“Anam
qaydasız döyüşlə məşğul olmağımı istəmirdi”
Lətifə İsmayılzadə: “Azərbaycanı xaricdə təbliğ etməyi daim özümə borc saymışam”
Azərbaycanın istedadlı, bacarıqlı və savadlı gənclərinin sədaları dünyanın dörd bir yanından gəlməkdədir. Biz, adətən bu gənclərimizlə ya təsadüfən tanış olduqdan sonra fəaliyyətlərini mətbuatda işıqlandıra bilirik, ya da onların fəaliyyəti və uğurları arxa planda qalır. Çünki uğur formulunun sirlərini bilən gənclərimizin əksəri mətbuata o qədər də açıq olmurlar. Belə gənclərdən biri də Lətifə İsmayılzadədir. Lətifə İsmayılzadə haqqında təkcə bir maraqlı faktı demək kifayətdir ki, bu xanım gəncimizin nə qədər mətin iradəyə və bacarığa malik olduğunu təsəvvür edək. O, nadir gənclərimizdəndir ki, idman sahəsində ciddi uğurlara nail olduğu halda, təhsildə də ciddi uğurlara nail olmağı bacara bilib. Bunların ikisini bir araya gətirməyi bacaran bu gəncimizlə bağlı olan müsahibəni oxuculara təqdim edirik.
-Lətifə
xanım, öncə özünüz
barədə
məlumat
verərədiniz.
- Mən - Lətifə İsmayılzadə 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə Bakının Sabunçu rayonunda yerləşən 192 saylı, daha sonra isə 81 nömrəli orta məktəblərində təhsil almışam. Orta məktəbdə dərslərimə məsuliyyətlə yanaşmışam və əla qiymətlərlə təhsilimi başa vurmuşam. Amma dərslərə maraqla yanaşı məndə idmana da meyil olub. Ona görə də idmanla da mütəmadi olaraq məşğul olmuşam.
- İdmanın
hansı növü ilə məşğul
olmusunuz və nailiyyətləriniz
olubmu?
-2000-ci ildən 2008-ci ilə kimi Bakının ən böyük idman mərkəzlərindən sayılan İsmət Qayıbov adına stadionda mütəmadi olaraq idmanla məşğul oldum. İdman növü isə qaydasız döyüş idi. Bəlkə də bir xanım üçün o qədər də uyğun idman növü sayılmaya bilər. Amma mən məhz hər kəsin təəccübünə səbəb olan bu sahə üzrə uğurlar qazandım. Çox adamdan belə suallar eşidirdim ki, ağır zədələr almaqdan qorxmursanmı? Amma hər an, hətta məşqlərdə belə ağır travmalar alma ehtimalı olan qaydasız döyüşü seçmişdimsə, bu yolda da davam etməli idim. Uğurlarım az olmayıb. 2000-2008-ci illər ərzində Azərbaycanda keçirilən çempionatlarda iştirak etmişəm. Azərbaycan çempionatında 1-ci yer tutmuşam. Bu, 2002-ci ildə olmuşdu. Daha sonra Bakının Sabunçu rayonunda keçirilən çempionatda 2-ci yer tutdum. Bu isə 2003-cü ildə baş vermişdi. Bundan əlavə referendum gününə həsr olunmuş yarışda 1-ci yerin sahibi olmuşdum. Həmçinin “Adzuma Takavi” kuboku yarışmasında 1-ci yerə sahiblənmişəm. Yəni, uğurlarımı daim sıralamışam və ailəmin yanına hər zaman alnıaçıq və uduzmadan - qalib kimi dönmüşəm. Sadəcə olaraq bunu demək istəyirəm ki, nə qədər çətin olsa belə, bir işi sevmədən, zövq almadan da davam etdirə bilərsən.
- Doğrudan
da zərif cinsin
nümayəndəsi üçün
qaydasız döyüşü seçmək
bir qədər qeyri-adi görünür.
Yaxınlarınız tərəfindən
sizə
məhdudiyyətlər
qoyulubmu?
- Əlbəttə, qınayanlar da, mane olanlar da çox oldu. Nəzərə alsaq ki, Azərbaycanda yaşayıram və bu ölkənin, xalqın özünəməxsus mentaliteti var, onda xanım üçün belə ağır idman növünə başlamanın nə demək olduğunu təsəvvür edərsiniz. İlk olaraq anam bu seçimimə qarşı çıxdı və sağlamlığım sarıdan problemlər yaşayacağımdan narahat oldu. O, daim çox qorxduğunu deyirdi. Onun ən əsas fikirlərindən biri də bu idi ki, qız nədir, qaydasız döyüş nədir. O məni hər zaman bir pianino qarşısında və ya rəqsdə görmək istəyirdi. Evimizə belə, pianino alınmışdı ki, bəlkə mən musiqiyə cəlb olunub idman həyatıma son deyərəm. Bunların heç birinin faydasını görmədikdə məcbur olaraq mənim seçimimlə razılaşdı.
-Azərbaycan
nadir ölkələrdən
sayılır ki, idmana
ən
yüksək səviyyədə
diqqət
və
qayğı göstərilir. Bunu öz fəaliyyətinizdə
hiss edirsinizmi?
- Həqiqətən də bu belədir. Azərbaycan gəncləri də idmanı sevən, idmana bağlı gənclərdir. Bu qədər diqqət və qayğıdan sonra gedib ayrı-ayrı ölkələrdə çempion olmaq, nailiyyətlər qazanmaq da çox qürurvericidir. İdmanda yaş həddi də yoxdur. Necə ki, elm öyrənməkdə yaş həddinin olmadığını deyirlər, eləcə də idmanla məşğul olmaqda da bu belədir. İdman həm də sabahkı gün üçün xəstəliklərdən özünü qorumaq deməkdir, nəinki bu günündə. Bir sözlə, idmanın da öz fəlsəfəsi var və bu fəlsəfədən çıxış edərək dövlətimiz təkcə gənclərimizin ölkə bayrağını zirvələrə ucaltmasına deyil, həm də gələcək sağlamlıqlarını təmin etmələrinə də şərait yaradır. Mən bu gün bir qədər təəssüflənsəm də, amma idmandan ayrılmaq məcburiyyətində qaldığımı anlayıram. 2008-ci ildə idmandan ayrılmışdım. Bu, çox çətin idi, amma bu seçimimin səbəblərindən biri mənim təhsilimdə bir qədər geri qalmağım idi. Yəni, dərslərimdə də uğurlar qazanmaq lazım idi. Həmin vaxtda 9- cu sinifdə oxuyurdum. Artıq ali təhsil haqqında da düşünməli idim. Ona görə də idmandan kənar qaldım və universitetə hazırlaşmağa başladım.
- Bəs,
sizin Türkiyəyə
gedən
yolunuz haradan
başladı?
-2010-cu ildə orta məktəb məzunu olmadan öncə Türkiyə tərəfindən keçirilən “Yök” imtahanına girmək qərarı verdim. Türkiyə təhsil səviyyəsi yüksək olan və bizə qardaş bir ölkədir. Beləcə, imtahandan uğurla keçib Tekirdağda “Namık Kemal Universiteti”nə qəbul oldum. Sizdə “niyə Türkiyənin böyük və hər kəs tərəfindən tanınan şəhərlərini yox, Tekirdağı seçdiniz?” kimi sual yarana bilər. Sizi qabaqlayıb deyə bilərəm ki, Tekirdağ -Trakya bölgəsi, kənd təsərrüfatı mühəndislərinin daha çox olduğu və Mərmərə dənizinin sahilində bir şəhərdir. Bir qədər bədiiləşdirsəm, bura torpağı sevən və onun dilini bilən, qoxusunu hiss edən adamların yeridir. Mən isə torpağa bağlı adamam və həm də bu sahəni seçdiyim üçün buranın da sözügedən sahə üzrə püxtələşdiyini nəzərə alıb seçmişəm. Universitetin 3-cü kurs tələbəsiyəm və universitetdə Kənd təsərrüfatı mühəndisi bölümünün tarla bitkiləri sahəsi üzrə təhsil alıram. Oxuduğum bölüm Türkiyədə universitetlər arasında 5 əsas sahədən biri sayılır.
-
Yaşadığınız şəhər
üzrə diaspor fəaliyyəti
hansı səviyyədədir? Özünüz də bu işlərdə
aktivlik göstərirsinizmi?
- Mənim yaşadığım şəhərdə azərbaycanlı tələbələr çox azdır. Xanımlarımızın sayı 2-3 olar. Oğlanlarımız isə Tekirdağın bir ilçəsində universitetin filialında təhsil aldıqları üçün bir qədər aktiv görünməyə bilərik. Amma bu xırda problemlərə baxmayaraq, mən bir azərbaycanlı gənc kimi özümə borc bilirəm ki, təbliğat işləri görüb bəzi tədbirlərdə ölkəmizə aid olan məlumatları tələbə yoldaşlarıma, əcnəbilərə çatdıram. Zənnimcə, bunu bacarıram da. Ən azından, bu yolda daim aktivlik etməyə çalışacağam. Bir maraqlı məqamı deyim ki, müəllimlərimə “Azərbaycan tarixi” kitabını vermişəm və bununla da bəzi məlumatlarda onların bilmədiyi yenilikləri öyrənməkdə müəllimlərimə yardımçı olmuşam. Onlar da qardaş ölkənin tarixini belə dəqiq öyrənmələri üçün verdiyim bu imkana görə mənə təşəkkürlərini bildiriblər.
- Gələcək
planlarınız barədə də
danışardınız.
- Düzü, plan qurmaq o qədər də məqbul iş sayılmır. Biz hər nə qədər plan qursaq da, Allahın bildiyi və məsləhət gördüyü yolla gedəcəyik. Yəni sabahımızı bilə bilmərik. Ancaq onu deyə bilərəm ki, gələcəkdə yaxşı bir mütəxəssis kimi yetişib ölkəyə xeyir verməyi düşünürəm. Azərbaycanda kənd təsərrüfatı sahəsi də digər sahələr kimi sürətlə inkişaf edir. Bizdə daim bu sahənin mütəxəssislərinə ehtiyac yaranır. Bildiklərimi gələcək nəsillərə də öyrədə bilsəm, çox sevinərəm. Qısası, xaricdə təhsil alan bir çox gəncimiz kimi, mən də ölkəyə xeyir verməyi düşünürəm.
-Bizə arzu və təklifləriniz.
-Həqiqətən də
çox təqdirəlayiq iş
görürsünüz. Yəni, mətbuata gənclərin
daşınması çox gözəl işdir.
Xüsusən də xaricdə təhsil alan və uğurlar
qazanan gənclərimizi sevindirir. Bu işdə sizə uğurlar
arzu edirəm.
Bir mətbuat
orqanı üçün ən böyük
arzu nə
ola bilər
axı? Daim oxucularınızın
sırası genişlənsin.
Təklifə gəldikdə
isə onu deyə
bilərəm ki,
xaricdə təhsil almaq
istəyən gənclərimiz üçün
də maarifləndirici məqalələrin sayı çox
olsa, yaxşı olar.
Çünki bəzən bu
işdə gənclərimiz az
məlumatlı olurlar.
Tural Tağıyev
Palitra.-2014.-10 yanvar.-S.6.