Bakıda “Kəhrəbalı Litva” sərgisi keç iriləcək
Bakıda Litvada turizmin inkişafına və perspektivlərinə həsr olunmuş tədbir keçiriləcək. Litvanın Təsərrüfat Nazirliyi yanında turizm üzrə dövlət departamenti və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi tədbir yanvarın 14-də baş tutacaq.
Tədbirdə Litvanın Təsərrüfat Nazirliyi
yanında turizm üzrə dövlət
departamentinin direktoru Raymonda Balnene iş adamlarını və şirkət
nümayəndələrini “Kəhrəbanın ümumdünya yolçuluğu”
adlı unikal beynəlxalq
layihə və turizm
sektorunun xəbərləri ilə
tanış edəcək. Qonaqlar - Litva kurortlar Assosiasiyasının direktoru
Yurgita Kazlauskene və Litvada
səhiyyə turizmi
klasterinin nümayəndəsi Qrajvidas
Morkus isə
turizm sahəsində əməkdaşlığın
perspektivlərini
müzakirə edəcək. Tədbirdə giriş
sözü ilə
Litvanın Azərbaycandakı
səfirliyinin
müvəqqəti işlər vəkili Şarune
Kubilüte çıxış edəcək. Tədbirdə həmçinin kəhraba məhsullarından
ibarət “Kərhəbalı Litva: özünüz üçün
harmoniya açın” adlı sərgi keçiriləcək. Litvanın Azərbaycandakı səfirliyinin məlumatına
görə, hər il
Azərbaycandan Litvaya səfər edənlərin artır. Statistikaya
əsasən 2011-ci il ilə
müqayisədə 2012-ci ildə Litvaya
səfər edən turistlərin sayında 76%
artım qeydə
alınıb. 2013-cü ildə
isə müvafiq göstərici
55% artıb.
Palitra.-2014.-14 yanvar.-S.15.