“Dirijorluq
fakültəsində təhsil alan tələbələrimiz öz sözlərini deyəcəklər”
Müsahibimiz
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı
Alətləri Orkestrının (XÇA) bədii rəhbəri və baş dirijoru, Əməkdar Kollektiv F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblın bədii rəhbəri, Xalq artisti, professor
Ağaverdi Paşayevdir:
-Ağaverdi
müəllim, getdiyiniz sonuncu səfərlərdə
Azərbaycan
mədəniyyətini
təmsil
edirsiniz. Vətənimizə
hansı təəssüratlarla
qayıtmısınız?
- Keçən 2013-cü il həm mənim, həm də rəhbərlik etdiyim kollektiv üçün çox uğurlu keçdi. Biz, bir neçə xarici ölkədə Azərbaycan mədəniyyətini təmsil etdik. Bildiyiniz kimi keçən il bütün dünyada Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 100 illik yubileyi keçirildi. Yubiley çərçivəsində bizim kollektiv bu tədbirlərdə iştirak etdi. TÜRKSOY-un baş katibi Düsen Korabayeviç Kaseinov bizi Qazaxıstana dəvət etdi. Mən, Qazaxıstanın Qaraqanda şəhərinin Xalq Çalğı Alətləri Orkestrına bir neçə gün dirijorluq etdim və onlara “Arşın mal alan” operettasını öyrətdim. Bir müddətdən sonra isə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrından ibarət kiçik bir heyətlə yenidən Qazaxıstana ezam olunduq. Onların orkestrı bizim heyətlə birlikdə “Arşın mal alan” operettasını Qaraqanda şəhərində yüksək səviyyədə tamaşaçılara təqdim etdi. Tamaşada həm Qazaxıstan, həm də Qırğızıstan, Türkiyə və Azərbaycandan gələn solistlər türkdilli ölkələrin aktyorları idi. Bu tamaşa Qazaxıstanın paytaxtı Astana şəhərində də oynanıldı. TÜRKSOY-un yaradılmasının 20 illiyi ilə bağlı yubiley medalı da mənə təqdim edildi.
Daha sonra isə biz 75 nəfərlik heyətlə Fransaya ezam olunduq. Biz, Fransanın paytaxtı Paris və Strasburq şəhərində böyük bir konsert zalında “Arşın mal alan” operettasını beynəlmiləl bir tamaşa kimi ifa etdik. Sözsüz ki, hər tamaşada aktyorlar dəyişirdi.
Dirijorluq fəaliyyətimə gəldikdə isə, ötən il mənim yaradıcılığım üçün çox uğurlu il oldu. TÜRKSOY-un xətti ilə bir çox konsertlərə dəvət aldım. TÜRKSOY-un təşkil etdiyi Fransanın Strasburq şəhərində Azərbaycan ədəbiyyatının dahilərindən biri olan Nizami Gəncəvinin yubileyi ilə bağlı keçirilən möhtəşəm bir tədbirdə kollektivimizlə birgə iştirak etdik.
Daha sonra Qazaxıstana dəvət olundum. Orada Qazaxıstanın
Xalq Çalğı
Alətləri Orkestrının solo konsertində dirijorluq etdim. Konsertdə
Ü. Hacıbəylinin,
Q. Qarayevin, F. Əmirovun əsərləri səsləndi.
Ötən ilin dekabr ayında
isə,
Sankt-Peterburq şəhərinin Andreyev adına Akademik Rus Xalq Çalğı
Alətləri Orkestrının 125 illik yubileyinə
dəvət olundum. Yubiley gecəsində başqa ölkələrdən
də
dəvət olunan solistlər və dirijorlar iştirak edirdi. Konsert proqramı çox
maraqlı təşkil olunmuşdu. Bütün bu
konsertlərlə əlaqədar olaraq mən
TÜRKSOY-un rəhbərliyinə öz dərin
minnətdarlığımı
bildirmək
istəyirəm.
2013-cü
il həm mənim
rəhbərlik etdiyim Azərbaycan
Dövlət
XÇA Orkestrınin fəaliyyətində və
həmçinin
mənim
yaradıcılığımda yadda qalan izlər qoydu.
- Sizcə,
tədris
etdiyiniz fənn gənc ifaçıların musiqi
maraqlarına necə təsir
göstərir?
Gənc ifaçıların potensialına olan baxışlarınız.
- Dirijorluq sənətinin
tarixi deyərdim ki, təxminən 200 ilə
yaxın bir dövrü əhatə edir. Bu sənət müasir elmdir. Mən deyərdim
ki, hər zamanda dirijor yetişmir. Düzdür Azərbaycan Milli Konservatoriyasında Dirijorluq kafedrasında təhsil
alan tələbələr ümid verirlər. Lakin hər
il, hər an əsl dirijor yetişmir. Bunun üçün həm mühit lazımdır, həm
daxili potensial, həm
də
imkanlar güclü olmalıdır. Artıq 10 ilə yaxın bir dövrdür ki, Azərbaycan
Milli Konservatoriyası
yaranıb və bu illər
ərzində deyərdim
ki, 1-2 nəfər
yaxşı dirijor burada yetişib. Onlardan biri Rüzbeh Parəndəni deyə
bilərəm ki, İran İslam
Respublikasının vətəndaşı idi
və
o burada dirijorluq üzrə
təhsil
aldı. Mən əminəm ki, o hansı bir ölkədə
çıxış etsə, bir dirijor kimi
sözünü deyə bilər.
Bugünkü təhsil
alan tələbələrimizə gəlincə gərək təhsillə birgə,
hər
bir insanın özünün yaradıcı
potensialı da olmalıdır. Yaxşı dirijor olmaq üçün insanın
öz üzərində çalışması vacibdir.
İnanıram ki, bu gün Dirijorluq fakültəsində təhsil
alan tələbələrimiz layiqincə
öz sözlərini deyəcəklər.
-Gələcək musiqi sahəsi
üçün yeni orkestr kadrları yetişdirilir?
- Artıq Azərbaycanda orkestr ifaçıları
üçün münbit
şərait
yaradılıb. Çünki istər
BMA-da, istərsə
də
AMK-da təhsil alan ifaçılarımızın
gücü ilə XÇA Orkestrləri
dünyanı fəth edə
bilərlər. Mən buna əminəm. Bakı şəhərində iki XÇA Orkestr fəaliyyət göstərir.
Ümumilikdə, Azərbaycanda
4 orkestrdan biri Naxçıvan şəhərində,
biri Gəncə
şəhərində ikisi də
Bakıda fəaliyyət göstərir.
Orkestrlara yaradılan şəraitdən isə
gənclər könül rahatlığı
ilə
yararlanırlar. Ali təhsillərini bitirdikdən
sonra orkestrlarda çıxış edirlər. Həm orkestrant kimi,
həm
də
solist kimi iştirak edirlər.
-Bugünkü gündə
bəstəkarların yaradıcılığında orkestr üçün əsərlər yer alırmı?
- Çox maraqlı sualdır. Çünki
XÇA Orkestrı üçün
əsər yazmağa hər bəstəkar can atmır.
Simfonik orkestr üçünsə əsər yazmaq bəstəkarın peşəsidir.
Çünki bəstəkar təhsil
aldığı dövrdə simfonik orkestr üçün əsər bəstələməyin yolunu keçir. Baxsaq görərik
ki, XÇA orkestrının
partetura təsnifatı simfonik
orkestrın parteturasından
qat-qat sadədir. Lakin bəstəkarlar nədənsə
bu sahə üzrə əsər yazmağa ehtiyat edirlər.
Vaxtilə XÇA orkestrı üçün S. Rüstəmov, S. Ələsgərov, C. Cahangirov, X. Cəfərov,
Q. Hüseynli, Ş. Kərimov kimi böyük bəstəkarlarımız
əsərlər yazıblar.
Hal-hazırda bizim kollektivlə
sıx yaradıcılıq
əlaqələri saxlayan D. Dadaşov, O. Kazımov, R. Mirişli kimi görkəmli bəstəkarlarımız bir çox əsərlər yazıb-yaradırlar. Gənc bəstəkarlardan V. Allahverdiyev, C. Allahverdiyev,
S. Fərəcov, M. Umudov, C. Abbasovun adlarını fəxrlə çəkə bilərəm ki, bizim kollektiv
üçün əsərlər bəstələyirlər.
-Gənc musiqiçilərin marağı ən çox hansı
orkestr kollektivinə yönəlir?
Simfonik yaxud XÇA Orkestrinə?
- Hər
orkestrın özünün
öz dəst-xətti
var. İncəsənət aləmində hər
sənətin öz gözəlliyi var. Xüsusilə də,
musiqi sahəsində.
İstər tarda, istər qarmonda, istər skripkada,
istərsə də
pianoda. Çünki orada musiqi
var. Bu gün bizim gənclərimiz axın olaraq həm
simfonik orkestra, həm
də
XÇA Orkestrına, kamera
orkestrına böyük
həvəslə gəlirlər. Bunun özü sevindirici bir haldır ki, gənclər bu sahəyə üstünlük verirlər.
Məsələn, son illər Azərbaycanda
muğam müsabiqələri keçirilir. Bu çox gözəl bir haldır. Dövlətin
qayğısı, ələlxüsus bizim ölkə
başçımızın, Prezidentimizin ciddi nəzarəti və
eyni zamanda YUNESCO və
İSESCO-nun xoşməramlı
səfiri,
millət
vəkili
Mehriban xanımın xüsusi diqqəti nəticəsində son illərdə Azərbaycan
muğamlarına, muğam
ifaçılığına münasibət
daha da yüksəlmişdir. Artıq dünyanın möhtəşəm şəhərlərində
muğamımızın səsi-sədası gəlir.
İstər Amerikada, istər Fransada, istərsə
də
İtaliya şəhərlərində. Bu, artıq istər-istəməz ölkələr arası
münasibətdə də
körpü rolunu oynayır.
-Yeni ildə
sənət yolunuzda nələr
etmək
arzusundasınız?
-
2014-cü ildə
Süleyman Ələsgərovun 90 illik yubileyi ilə bağlı
tədbirə hazırlaşırıq. Eyni zamanda
mart-aprel aylarında
professor, Xalq artisti Ramiz Mirişlinin 80, Xalq artisti Şəfiqə Axundovanın 90 illik yubileyinə
hazırlaşırıq. İnanıram ki, qarşıda
bizim xaricə səfərlərimiz
və
yeni tədbirlərimiz
həyat
keçiriləcək.
Xəyalə
GÜNƏŞ
Palitra.-2016.-16 yanvar.-S.13.