“Vətənə bağlı olmağımda atamın xüsusi rolu oldu”
Ülviyyə Əlizadə: “Moldovalılar ailəyə bağlılığı və qonaqpərvərliyi ilə bizə çox bənzəyirlər”
Fəal Azərbaycan gənclərinin sıralarının genişlənməsi ölkənin gələcəyinin etibarlı əllərdə olacağına bir işarədir. Son illərdə aktiv gənclərin bütün sahələrdə perspektivlərini ortaya qoymaları üçün də kifayət qədər şərait yaradılır. Hətta son bir neçə ay ərzində gənc kadrlar icra strukturlarında məsuliyyətli və kifayət qədər bacarıq tələb edən vəzifələrə çəkilir, onların öz bilik, bacarıq və imkanlarını ortaya qoymaq üçün şəraitlər yaradılır. Bu işdə xaricdə təhsil alıb ölkəyə dönən gənclərin də potensialından istifadə olunur. Belə perspektiv vəd edən gənclərdən biri də Ülviyyə Əlizadədir. O, həm Azərbaycan, həm də digər ölkələrin ali təhsilini alıb və hazırda dövlət işində çalışır. Ülviyyə Əlizadə ilə olan müsahibəni oxuculara təqdim edirik.
-Ülviyyə
xanım, ilk olaraq oxuculara özünüz barədə
qısa məlumat verərdiniz.
-Mən, Əlizadə Ülviyyə Surxay qızı 14 aprel 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri 134 saylı məktəbdə almışam. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam və 2011-ci ildə bu ali təhsil ocağını yaxşı qiymətlərlə bitirdim. Elə həmin ilin sentyabr ayında Moldova Dövlət Universitetinin iqtisadi hüquq ixtisası üzrə magistr pilləsinə qəbul oldum və 2013-cü ilin iyun ayında magistraturanı bitirdim.
- Ali təhsilinizi Moldovada davam
etdirmisiniz. Başqa ölkədə
təhsil almaq
marağı sizdə
necə yarandı?
-Atam diplomatdır.
İş fəaliyyəti ilə əlaqədar
vaxtaşırı müxtəlif
ölkələrdə çalışır. Ona görə
də mənim təhsil
aldığım illərdə bir qədər rəngarənglik oldu. Yəni, orta təhsilimin dörd ilini Daşkənddəki Şevçenko adına rus məktəbində, ali təhsilimin iki ilini Düşənbə Slavyan Universitetinin Hüquq
fakültəsində davam etdirmişəm. Elə
bu səbəbdən də
Moldova Dövlət
Universitetinin Hüquq fakültəsinin
magistraturasını seçmiş oldum. Düzü,
buna heç də
peşman olmadım.
-
Peşman olmadığınızı dediniz. Görünür,
təhsil
aldığınız Moldova Dövlət
Universitetindən
çox razı qalmısınız.
- Əlbəttə. Moldova Dövlət Universiteti bu ölkədə bir nömrəli təhsil ocağı
sayılır.
Burada təhsilin bütün sahələri, o cümlədən xarici dil, iqtisadiyyat, musiqi və s. fakültələr mövcuddur və bu sahələrə də daim böyük diqqət göstərilir. Hüquq
fakültəsi isə xüsusi önəm kəsb edir və görünür,
bu səbəbdəndir ki, fakültə ayrıca binada yerləşir. Təsəvvür edin ki,
Moldovada dövlətin
ən yüksək məmurları Hüquq
fakültəsinin məzunlarıdır.
Burada üçnövbəli təhsil sistemi il ərzində davam edir. Bu da
eyni zamanda işləyən tələbələr üçün
çox sərfəli sayılır.
Xüsusən,
müəllimlərin
istiqanlılığı diqqətimi
çox cəlb
etdi, tələbələrin
və magistrlərin isə sərbəst
yaradıcılıq işinə
böyük diqqət
yetirilirdi.
- O zaman təhsil üçün hər cür şərait yaradılan belə bir ölkədə azərbaycanlı tələbələrin də sayı çox olar. Azərbaycanlı gənclər, orada yaşayan
soydaşlarımız haqqında bilgiləriniz var idimi?
- Təbii ki, əlaqələr var idi və gənclərimiz digər ölkələrdə olduğu kimi, burada aktiv idilər. Zənnimcə, Moldovada yaşayan azərbaycanlılar, orada təhsil alan
azərbaycanlı
tələbələr və aspirantlar, o cümlədən Moldova Azərbaycanlıları Konqresi
(MAK) MDB ölkələri içərisində ən fəal, ən işgüzar, ən mehriban insanlar və qurumlardan biri kimi tanınmaqdadır. Misal
olaraq bir neçə
məsələni diqqətinizə çatdıra bilərəm. Bu ölkədə MAK tərəfindən təşkil olunan Novruz bayramı
tədbirləri, Moldovada yaşayan millətlərin hər ilin sentyabr ayında birgə keçirdikləri Etnofestival bayramı,
Respublika Günü, Müstəqillik Günü, müxtəlif humanitar tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. Bu tədbirlərin təşkil olunmasında gənclərin, o cümlədən mənim də əməyim az
olmayıb. Əlbəttə ki, bu işlərdə səfirliyimizin dəstəyini də xüsusi olaraq qeyd etmək lazımdır. Eyni zamanda,
2012-ci ildə
Moldovada keçirilmiş Azərbaycan
Mədəniyyəti Günlərini də qeyd etmək istərdim. Burada da tədbirin
uğurlu alınmasında biz tələbələrin
rolu böyük oldu. Mədəniyyət günləri çərçivəsində Azərbaycan filmlərinin festivalı, S.Vurğun adına Rus Dram Teatrının çıxışları,
Azərbaycan
milli mətbəxi günləri, turizm sərgisi müvəffəqiyyətlə təşkil olundu. Biz tələbələr
də sənətkarlarımıza qoşulub, onlara əlimizdən gələn yardımı etməyə çalışırdıq.
Dahi Nizamiyə
həsr olunmuş
xüsusi bağın abadlaşdırılmasında da
böyük əməyimiz olmuşdu.
Burada, Nizami Gəncəvinin yenidən qurulmuş abidəsi
açılmışdı. Bundan
başqa Moldovada mart ayında bizim Novruz bayramına bənzər Martişor bayramı
keçirilir. Hər il bu bayrama Azərbaycanın incəsənət xadimləri də dəvət olunurlar. Bu isə yerli xalqın diqqətini çox çəkir. Hətta 2011-ci ildə Xalq artisti, maestro Ramiz Quliyev
və oğlu
gənc dirijor
Eyyub Quliyev, 2012-ci ildə isə Mələkxanım Əyyubova öz triosu ilə və gənc opera müğənnilərimiz Moldovaya gələndə burada əsl bayram ab-havası
yaşanmışdı. Biz də sənətkarlarımızın asudə vaxtlarında onları
Moldovanın görməli yerləri ilə tanış etməyə
çalışmış, şəxsən mən, diasporumuz və o cümlədən tələbələrlə onların görüşlərini təşkil etmişəm.
Tələbələr bu gün də bu ölkədə çox aktivdirlər və Kişinauda hər il təşkil olunan Milad
bayramına həsr olunmuş yarmarkalarda fəal iştirak edir, yığılan vəsaitləri isə uşaq evlərinə, əlillər evlərinə və s. təqdim edirlər.
Eyni
zamanda qeyd etməliyəm ki, Moldovada təhsil alan tələbələr Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına
qoşularaq Kişinauda bir sıra uğurlu tədbir keçirməyə nail olublar. Bu tədbirlərə Kişinaunun ali
təhsil məktəblərində təhsil alan digər xarici ölkələrin tələbələrinin iştirakı da bizim tərəfimizdən təmin olunmuşdu. Əlbəttə ki, bütün bu işlərdə Azərbaycanın Moldovadakı səfirliyi və şəxsən səfir Namiq Əliyevin xüsusi rolu oldu.
- Yerli xalqın azərbaycanlılara rəğbət bəslədiyini qeyd etdiniz. Bəs onların mədəniyyəti, adətləri barədə nə deyə bilərsiniz?
-
Moldovalılar çox sadə, səmimi insanlardır və azərbaycanlılara da çox
hörmətlə yanaşırlar. Orada
yaşadığım müddətdə bunun dəfələrlə şahidi olmuşam
və bu mənə qürur hissi verirdi. Bizim mədəniyyətimiz, adət-ənənələrimiz onları çox
maraqlandırırdı. Fərqli mənsəbə
və mədəniyyətlərə malik olsaq da, xalqlarımız
arasında oxşar cəhətlərimiz çoxdur. Moldovalılar ailəyə
bağlılığı və
qonaqpərvərliyi ilə bizə çox bənzəyirlər.
Burada qeyd olunan “Valideynlər
günü”nü xüsusi olaraq qeyd etmək istərdim.
Həmin
gün hamı öz valideynini ziyarət
edir, hədiyyələr alır, böyük bayram
süfrəsi
açılır. Vəfat edənlərin isə məzarlığı hamılıqla
ziyarət olunur.
Bayram iki gün davam edir. Bildiyiniz
kimi Moldova həm də şərab ölkəsi sayılır.
Burada istehsal olunan şərablar
bütün dünyada tanınır. Moldovada hər il
möhtəşəm “Şərab festivalı” da keçirilir. Əlbəttə ki, yuxarıda qeyd etdiyim ənənəvi Martişor bayramı və Etnofestival da möhtəşəmliyi ilə seçilir.
-Artıq Moldova ilə bağlı sizdə yalnız xatirələr qalıb. Bu gün Azərbaycandasınız
və öz
doğma vətəninizdə hansı ictimai
işlərlə məşğul olursunuz?
-
Ümumiyyətlə, mən iş fəaliyyətimə “Kaspian Servis” tikinti şirkətində hüquqşünas kimi
başlamışam. Burada az müddət
çalışmağıma baxmayaraq, böyük təcrübə qazandım. Magistr
təhsilimi bitirəndən sonra isə
dövlət
işində
çalışmağı qərara
aldım. Hazırda, Nərimanov Rayon İcra Hakimiyyətində Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi
üzrə
komissiyanın məsul
katibiyəm. İşim haqda onu deyə
bilərəm ki, çox
maraqlı bir sahədir
və işimi də çox sevirəm. Ailə
münaqişələrini tənzimləmək və
uşaqların haqlarını qoruyaraq, onların problemlərini həll etməyə cəhd
göstərirəm. Vəzifəmi yerinə yetirərkən həqiqətən də özümü əsl vətəndaş kimi hiss edirəm.
-
Doğrudan da insanlara, xüsusən də belə nəcib işdə çalışaraq
uşaqlara layiqli xidmət göstərmək əsl vətəndaş mövqeyi sayıla bilər. Görünür,
vətənə belə
bağlı olmağınız da xaricdə təhsilinizi
bitirəndən sonra ölkəyə dönməyinizdə rol oynadı.
-Haqlısınız.
Əlbəttə bəzi gənclər xaricdə təhsil alarkən orada qalmağı düşünürlər. Amma belə hallar artıq
çox azalıb. Həyatımın yarısından
çoxunu vətəndən kənarda
yaşamışam və
həmin ölkələrdə
oxudum məktəblərdə,
təhsil
aldığım universitetdə
yeganə azərbaycanlı
olmuşam. Bunu dərk
edərək vətənimin layiqli təmsilçisi olmağa
çalışmışam, çünki vətənimi çox sevirəm və
bu hissi hər kəsə aşılamağa
çalışıram. Bu işdə atamın rolunu
xüsusi vurğulamaq istərdim.
Çünki o, mənim
üçün vətənini çox sevən bir insan kimi həmişə örnək olub. Qayıtmaqda məqsədim
qazandığım bilikləri
burada tətbiq etmək, vətənimin daha da inkişaf etməsində zərrə
qədər olsa da rolumun
olmasını görməkdir.
Əlbəttə, bunun üçün öz üzərimdə daha çox
çalışmalıyam.
- Artıq biliyinizi öz ölkənizdə tətbiq edirsiniz və bu işdə sizə dövlətin yaratdığı şəraitin də böyük rolu olub. Dövlətin
yürütdüyü gənclər
siyasətini
necə
təqdir
edirsiniz?
- Bəli, bu gün Azərbaycan gəncinin hərtərəfli inkişafı, öz bacarığını və istedadını üzə çıxara bilməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" biz gənclər tərəfindən böyük sevinclə qarşılanmışdı. Dövlətin və Prezidentimizin gənclərə göstərdiyi bu qayğı bizdən tələb edir ki, var-gücümüzlə ölkəmizin inkişafında ləyaqətlə iştirak edək. Bunun üçün də ilk növbədə aldığımız təhsildə yüksək nailiyyətlər göstərməli, eyni zamanda bizə həvalə olunan iş sahəsində nümunəvi rol oynamalıyıq. Xüsusən, Prezidentimizin apardığı gənclərlə bağlı siyasətinə cavab olaraq xaricdə təhsil alan tələbələrin təsis etdiyi təşkilatlar artıq sistemli şəkildə birləşərək əlaqələndirilir və ölkəmizin daha dolğun şəkildə təmsil olunmasında böyük rol oynayır. Bunlara misal olaraq, sayı son zamanlar sürətlə artan gənclər təşkilatlarını göstərmək olar. Dövlətin qayğısı sayəsində belə gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdiriblər.
-Az da olsa, təcrübənizə
əsaslanıb
uşaq hüquqlarının qorunması istiqamətində
hansı təklifləri verərdiniz?
-İstər
işimlə əlaqədar olaraq, istərsə də
gündəlik həyatımızda
yetkinlik yaşına çatmayanların
hüquqlarının pozulması ilə
tez-tez rastlaşırıq. Dövlət
cəmiyyətin gələcəyi
olan uşaqların hüquqlarının qorunmasına
xüsusi önəm
verir və bu məsələnin
həlli ilə bağlı
müxtəlif
işlər də aparır. Amma bu, tək dövlətin problemi deyil, hər birimizin insanlıq borcudur. Təklifim odur ki, bu
işin həllində heç kəs biganə qalmasın. Bu gün Avropada uşaq və
qadın hüquqlarına çox həssaslıqla
yanaşılır. Amma orada da məsələ
dövlət-məmur səviyyəsinə qalxmamışdan
öncə ictimai səviyyədə gündəmə gətirilir və
bu ictimai qınaqdan qorxan bəzi
insanlar uşaq hüquqlarını pozmurlar. Uşaqlar ilk növbədə öz haqq və
hüquqlarını bilməli,
hətta ailəiçi məişət
zorakılığına uğradıqları zaman belə dövlət tərəfindən
qorunduqlarını anlamalıdırlar və ona güvənməlidirlər. Bununla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi və uşaqların məlumatlandırılması
vacibdir.
Tural Tağıyev
Palitra.-2014.-16 yanvar.-S.7.