“Sənaye ili”ndə regionlara güzəştli şərtlərlə xarici investisiyalar cəlb edilməlidir

Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb.

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Elə bu məqsədlə 2014-cü il “Sənaye ilielan edilib. Qeyd edək ki, təkcə ötən il ərzində də regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilib, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı bərpa olunub, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir. 2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilib, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilib ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir.

Dövlət və icmal büdcələrin vəsaiti, həmçinin xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun daha da iri miqyasda inkişafına zəmin yaradacaq və tarixi əhəmiyyət kəsb edən bir sıra infrastrukturlar, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulub, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik stansiyası istifadəyə verilib, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət alıb. Böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi üçün dövlət və icmal büdcələrinin vəsaiti, həmçinin xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr davam etdirilib. Bu məsələləri dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bu ilin “Sənaye ilielan edilməsi iqtisadiyyatı sənayeləşdirilməsi baxımdan vacib idi: “Rəsmi proqnozlara əsasən, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62.0, büdcə gəlirlərində isə 35.0 faizə çatdırılacaq. İqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki, xüsusən də qeyri-neft sektorunda sənayenin inkişafı qaçılmazdır”. 2014-cü ilin “Sənaye ilielan edilməsinin xüsusi önəm kəsb etdiyini deyən ekspert ölkəmizdə sənaye sektorunun inkişaf etdirilməsi üçün mühüm təkliflər irəli sürüb: “Bəs, “Sənaye ili”ndə ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün makro səviyyədə nələrin edilməsinə ehtiyac var? Hökumət xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırmalı və xüsusən də regionlara güzəştli şərtlərlə xarici investisiyaların cəlb edilməsinə çalışmalıdır. Xeyli müddət öncə qanunverici orqana təqdim edilən Rəqabət Məcəlləsinin qəbulu sürətləndirilməsi və sənəd təsdiq edilməlidir. Sənaye sektoruna investisiyaların cəlb edilməsi üçün rəqabətin hüquqi müdafiəsi olduqca vacibdir. Texnoparkların və eləcə də klasterlərin regionlarda formalaşdırılması prosesi başa çatdırılmalıdır”. Onun fikrincə, “2015-2020-ci illər üzrə sənayenin inkişafı üzrə” dövlət proqramı ekspert icmasının iştirakı təmin olunmaqla makroiqtisadi model nəticələr, müqayisəli təhlili və nəticələri ölçüləbilən bençmarklar nəzərə alınmaqla hazırlanmalıdır: Neft sektorunda sənayenin inkişafına nail olunması üçün Azərbaycan hökuməti ilə ABƏŞ arasında bağlanmış “Əsrin müqaviləsi”nin başa çatma tarixinə yenidən baxılmalı və BP başda olmaqla digər xarici şirkətlərinin daha genişmiqyaslı sərmayələrinin cəlb edilməsi üçün 2024-cü ildə başa çatmalı olan müddət 2040-cı ilədək uzadılmalıdır. Eləcə də, investisiya mühitinin yaxınlaşdırılması üçün dövlət qurumlarının xidmətlərinin elektronlaşdırılması prosesi başa çatdırılmalı, ixrac olunan yerli sənaye məhsullarının istehsalına xüsusi vergi güzəştləri və ixrac kompensasiyaları təqdim edilməlidir”. Ekspert sənayedə differensial vergi sistemi tətbiq olunmaqla sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmalı olduğunu da qeyd edib.

Anar Miriyev

Palitra.-2014.-14 yanvar.-S.4.