“İtaliyada
gənc
Azərbaycan
diasporu formalaşır”
Fərid Abbasov: “İtalyanlar da
bizim kimi istiqanlı, gülərüz, səmimi və qonaqpərvərdirlər”
“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı
rubrikasının budəfəki qonağı aktiv və bacarıqlı gənclərimizdən olan Fərid Abbasovdur. Fərid hazırda ikinci
magistratura təhsilini
alır və bununla
bərabər o ictimai, diaspor
işlərində də aktivlik göstərir. Adı
birincilər
sırasında hallanan bu gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
-Fərid, özünüz
haqqında qısa məlumat verərdiniz.
- Mən Şəmkir şəhərində anadan olmuşam. İlk təhsilimi
Şəmkirdə almışam, daha
sonra isə
altıncı sinfin sonunda imtahan verərək “Gəncə Azərbaycan-Türkiyə Özəl liseyi”nə daxil olmuşam.
Buradakı beşillik təhsilimdən sonra həm İstanbul Universitetinə, həm də Qafqaz Universitetinə daxil olmuşdum.
Universitetə
qəbul olunanda 15
yaşım var idi. Ailəm təhsilimi
xaricdə davam etdirməyim üçün
icazə vermədi. Beləcə, Qafqaz Universitetinin
Beynəlxalq iqtisadi
münasibətlər fakültəsində təhsil aldım. Daha
sonra isə
İtaliyaya yollandım və
burada həm işləyir, həm də təhsilimi davam etdirirəm.
-Ailənizin sizin başqa ölkəyə getməyinizə icazə vermədiyini dediniz. Bəs necə oldu ki, İtaliyada təhsilinizi davam etdirə bildiniz?
-
Düzdür, o zaman belə bir icazə olmadı. Amma mən
hər zaman
qarşıma xaricdə
təhsil
almağı məqsəd qoymuşdum və bunun
üçün öncə
xaricdə olan
universitetləri
araşdırmağa başlamışdım. Bir neçə
ölkənin
universitetinə
müraciət də etdim. Bunlar arasında ABŞ, Almaniya, İtaliya və İngiltərə var idi. Demək olar ki, yuxarıda
sadaladığım bütün ölkələrdən qəbul olmağımla
bağlı məktub
aldım və
çətin
seçim qarşısında qaldım. Təbii ki, burada maddi cəhətdən
sərfəli və daha keyfiyyətli təhsil almaq
üçün məqsədəuyğun universitet seçməli idim. Düzünü desəm,
ABŞ seçimim arasında ilk sırada dururdu, amma maddi
imkanlarım orada oxumağa imkan vermədi.
Daha sonra İtaliya Tor Vergata Universitetini seçəsi oldum. Həmçinin
İtaliyada təqaüd
imkanları daha geniş idi və
bundan başqa yeni bir dil öyrənmək həvəsim də
burada başlıca rol oynayırdı.
- Yəni, bu seçiminizdən sonra əvvəllər sizə məhdudiyyət qoyan yaxınlarınız
sizə dəstək oldular?
- Bəli. Təbii ki, bütün
bu prosesdə
anamın mənə böyük dəstəyi oldu. Təkcə ailəm
deyil, həm də dostlar da bu işdə dəstək
oldular. Universitet seçimində isə həmişə
mənə böyük
qardaş olan Seymur adlı dostumun böyük rolu oldu. Artıq, o bu mərhələlərdən keçmişdi və daha təcrübəli idi. O, mənim seçimimi daha da
asanlaşdırdı. Həmçinin
universitetdə olan
müsbət
yanaşmalar və
onların daha çox qayğı göstərmələri xoşuma gəlmişdi.
-Təhsil aldığınız
universitet hansı müsbət keyfiyyətləri ilə seçilir? Bir
qədər də İtaliya təhsil sistemi barədə söz açardınız.
-İtaliyada ilk təhsil aldığım Roma Tor Vergata Universitetində Maliyyə və bank işinin sirlərini öyrənmişəm. Hazırda isə Avropanın ən qədim və tələbə sayına görə ən çox saya malik olan universiteti La
Sapienza Universitetində
magistr dərəcəsi üzrə
İqtisadiyyat fakültəsində təhsil alıram. Ümumiyyətlə, İtaliyada orta məktəb 12-13 illikdir. Daha
sonra isə məzunlar
üçillik bakalavr dərəcəsi oxumalı olurlar. Sonra isə
istəyə görə tələbələr birillik və
ya ikiillik magistr proqramlarına müraciət edirlər.
Ümumi götürdükdə İtaliya, Almaniya və İngiltərə təhsil sistemindən bir az
geridə qalır. Bunun da əsas
səbəbi orta məktəblərdə təhsilin aşağı səviyyədə olmasıdır. Ancaq nəzərə alsaq ki, Qərbdə ilk universitet
İtaliyada yaranıb və
ilk universitet tədrisi
Bolonya Universitetində
verilib, o zaman bu ölkənin
təhsillə bağlı zəngin ənənələri haqda təsəvvür yaratmaq olar. Bolonya Universitetinin yaranma tarixi dəqiq bilinməsə də, onun 1088-ci ildə yarandığı deyilir. Hazırda isə
İtaliya universitetlərində müasir standartlara
cavab verən texniki
baza var, orada Amerika və
İngiltərənin qabaqcıl
universitetlərində doktorantura təhsili almış
müəllim və professor heyəti
çalışır. Bir çox universitetlərdə həmçinin məzun olan tələbələr üçün iş
yarmarkaları da keçirilir və tələbələr həm staj, həm də iş imkanlarına malik
olurlar.
Bütün dərsliklər onlayn şəkildə universitetin bazasında yerləşdirilir və hər bir yerdən asanlıqla dərs vəsaitlərindən istifadə etmək olur. Həm universitetdə olan kitabxanadan, həm də şəhərin müxtəlif
yerlərində olan kitabxanalardan
yararlanmaq olur. İtaliyada müəllim və professor heyəti də tələbələrlə
daim maraqlanır və
görüş təyin
edərək dərsdə anlaşılmayan
mövzuları və
ya hər hansı
sual yaradan məsələləri
yenidən öyrədirlər. Ümumiyyətlə, professorlar tələbələrə kömək
eləməkdə maraqlıdırlar və tələbələrin akademik həyatda
daha uğurlu olması üçün lazım olan köməkliyi göstərirlər.
-İtaliyanın
sadaladığınız bu yüksək təhsil keyfiyyətlərindən azərbaycanlı tələbələr lazımınca yararlana
bilirlərmi? Ümumiyyətlə, onların ictimai, diaspor
işlərində aktivliyi qənaətbəxşdirmi?
-İtaliyaya
ilk dəfə 2011-ci ildə gələndə demək olar ki, çox az sayda azərbaycanlı tələbə tanıyırdım. Fərqli
bir mühit və fərqli bir ölkəyə alışmaq çox da
vaxtımı almadı və
qısa müddətdə
yaşadığım mühitə
uyğunlaşdım. Lakin ilk olaraq təcrübəsizlik və dil problemi
qarşılaşdığım çətinliklərim
oldu. Daha sonra isə
problemləri dəf edib bütün tələbələri bir araya
toplamağa çalışdım. Burada
olan tələbələrlə birgə Azərbaycan-İtaliya Gənclər
Assosiasiyasını təsis
etdik.
Əsas məqsədimiz iki ölkə arasında gənclər təşkilatı kimi körpü rolunu oynamaq və Azərbaycandan İtaliyaya gələn tələbələrə köməklik göstərməkdir. Bununla yanaşı Azərbaycanın mədəniyyətini,
incəsənətini, musiqi və
milli adət-ənənlərini
İtaliya ictimaiyyətinə çatdırmaq və iki ölkə arasında şaxələnən
inkişafa öz töhfəmizi
verməyə
çalışırıq. Həmçinin Azərbaycan və Ermənistan arasında olan
münaqişəni
və Qarabağ həqiqətlərini İtaliya ictimaiyyətinə də dolğun şəkildə
çatdırmağa çalışırıq. Assosiasiya bir ilə
yaxın təsis
olunsa da, bu günə
kimi bir çox əhəmiyyətli işlər
görmüşük. Bunlara misal olaraq Roma
və Napoli şəhərlərində Azərbaycan mədəniyyəti
günü və
Roma Tor Vergata Universitetində
Azərbaycanın
tanıdılması və
“Tor Vergata Universitetində
təhsil perspektivi”
adlı dəyirmi
masa təşkil
olunmasını göstərə bilərəm. Bundan əlavə isə İtaliyanın ən böyük qeyri-hökumət təşkilatı olan “Giovano nel
Mondo” və “Sapienza Movimento” təşkilatı, Azərbaycandan isə ASAİF ilə sıx əməkdaşlıq edirik. Bu təşkilatlarla birgə layihələr üzərində
çalışırıq. Hazırda,
assosiasiyanın İtaliyanın Turin, Napoli, Milan, Florensiya və Perugia şəhərlərində koordinatorları var
və
çalışırıq ki, həmin
şəhərlərdə
də tədbirlər həyata keçirək. İtaliyada 150 nəfər azərbaycanlı tələbə
təhsil alır və
çalışırıq ki, Azərbaycandan
İtaliyaya təhsil
almağa çoxlu sayda tələbə gəlsin.
Azərbaycanın
İtaliyadakı səfirliyi
də tələbələrlə yaxından maraqlanır və onların problemlərində öz köməkliyini göstərir. Həmçinin,
mütəmadi olaraq
səfir Vaqif
Sadıqov tələbələrlə görüş də təşkil edir və onların fikirlərini, təkliflərini dinləyir, lazım olan
tapşırıqlar da verir. Bundan əlavə, qeyd etmək istərdim ki, səfirlik həmçinin Azərbaycan-İtaliya Gənclər
Assosiasiyasının bütün tədbirlərində həm maddi, həm
mənəvi köməkliyini göstərir.
-Qeyd etdiniz ki, İtaliyada təhsil almağa gələn azərbaycanlıların
çoxalmasına da çalışırsınız. İtaliyada təhsil
almaq istəyən gənclərimizə nələri
tövsiyə edərdiniz?
-İtaliyaya
gəlmək istəyən tələbələrin sayı hər il
artır. Bəli,
bu sayın çoxalmasını istərdik
və deyə bilərəm ki, İtaliyada artıq gənc azərbaycanlı diasporu
formalaşır. Bir çox universitetlərlə yaxından əlaqəmiz
var və əməkdaşlıq edirik.
İtaliyada təhsil alan tələbələr əsasən İqtisadiyyat, Beynəlxalq əlaqələr, Dizayn, Tibb, Maliyyə, Hüquq, Biznesin təşkili və idarə edilməsi və digər fakültələr üzrə seçimlər edirlər. Gənclərimiz bilməlidir ki, burada tədris həm ingilis dilində, həm də italyan dilində aparılır.
Hazırda təhsil alan tələbələr tərəfindən daha çox La Sapienza, Milan Politexniko, Tor Vergata, Bocconi,
Pisa, Bolonya, Padova, Turin və digər aparıcı ali təhsil ocaqları üstünlük təşkil edir. Bundan
əlavə qeyd etmək istərdim ki, İtaliyada təqaüd imkanları
da genişdir və
universitetlərin tədris ödənişi digər Avropa ölkələrində
olan universitetlərə nisbətdə cüzidir. Bir
başqa üstün cəhət də ondan ibarətdir ki, azərbaycanlı tələbələr illik ailə gəliri sənədlərini göstərməklə həm
universitet ödənişində endirimlər əldə
edə bilərlər, həmçinin
də universitetin yeməkxana və yataqxanasından
cüzi məbləğlər ödəyərək
yararlana bilərlər. Universitetlərə qəbulolma şərtləri daha sadədir və sənədləşmə prosesi digər ölkələrə
nisbətən daha asandır.
Onu da əlavə etmək istərdim ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na
İtaliyadan 24 universitet daxildir. Əgər tələbələr universitetlərdən qəbul məktubu alıblarsa, müvafiq sənədləri hazırlayaraq Dövlət Proqramına müraciət edə bilərlər.
Bundan əlavə isə italyan dilini öyrənmək istəyən tələbələr universitetin nəzdində olan italyan dili və digər kurslardan heç bir məbləğ ödəməyərək yararlana bilərlər. Bu da tələbələrin sosial həyata daha tez adaptasiya
olmasına kömək
edəcək. İtaliyaya gəlib
təhsil almaq istəyən tələbələrə və onların sənədləşmə proseslərinə mən özüm də kömək
edirəm. Tələbələr
buyurub bizə
müraciət edə bilərlər.
- İtalyanların
qafqazlılar kimi tempramentli olduqları bildirilir. Bir qədər də İtaliya, italyanlar haqqında
danışardınız. Oxşar cəhətlərimiz
varmı?
- Bu
gün İtaliya ilə Azərbaycan arasında olan münasibətlərdəki uğurların əsas səbəbi iki ölkənin xalqları arasında olan
qarşılıqlı simpatiya və anlayışdır. Bu, yəqin
ki, iki xalq arasında olan oxşarlıqlardan irəli gələn bir haldır. Sizin
də
vurğuladığınız kimi, hər
iki xalq çox istiqanlı, gülərüz,
səmimi və qonaqpərvərdir. Bu məqamda azərbaycanlılar ilə italyanların adət-ənənələri, mətbəxi və düşüncə tərzində
olan oxşarlıqları da unutmamaq lazımdır. Xüsusən
cənubda yaşayan
italyanlar da biz azərbaycanlılar
kimi ailəyə çox yüksək önəm verir, ailə qurduqdan sonra belə valideynləri ilə yaşamağa davam
edirlər. Bizim kimi bütün italyanlar da milli bayramları və xüsusi günləri ənənəvi
olaraq ailələri ilə birlikdə tipik italyan yeməkləri ilə
bəzədilmiş süfrə arxasında
keçirirlər.
Romada
italyan dostlarımla keçirdiyim zamanlarda onlarla necə oxşar olduğumuzu hiss
edirdim. Hətta bizim mətbəximizin nümunəsi olan düşbərə ilə onların “ravioli” adlanan yeməyinin eyni olduğunu kəşf edəndə isə özümü lap Azərbaycandakı kimi hiss
etmişdim.
- Oxşar cəhətləri sadaladınız. Bəs Azərbaycanın
İtaliyadan öyrənməli olduğu nələr var? Bu ölkə daha çox
hansı sahələrdə inkişaf edib?
-İtaliyadan
öyrənməli çox şey var. Bu xüsusən turizm sahəsi ola bilər. Hamıya bəllidir ki, hər il
milyonlarla turist bu ölkənin təsviri incəsənətini, memarlıq incilərini, abidələrini, heyranedici təbiətini kəşf etmək üçün ziyarət edir. Bu
baxımdan İtaliyada istər
turistlər
üçün yaradılan əlverişli
şərait, istərsə də
ölkənin mədəniyyətinin
təşviqi
çox yüksək
səviyyədədir. Düşünürəm ki, bu sahə üzrə onların zəngin təcrübəsindən yararlanmaqla biz
ölkəmizə daha çox turist cəlb edə və Azərbaycanın
mədəni və tarixi abidələrini, adət-ənənələrini, təbiətini, şəhərlərini daha səmərəli şəkildə tanıda bilərik.
İtaliya eləcə də yüngül və yeyinti sənayesi və kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf
etmiş ölkə sayılır. Bu sahə
üzrə onlardan
avadanlıqlar almaqla səmərəli və
daha keyfiyyətli məhsullar istehsal edilə bilər.
- Bu sahələr üzrə mübadilə və əməkdaşlıq işləri nə yerdədir. Azərbaycan-İtaliya
münasibətləri barədə hansısa bilgiləriniz varmı?
- Bildiyiniz kimi, Azərbaycanla İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. Bunu Roma imperiyasının XII legionu tərəfindən Qobustanda daş üzərində latın hərfləri ilə yazılmış yazı, məşhur italyan səyyahı Marko Polonun Şərq, Mərkəzi və Orta Asiya yolu ilə Çinə etdiyi səfər zamanı Azərbaycandan keçməsi, Böyük İpək Yolu ilə Azərbaycan ərazisindən keçən çoxsaylı italyan tacirlərinin tarixdə qoyduğu izlər də sübut edir.
Coğrafi mövqeyinə görə bir-birindən çox uzaqda yerləşməsinə baxmayaraq, bu gün də hər iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədə inkişaf etməkdədir. Bunu yüksək səviyyəli qarşılıqlı səmərəli səfərlər, imzalanmış çoxsaylı sazişlər, ötən aylarda “Şahdəniz” Konsorsiumu tərəfindən qəbul edilmiş və İtaliyanın da iştirak etdiyi “Transadriatik” qaz kəməri layihəsi, eləcə də ölkələrarası siyasi, iqtisadi, mədəniyyət, turizm və təhsil sahəsi üzrə getdikcə daha da güclənmədə olan münasibətlər də sübut edir. Məlumatım var ki, bu ilin dekabr ayında Azərbaycan və İtaliya Hökumətlərarası iqtisadi komissiyanın növbəti iclası keçirilib və bu iclas zamanı ölkələr arasında mövcud yüksək səviyyəli münasibətlərin hər sahə üzrə daha da möhkəmləndirilməsi üçün önəmli məsələlər müzakirə edilib.
-Müsahibədən
belə
qənaətə
gəldim
ki, gələcəkdə
ölkəmiz üçün yaxşı
perspektiv vəd edən gəncsiniz.
Gələcək
planlarınız barədə də
danışardınız. Azərbaycana
qayıdıb burada hansısa işlər görməyi
düşünürsünüzmü?
-Hazırda,
ikinci magistr təhsilimi alıram. Demək
olar ki, təhsildə istədiklərimə müəyyən qədər nail olmuşam.
İş sahəsində isə hazırda İtaliyadakı
səfirliyimizdə ştatdankənar referent vəzifəsində
çalışıram və
konsulluq işləri
ilə məşğul oluram.
Bundan əlavə isə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasında tələbələrlə birlikdə
müxtəlif tədbirlər edirik və bu işi görməyi ilk növbədə özümə borc bilirəm,
bundan zövq alıram. Təhsilimi bitirdikdən sonra isə
Azərbaycana
qayıdıb öz sahəm
üzrə
çalışmaq istəyirəm. Hədəflərim məni
lazım olan istiqamətə aparır. Maliyyə
sahəsi də Azərbaycanda
günü-gündən
inkişaf edir. Amma yenə də
çatışmayan cəhətlər var. Bunlara misal olaraq bank sektorunda
olan bəzi
boşluqları göstərmək olar. Təbii
ki, bu müəyyən zamanla olan bir
prosesdir. Fikrimcə,
ölkəmizdə bu sahədə qısamüddətli hədəflərdən
uzunmüddətli hədəflərə keçmə zamanıdır.
İnanıram ki, Azərbaycanın
bir gün reytinq agentliyi olacaq. Bu işdə isə xaricdə təhsil alan gənc kadrlarımız da öz
sözünü deyəcək.
Tural
Tağıyev
Palitra.-2014.-14 yanvar.-S.5.