AMEA-da muğamı elmi cəhətdən öyrənəcək yeni
şöbə yaradılır
Azərbaycan Elmlər Milli Akademiyasında
(AMEA) “Muğamşünaslıq” adlı yeni şöbə yaradılır. Bu barədə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.
İ. Həbibbəyli bildirib
ki, yeni şöbə AMEA tarixində ilk
dəfə olaraq
muğam sənətini elmi
cəhətdən öyrənəcək. Şöbə akademiyanın Memarlıq və İncəsənət
İnstitutunun nəzdində fəaliyyət
göstərəcək. Onun sözlərinə görə, ölkədə bu vaxta kimi keçirilən muğam
müsabiqələri böyük
rezonans doğurmaqla
yanaşı, muğamın milli-mədəni inkişafına böyük təkan
verib: “Amma muğam haqqında olan elm muğam müsabiqələrinin fonunda
yenidən təşkilatlanmağa borcludur. Ona görə akademiyada
Azərbaycan
muğamlarını, bu sənəti öyrənəcək yeni
“Muğamşünaslıq” şöbəsi
yaradılacaq. Bu, müxtəlif institutlarda
çalışan, əruz
vəzni, muğam sənəti,
ifaçılığı, tarixi ilə məşğul olan
şərqşünas
alimləri birləşdirəcək bir
şöbə olacaq. Yeni şöbədə ölkənin
mədəni həyatında baş verən
muğamla bağlı proseslər vahid
qaydada elmi cəhətdən
öyrəniləcək. Yeni
şöbənin
yaradılması ilə
bağlı ilkin işlər aparılır, bununla
bağlı yaxın günlərdə akademiya
rəhbərliyi yekun
qərar qəbul edəcək”. İ. Həbibbəyli qeyd
edib ki, bu vaxta kimi
akademiyada xalq sənəti, musiqisi ilə bağlı
ayrı-ayrı elmi-tədqiqat
şöbələri olub.
İndiyə kimi muğamın xalq musiqisi şöbələrində öyrənildiyini deyən vitse-prezident
vurğulayıb ki, muğam
özünəməxsus keyfiyyətlərə
malik olduğu üçün ayrıca tədqiq olunmağa
layiqdir: “Ona görə akademiyada
xalq musiqisi şöbəsini qoruyub
saxlamaq şərtilə
“Muğamşünaslıq” şöbəsi
yaradılacaq. Bu, akademiyanın tarixində bir
ilk olacaq. Burada muğam sənətinin tarixinin, ənənələrinin, nəzəriyyəsinin
bu günü və gələcəyi öyrənilərək sistemli şəkildə təqdim ediləcək”.
Nigar Abdullayeva
Palitra.-2014.-10 yanvar.-S.5.