Bakı sakinləri istədikləri “ASAN xidmət” mərkəzinə müraciət edə biləcəklər
Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
ölkə başçısını toxunduğu məsələlərdən biri də “ASAN xidmət”in fəaliyyəti ilə bağlı idi.
“ASAN xidmət”in Azərbaycan məhsulu olduğunu deyən ölkə başçısı onun Azərbaycanın ixtirası, Azərbaycan brendi olduğunu bildirib: “Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət edib. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır”. Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacağını deyən ölkə başçısı bu mübarizənin gözəl nəticələri olduğunu, kompleks tədbirlər görüldüyünü və keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlamasının bu sahədə böyük bir dönüş yaratdığını, bir yenilik gətirdiyini bildirib.
Ötən
1 il ərzində
“ASAN xidmət” mərkəzlərində
959 min vətəndaşın
müraciətinə baxılıb
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov ötən ilin hesabatı ilə əlaqədar mətbuat konfransı keçirdi. İ.Kərimov bildirdi ki, Prezident İlham Əliyev Nazirlər kabinetinin iclasında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə toxunaraq müvafiq tapşırıqlar qoyub və “ASAN xidmət” üçün vəzifələr müəyyən edib: “Ölkə Prezidenti tərəfindən verilən qiymət və dəyər bizim məsuliyyətimizi daha da artırır, qarşımızda əlavə vəzifələr müəyyən edir”.
İ.Kərimov bildirdi ki, ötən 1 il ərzində “ASAN xidmət” mərkəzlərinə 959 min vətəndaşın müraciətinə baxılıb. Bu müddət ərzində 90%-ə yaxın vətəndaşın müraciəti təmin edilib. O qeyd etdi ki, 1 saylı “ASAN xidmət” mərkəzi daha əvvəl yarandığı üçün müraciətlərin böyük əksəriyyəti onlara daxil olub. İ. Kərimovun sözlərinə görə, 1 saylı “ASAN xidmət” mərkəzi ötən il ərzində 340 min, Sumqayıt “ASAN xidmət” mərkəzinə 204 min, 2 saylı “ASAN xidmət” mərkəzinə 250 min, 3 saylı “ASAN xidmət” mərkəzinə 92 min, Gəncə “ASAN xidmət” mərkəzində 14 min müraciətə baxılıb: “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində təməl prinsiplər mövcuddur ki, burada da xidmətin operativliyi, rahatlılıq, şəffaflığın təmin edilməsi, etik davranış qaydalarına əməl edilməsi daxildir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti dövlət agentliyi tərəfindən tənzimlənir. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin əsas vəzifələrindən biri də “ASAN xidmət” mərkəzlərinin təşkili, o cümlədən xidmətlərin elektron formalarının təşkilidir”.
İ.Kərimov
qeyd etdi ki, ilkin olaraq
ötən il yanvarın 15-də
1 saylı “ASAN xidmət”
mərkəzi fəaliyyətə başlayıb. Onun
sözlərinə görə, 2013-cü il ərzində digər 4 “ASAN xidmət” mərkəzləri
də istifadəyə verilib: “Belə ki, 15 may tarixində Sumqayıt “ASAN xidmət” mərkəzi, 3 iyun tarixdə 2 saylı “ASAN xidmət” mərkəzi, sentyabr
ayında Yasamal 3 saylı “ASAN xidmət” mərkəzi, 24 dekabrda isə Gəncə
“ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu günə
kimi artıq 5 “ASAN xidmət” mərkəzlərində
vətəndaşlara 9 dövlət orqanı tərəfindən
25 sahə üzrə xidmət göstərilir. “ASAN xidmət” mərkəzlərində xidmətlərin və
agentliyin əsas
vəzifəsi orqanlar
tərəfindən göstərilən xidmətləri təşkil
etmək, onun çatdırılması
asanlaşdırmaq, operativlik, şəffaflığı təmin etməkdir”.
Səyyar
avtobuslar Bakıda da
vətəndaşlara
xidmət
göstərəcək
İnam Kərimov bildirdi ki, fevralın 1-dən
ilk dəfə olaraq
“ASAN xidmət”in səyyar avtobusları
Bakıda da vətəndaşlara xidmət göstərməyə
başlayacaq. O, qeyd etdi ki, vətəndaşlar
mərkəzlərə
gəlmədən səyyar
avtobuslardakı xidmətlərdən yararlana biləcəklər.
Onun sözlərinə görə, “ASAN xidmət”in səyyar avtobuslarında
xidmətlər qanunvericiliyə uyğun
olaraq pullu olacaq. İ.Kərimov
bildirdi ki, yalnız hərəkəti
məhdud olan əlillər və
sağlamlığı məhdud
uşaqlara bu xidmətlərdən
tam pulsuz olaraq istifadə
edəcəklər. İ.Kərimov
onu da vurğuladı ki, 2014-cü ildə
ilk növbədə “ASAN xidmət” mərkəzləri
şəbəkəsinin genişləndirilməsi
nəzərdə tutulur: “Bu il regionlarda
4-5 mərkəzin
açılması nəzərdə tutulub. Bu ilin mart
ayında Sabunçu rayonunda
4 saylı “ASAN xidmət”
mərkəzi fəaliyyətə başlayacaq. Bundan sonra əhali üçün
yaşayış limiti aradan
qaldırılacaq və
qeydiyyat yerindən
asılı olmayaraq Bakı sakinləri, Sumqayıt və Abşeron
da daxil olmaqla istədikləri “ASAN xidmət” mərkəzlərinə müraciət edə biləcəklər.
Mart ayından etibarən bölgələrdə də
yenidən səyyar avtobuslar
fəaliyyətə başlayacaq”.
Agentliyin sədri
qeyd edib ki, bəzən vətəndaşlar hər
hansı bir sənədi almaq
üçün bir ay və
ya müəyyən bir
müddət
gözləməli olurlar.
Amma “ASAN xidmət”
mərkəzlərində
bu məsələlər
1 gün və
ya 5 dəqiqəyə həll
edilir.
Ötən il “ASAN xidmət”in
səyyar
avtobusları vasitəsilə 37 rayonun 58 mindən çox
vətəndaşının
müraciətinə baxılıb
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət
və
Sosial İnnovasiyalar Dövlət
Agentliyində
ötən
il ərzində 260 əməkdaş
fəaliyyət göstərib.
Agentliyin
rəhbəri bildirdi ki, bunlara
qurumun aparatında və
5 “ASAN xidmət”
mərkəzlərində
fəaliyyət göstərən əməkdaşlar daxildir. O, agentlikdə çalışan əməkdaşların orta yaş həddinin
28 olduğunu açıqladı:
“Bu da Azərbaycanda gənclər siyasəti
sahəsində həyata
keçirilən
siyasətin
təzahürüdür.
“ASAN xidmət”
mərkəzlərində
xidmətlər bilavasitə
aidiyyəti
dövlət
qurumları tərəfindən
göstərilir.
Digər dövlət
qurumlarının isə 412 əməkdaşı
“ASAN xidmət”
mərkəzlərinə
ezam olunublar”.
İ. Kərimov
qeyd etdi ki, “ASAN xidmət” mərkəzlərinin
fəaliyyətinə könüllülər
də
cəlb
olunub. Onların da xidmətlərin göstərilməsində vətəndaşlara yardım etdiklərini söyləyən agentlik sədri
vurğulayıb ki, ali təhsil müəssisələrində
oxuyan və ali məktəbi yeni bitirmiş gənclərə iş vərdişləri öyrədilir:
“Ötən
il ərzində 1138 könüllü
cəlb
edilib. Onlardan 880 nəfəri artıq məzun olub və
hazırda 258 könüllü
“ASAN xidmət”
mərkəzlərində
fəaliyyətini davam etdirir. Ötən ilin dekabrında
isə
“ASAN Könüllülər”
Gənclər Təşkilatı
təsis
edilib”.
“ASAN xidmət”
mərkəzlərində
yaradılan “Çağrı”
məlumat
mərkəzlərinə
il ərzində 144 326 müraciət
daxil olub. “ASAN xidmət”in
sosial şəbəkələrdə xüsusi
səhifələri mövcuddur
və
vətəndaşlar bura müraciət edərək cavab ala
bilirlər.
“ASAN xidmət”
mərkəzinin internet ünvanından 110 minə yaxın insan istifadə
edir, “Facebook” sosial şəbəkəsi vasitəsilə isə
23986 vətəndaşın müraciətinə cavab verilib. İ. Kərimov
bildirdi ki, ötən
il “ASAN xidmət”in səyyar
avtobusları vasitəsilə də
əhaliyə lazımi xidmət göstərilib.
Onun sözlərinə görə,
2013-cü ilin iyun ayından etibarən şimal və cənub rayonları üzrə 21 dayanacaq nöqtəsində 37 rayonun 58 603 nəfər
vətəndaşının
müraciətinə baxılıb.
Nigar Abdullayeva
Palitra.-2014.-16 yanvar.-S.5.