Ötən il
ölkə iqtisadiyyatına rekord səviyyədə investisiya
qoyuluşu olub
2013-cü ildə 110 min yeni iş yeri açılıb ki, onlardan 80
mini daimi iş yeridir. İşsizliyin
səviyyəsi
5 faizə,
yoxsulluq isə 5,3 faizə
düşüb
“Ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb”.
Bunu Prezident
İlham Əliyev Nazirlər
Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı giriş
nitqində bəyan edib.
Dövlət
başçısı əmin
olduğunu bildirib ki, güclü
iqtisadiyyatsız nə
beynəlxalq aləmdə, nə
də regionda bu uğurlara
nail olmaq mümkün olmazdı: “2013-cü ildə
iqtisadiyyatımız inkişafını davam
etdirib. Ümumi daxili məhsul
təxminən 6 faiz
artıb. Bu, çox
böyük göstəricidir. Nəzərə
alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi
daxili məhsul
yarım faiz, 1 faiz,
1,5 faiz artır, təxminən 6 faiz
səviyyəsində artan
ümumi daxili məhsul böyük
nəticədir”. Ölkə
başçısı qeyri-neft sektorunun 9,8 faiz
artmasının ən
sevindirici məsələ olduğunu bildirib: “Yəni,
təxminən 10 faiz
artmışdır və
bu da son
illərdə aparılan
islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edib.
Qeyri-neft
sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün
indi ciddi proqramlar icra edilir və
növbəti illərdə icra ediləcək. Əminəm
ki, biz bu
dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri
8 faiz artıb. İnflyasiya
isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən
çox üstələyir. Bu,
onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika
burada da özünü göstərir”. Dövlət başçısı il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulduğunu qeyd edərək, bunun
rekord göstərici
olduğunu vurğulayıb: “Heç vaxt il ərzində bu
qədər investisiya
qoyulmayıb. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard
dolları daxili sərmayədir. Bu da artıq
neçə
ildir ki, davam edən
tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır.
Əlbəttə ki, daxili sərmayənin içində
əsas sərmayə dövlət
sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük
yatırımlar edir”.
Ölkə
başçısı Azərbaycanın valyuta ehtiyatlarının da rekord həddə çatdığını
vurğulayıb: “Mən dəfələrlə
demişəm,
yenə
də
qeyd etmək istəyirəm ki, bizim valyuta
ehtiyatlarımız ildən-ilə artmalıdır və artır. Son illər ərzində elə
bir il
olmayıb ki, valyuta ehtiyatlarımız aşağı düşsün.
Baxmayaraq ki, çoxlu investisiya layihələri icra edilir, keçən il də artıb. Hazırda Azərbaycanın
valyuta ehtiyatları 50
milyard dollara çatıb. Bu da ümumi daxili
məhsulun
70 faizini təşkil edir. Dünya miqyasında bu
göstəriciyə görə
Azərbaycan
ən
qabaqcıl yerlərdədir. Bunu biz yaratmışıq,
bunu bizim siyasət,
bizim iqtidar yaradıb. Bu, Azərbaycanın
böyük üstünlüyüdür,
bizə
əminlik,
inam və imkan verir ki, bundan
sonra da ölkəmizin
inkişafı ilə bağlı böyük layihələri icra edək”.
Keçən
il işsizliklə bağlı olan problemlərin
öz həllini tapdığını
deyən
Prezident İlham Əliyev 110 min yeni iş
yerinin açıldığını,
onlardan 80 mininin daimi iş yeri
olduğunu qeyd edib: “İşsizliyin səviyyəsi 5 faizə düşüb. Yoxsulluğun
səviyyəsi də
aşağı düşüb,
5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun
8 faizini təşkil edir.
Bu da dünya
miqyasında ən gözəl
göstəricilərdən biridir.
Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan
iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə
39-cu yerə
layiq görüb”.
Dövlət başçısı iqtisadi inkişafın gələcək illərdə də təmin
ediləcəyinə şübhə
etmədiyini
vurğulayıb.
Anar
Palitra.-2014-11 yanvar.-S.4.