Qloballaşan dünya
və
müasir pedaqoji texnologiyalar
Qloballaşma anlayışı latın dilində "Yer kürəsi" mənasını verən,
qlobus sözündən yaranmışdır. Bu anlayışın
mahiyyəti
mövcud ədəbiyyatlarda əsasən belə izah edilir: “Qloballaşma insanların, informasiyaların,
əmtəə və kapitalın
dünya miqyasında öz yerini maneəsiz
dəyişmə prosesi olub, intensiv
iqtisadi, siyasi, sosial və
mədəni əlaqələrin, informasiya inqilabının
nəticəsidir. Qloballaşmanın əsas
amilləri
transmilli qurumların yaranması və inkşafı
olub, nəticə
etibarı ilə "sərhədsiz dünya"nin yaranmasına
xidmət
edir”. Qloballaşma müasir informasiya
texnologiyalarının yaranması
və
inkişafı ilə üzvi surətdə
bağlıdır. Qloballaşma sosial həyatın
bütün sferalarına,
eləcə də
təhsil
sahəsinə dərindən nüfuz etmişdir. Qloballaşma
şəraitində təhsilin
məzmun
və
keyfiyyətində dəyişikliklər edilməsi
vacibdir. Xüsusilə gənclərin əməyə və gələcək həyata hazırlanması istiqamətində ciddi dəyişikliklərə ehtiyac vardır. Düşünürük ki, ənənəvi
təhsil
anlayışının transformasiyaya
uğradığı bir
dövrdə
müəllim
də
öz rolunu dəyişməli, tədris
materialının şüurlu
surətdə mənimsədilməsi üçün yeni pedaqoji texnologiyalardan səmərəli istifadə etməlidir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2013-cü ili “İKT ili”
elan etməsi bu məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq
edir. Məqsəd elmdə,
təhsildə, iqtisadiyyatda yeni texnologiyalardan istifadə edərək, ölkənin
sosial-iqtisadi inkişafının
intensivləşdirilməsini təmin
etməkdir.
Təhsil sahəsində dəyişiklərlə bağlı
görkəmli
Amerika pedaqoqu Fillip Şlextin apardığı
tədqiqatlar
çox maraqlıdır.
O, özünün «XXI əsrin məktəbi. Təhsil
islahatının prioritetləri» əsərində yazır ki, o, sahibkarlarla, iş adamları və məktəb funksionerləri ilə
çoxsaylı sorğular
aparmış və onlardan belə bir suala cavab istəmişdir: «Siz məktəbdən nə istəyirsiniz?» - cavab
isə
belə
olmuşdur: «Bizə elə
insanlar lazımdır
ki, onlar müstəqil,
sərbəst öyrənməyi bacarsınlar». Müəllif bununla demək istəyir
ki, əgər şagird müstəqil öyrənməyi, məqsədinə çatmaq üçün
yollar tapmağı, bu və
ya digər problemləri həll
etməyi
və
problemin həlli üçün
müxtəlif
informasiya mənbələrindən istifadə
etməyi
bacarırsa, onda peşəkarlıq
səviyyəsini yüksəltmək onun üçün çox asan olacaqdır.
Qeyd olunanların həyata keçirilməsi
üçün ilk növbədə müəllim öyrənənlərin şəxsi maraqlarını diqqət mərkəzində saxlamalı, tədris prosesində öyrənənlərin işgüzar
əməkdaşlığını təşkil etməli, onlarla xoş münasibət
saxlamalı və onlar üçün rahat və
sərbəst iş şəraiti yaratmalıdır.
Belə olan təqdirdə öyrənənlər həvəslə
öyrənmə prosesinə
qoşulur və nəzərdə tutulan mövzunu öyrənməyə
səy
göstərirlər. Sinif otağında yaradılan optimal şərait dərsdə öyrənənlərin fəallığının
maksimum artmasına zəmin
yaradır, öyrənənlər
adətən birlikdə
çalışmağa və biliklərini
yaradıcı tətbiq etməyə can atırlar. Dərsdə yaradılan qarşılıqlı
hörmət
və
əməkdaşlıq mühiti tədris prosesini
xeyli intensivləşdirməklə yanaşı,
müəllimin
daha effektli öyrətməsinə və
öyrənənləri daha yaxından tanımasına
imkan verir. Dərsin
keyfiyyətinin
yüksəldilməsinə nail olmaq üçün müəllim
yeni texnologiyaya üstünlük verməlidir. Tədrisin
keyfiyyətinin
yüksəldilməsində müəllimin
rolunun xüsusi qiymətləndirildiyi “The
TKT course” kitabında müəllimin dərs
prosesində
fəliyyəti əsasən aşağıdakı kimi
səciyyələndirilir:
- Dərs
prosesinin planlaşdırıcısı
kimi, müəllim dərsdən əvvəl dərsi
planlaşdırır, tədris ediləcək materialı öyrənənlərin
bilik səviyyəsinə uyğunlaşdırır, pedaqoji
texnologiyaya uyğun təlimin
münasib texniki vasitələrini hazırlayır, dərs prosesində
ortaya çıxa bilən
problemləri
nəzərə alır.
Məsələn, dərs
prosesində
istifadə
olunan texniki vasitədə nasazlıq yaranmasını
müəllim
nəzərə almalı
və
alternativ tədbir görməlidir.
• Dərsdə idarə
edici kimi, tədris
prosesinin normal keçməsi üçün bütün
lazımi tədbirləri görür.
- Dərsdə nəzarətedici kimi, sinif otağında
aramla dolaşaraq fərdi,
cütlərlə və
ya qrup halında
çalışan öyrənənlərə nəzarət edir, lazım gəldikdə köməklik
göstərir.
- Dərsdə məsləhətverici kimi,
öyrənənlərin müstəqil öyrənmələrinin inkişafı
üçün şərait yaradır, lazımi məsləhətlər
verir.
- Dərsdə diaqnozlaşdırıcı kimi,
öyrənənlərin çətinliklərini müəyyənləşdirir, onların
aradan qaldırılması
üçün tədbirlər görür.
- Dərsdə bilik mənbəyi kimi, tədris
olunan material haqqında
öyrənənlərə
lazım gəldikdə, (öyrənənlər lazımi
məlumatı
müstəqil
əldə edə
bilmədikdə) əlavə məlumat
verir.
- Dərsdə qiymətləndirici kimi, öyrənənlərin fəaliyyətini, biliyini bütün öyrənənlərin iştirakı
ilə
qiymətləndirir.
- Münasibət
və
əməkdaşlıq yaradıcısı kimi,
öyrənənlər arasında
işgüzar münasibət yaradır, onların birgə
fəaliyyətini, əməkdaşlığını təşkil və inkişaf etdirir.
Bu qeyd olunanlarla yanaşı, müəllim həm
də
şagirdlərin
təlabatlarını,
maraqlarını, davranış
motivlərini,
qabiliyyətlərini, yaradıcılıq imkanlarıını,
intelektini, emosiyalarını,
iradəsini,
mənlik
şüurunun inkişafını
nəzərə alaraq, yeni pedaqoji texnologiyalardan
dərs
prosesində
düzgün istifadə edərsə öyrənənlərdə
yeni innovativ fikirlərin
formalaşmasına nail ola
bilər.
Görkəmli pedaqoq-alim C.P.Kapitsa vaxtilə
deyirdi ki, təhsil
gələcəyə
yönəlmiş
sənaye
sahəsidir. Alimin bu
nəzəriyyəsi artıq həqiqətə çevrilmişdir. Belə ki, ötən əsrin
60-cı illərində Amerika və
Avropa məktəblərində islahatlar keçirilmiş
və
təlimin
texniki vasitələrinin geniş
tətbiqinə başlanmış, tədris prosesinə
texnikanın tətbiqi zəminində təlimin
yeni texnologiyaları yaranmışdır. Bu hal tərbiyə sahəsinə də
nüfuz edərək pedaqogikaya
pedaqoji texnologiya kimi daxil olmuşdur.
Mütəxəssislərin fikrincə,
pedaqoji texnologiya mahiyyət
etibari ilə təlim-tərbiyə prosesinin layihələşdirilməsinin sistemi (metodu) kimi səciyyələndirilməlidir.
Müasir pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Tədris prosesində fəal-interaktiv təlim texnologiyalarının tətbiqi öyrənənlərə məntiqi və yaradıcı təfəkkürə əsaslanmaq, müstəqil düşünmək, innovativ ideyalar irəli sürmək vərdişləri aşılayır. Fəal-interaktiv təlim texnologiyalarının tətbiqi öyrənənlərin informasiya texnologiyalarından sərbəst istifadə etməklə, bilik, bacarıq və vərdişlərinin inkişafına və yaradıcı tətbiqinə zəmin yaradır.
Fəal-interaktiv dərs planında əsasən - məzmun məqsədi, vərdiş məqsədi və qrup məqsədi nəzərdə tutur. Məzmun məqsədində öyrənənlərə nəyi öyrətməyin vacib olduğu müəyyənləşdirilir. Vərdiş məqsədində öyrənənlərə tədris olunan materialı qavramaq, anlamaq və dərk etmək üçün lazım olan vərdişlərin aşılanmasına çalışılır. Qrup məqsədində bütün öyrənənlərin işgüzar və yaradıcı əməkdaşlığını inkişaf etdirə bilən texnologiyalar həyata keçirilir. Mütəxəssislərin fikrincə, öyrənənlərin sinifdə T və ya U şəklində düzülmüş masaların arxasında oturmaları məqsədəuyğundur. Ümid edirik ki, interaktiv dərsin bütün komponentlərini müəllim dərsin mövzusuna uyğun olaraq yerinə yetirərsə, yəni dərsə maraqlı bir fikirlə giriş verərsə, öyrənənləri xoş üzlə salamlayarsa, davamiyyəti qayğı ilə yoxlayarsa, dərsin mövzusunu və məqsədini düzgün izah edərsə (müəllim bugünkü dərsimiz çox çətindir ifadəsini işlətməməlidir), sinifdə işgüzar və yaradıcı mühit yaradarsa, öyrənənlərə adları ilə müraciət edərsə, öyrənənləri düşünməyə və fikir yürütməyə vadar edərsə, onları aktiv sosial fəaliyyətə düzgün hazırlayarsa dərs çox maraqlı və səmərəli olar.
Mirhəsən
Eminov
Pedaqogika üzrə fəlsəfə
doktoru
Palitra.-2014.-15 yanvar.-S.13.