağlı
verilişlərin
az olması,
həm
də
cizgi filmlərinin demək olar ki, olmaması
bizi narahat edir. Amma mövcud telekanalların
potensialından istifadə edərək bu işi həll etmək
daha düzgün olardı. Hər bir sahə özünə
aid olan televiziya kanalının açılması
ilə
bağlı məsələ
qaldırarsa, Azərbaycan kimi kiçik ölkədə bu doğru olmaz.
-Yəqin
razılaşarsınız ki, Azərbaycan
teleməkanında
yayımlanan proqramlarda
kəskin
pozuntular olur. Bura həm
ifadələrin düzgün seçilməməsi, həm də
son vaxtlar azyaşlı
uşaqları efirə çıxarılaraq istismar
edilməsi
və
sair məsələri aid etmək
olar. Şura bu məsələlərlə bağlı
hansı tədbirlər həyata
keçirir?
- Bu, Azərbaycan
televiziya kanallarında
çox ciddi problem olaraq qalır. Yəni kadr çatışmazlığı
məsələsi ən ciddi məsələrdən
biridir. Çox təəssüf,
bu, televiziya kanallarımızda hələ də həll
olunmamış məsələlərdən biridir.
Ona görə
də
verilişlərin
keyfiyyəti
ilə
bağlı böyük
problemlər
var. Verilişlərin
məzmunu
demək
olar ki, əhalinin
böyük əksəriyyəti
tərəfindən qəbul
olunmur, aşağı
səviyyədədir. Texniki baxımdan
müəyyən dəyişikliklər var. Amma keyfiyyət baxımından
hələ də
görüləsi
işlər
həddindən artıq çoxdur. Təbii ki, bayağılıq,
sünilik, şitlik, bəzən mövzu seçimlərinin doğru olmaması, efir mədəniyyətinin aşağı olması adi gözlə görünən məsələdir. Aparıcıların özlərinin
etik səviyyəsinin
aşağı olması,
geniş dünyagörüşünə malik olmamaları rahat hiss olunur.
- Bəs bu halların qarşısını
almaq üçün
MTRŞ nə
edir?
- Biz üzərimizə düşən
səlahiyyətlərimiz çərçivəsində onlara hər
hansı tövsiyələr veririk. Amma təəssüf
ki, televiziya kanalları bəzən
reytinq arxasınca qaçaraq milli-mənəvi dəyərlər,
cəmiyyət qarşısında məsuliyyəti dərk
etmirlər.
Bu təbii
ki, bizi də
narahat edir.
Biz telekanalların yaradıcılıq
işlərinə qarışa bilmərik, sadəcə, tövsiyələr verə
bilərik. Televiziya kanalları
bu tövsiyələri nəzərə
almalıdırlar. Son zamanlar yumoristik səhnəciklər yayımlayan bir sıra kanallar, xüsusən
də
həmin
o səhnəcikləri ifa edən
gənc
aktyorlar sətiraltı, Azərbaycan ədəbi dilinə
uyğun olmayan sözlər
işlədirlər ki, bu da
normal hal deyil. Təbii ki, həmin kanallarla bu haqda
danışıqlar aparacağıq.
Bəzən həmin
o aktyorlar ailəsinin yanında danışmadığı
lətifələri, efirdən danışırlar. Televiziya kanalları
da bunu efirə verir. Bu çox
narahatlıq doğuran
məsələdir. Buna görə
də
biz ciddi tədbirlər
görəcəyik. ANS, “Space” və
ATV kanallarında bu cür hallar var.
- Artıq bir neçə ildir
ki, büdcədən
serialların çəkilməsi
ilə
bağlı vəsait ayrılır. Bu il də həmin
çəkilişlərin davam edəcəyi
gözlənilir?
- Son dövrlər təxmini hesablamalara görə, Azərbaycanda 20-yə yaxın serial çəkilib. Bu kəmiyyət baxımından Azərbaycan üçün böyük rəqəmdir. Hələ bizim ayırdığımız vəsaitdən əlavə çəkilən seriallar da var ki, onları bu siyahıya aid etmirəm. Bu sahəyə həddən artıq ssenaristlər, aktyorlar cəlb olunublar. Yəni bu sahədə canlanma hiss olunur. Keyfiyyət baxımından da əvvəlki illərə nisbətən müəyyən irəliləyiş var. Amma bu bizi tam qane etmir. Yenə də mövzu, aktyor seçimində, səsləndirmədə problemlər var, bayağılıq, sünilik hiss olunur. Hesab edirik ki, 2-3 il ərzində bu məsələnin tam həll edilməsi o qədər də asan deyil. Amma bunun üzərində çalışmaq lazımdır. Əvvəllər televiziya kanalları maddi vəsaitin olmamasından şikayət edirdilər. Amma indi onlara kifayət qədər maliyyə vəsaiti ayrılır. Əvvəlki bəhanələr artıq aradan qaldırılıb. Onlar öz üzərlərinə düşən işi görməli, insanlara keyfiyyətli seriallar təqdim etməlidirlər.
- Peyk, kabel televiziyalarına lisenziyalar verilir. Amma internet televiziyaların bu imkanı yoxdu. Bu problemin həlli yolu varmı?
- Bəli,
demək
olar ki, internet televiziyalrından başqa,
digər
telekanallar lisenziyalaşdırılır.
Amma
internet televiziya hələ tam lisenziyalaşdırılmır.
Dünyada bununla bağlı
müəyyən qaydalar qəbul
olunmayıb. Bu ən
ciddi məsələrdən biridir.
Hamı bunu həll
etməyə çalışır, amma
necə
tənzimlənməsini müəyyən edə bilmir. Çünki bunun mexanizmi
yoxdur. Mənim fikrimcə,
televiziya kanalı fərqli
olmur. İstər efir, istər peyk, istər
mobil, istərsə
də
internet yolu ilə yayımlansın.
-Bununla bağlı şuranın
hansısa təklifi varmı?
- Avropa Şurasına üzv olan ölkələrin demək olar hamısında bu yöndə müzakirələr gedir. Ümumi qayda qəbul
olunacaqsa, biz də o qaydalardan istifadə edəcəyik. Amma biz bu məsələ ilə bağlı hər hansı
bir eksperiment etməyəcəyik.
Palitra.-2014.-10 yanvar.-S.7.