Şəhriyar Hümbətov: “Ən böyük məqsədim Azərbaycanın turizmini inkişaf etdirməkdir”
Almaniyanın Qərb Sahili Tətbiqi Elmlər Universitetində təhsil alan Şəhriyar Hümbətovla müsahibəni təqdim edirik.
- İlk
olaraq özünüz
haqda ətraflı məlumat
verərdiniz.
-Mən
1988-ci il 8 dekabrda Bakıda anadan olmuşam.
1995-2006-cı illərdə Binəqədi rayonu Əsəd Ələsgərov adına
244 saylı orta məktəbi bitirmişəm.
Elə 2006-cı ildə
də
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin
Turizm və sosial mədəni xidmət
ixtisasına daxil olmuş və 2010-cu ildə də
oranı fərqlənmə diplomu ilə
bitirmişəm.
Universitet illərində turizmdəki
biliklərimi
daha da mükəmməlləşdirmək üçün Azərbaycan Gənclər Turizm Klubunun (AGTK) (indiki Gənclər Turizm İctimai Birliyi) aktiv üzvünə
çevrildim. 2008-ci ildə
Amerika Birləşmiş Ştatlarında qonaqpərvərlik sistemində işləmiş
və
təcrübə keçmişəm.
Universiteti bitirdiyim ilin
payız aylarında
Qatar ərəb dövlətinə qonaqpərvərlik sferasında bir müddət
çalışmaq üçün
yollandım. Orada bir
müddət
çalışdıqdan sonra
2011-ci ildə
vətənə geri döndüm. Həmin ilin sentyabrında
Bakıda təzəcə
açılmış Hilton Baku mehmanxanasında “Sommelier” (şərab mütəxəssisi) vəzifəsində işləməyə başladım.
Orada da bir ilimi
tamamladıqdan sonra
2012-ci ilin oktyabrın
1-i Almaniya torpaqlarına
təhsil
almaq üçün
ayaq basdım.
Hal-hazırda Westcoast
University of Applied Sciences ali
təhsil
mərkəzində İnternational Tourism Management (Beynəlxalq Turizmin İdarəolunması) üzrə
magistr təhsili alıram.
- Necə oldu ki, təhsil
üçün məhz Almaniyanı seçdiniz?
-Mənim
üçün xaricdə təhsil
almaq həvəsi
və
istəyi
universitet illərindən baş qaldırmışdı.
Dünyada elə
bir turizm və
qonaqpərvərlik üzrə
ixtisaslaşmış təhsil ocağı qalmamışdı
ki, mən onlar haqda məlumat
toplamayım. Amma məni universitet axtararkən qayğılandıran yeganə məsələ ailəmizin maliyyə
durumu idi. Çünki turizm üzrə
təhsil
verən
ali məktəblərin
ödənişləri Azərbaycanda
orta statistikalı ailənin
gəlirləri ilə
heç cür üst-üstə
düşmürdü. Sonda 2011-ci ildə uzun müddət axtarışlardan
sonra Almaniyada turizm ixtisası üzrə
ingilis dilində ödənişsiz
universitet tapmağa
nail oldum. Halbuki, fərqli-fərqli ölkələrdə yerləşən universitetlərdən də
qəbul
məktubları
əldə etmişdim. Onlardan biri də Avstraliyada yerləşən
James Cook Universiteti idi,
hansını ki,
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili”
üzrə
Dövlət
Proqramına müraciət etmişdim. Mən Almaniyada təhsilə
artıq başlamışdım
ki, Bakıdan xəbər gəldi , “Səni
dövlət
proqramına qəbul ediblər”.
Lakin, əfsuslar
olsun ki, artıq gec idi və
mən
bütün planlarımı
Almaniyaya əsasən
qurmuşdum.
- Almaniyada fəaliyyət göstərən diasporumuzla əməkdaşlıq edirsinizmi?
- Əfsuslar olsun ki, bu vaxta qədər heç
bir əlaqəm olmayıb. Amma Almaniyaya
gələrkən məqsədlərimdən biri də
təhsillə yanaşı diaspor fəaliyyətində də
aktiv iştirak etmək
olub.
- Siz, ölkəmizin
tarix və mədəniyyətinin
təbliği
istiqamətində hansı işlər görürsünüz?
-Universitetdə
və
şəhərdə yeganə azərbaycanlı
tələbə (2013-cü ildə yeni gələn tələbəni hesab etməsək) mənəm. Bu baxımdan təbliği işlərdə tam aktivlik göstərə bilmirəm. Ancaq universitetin sosial çevrəsində aktiv iştirak etdiyimə
görə
bir azərbaycanlı kimi
almanlarda müsbət təsir
oyatmışam.
- Hazırda bu ölkədə gənclərimiz diaspor işlərində
aktiv fəaliyyət
göstərirlərmi?
- Əslində, Azərbaycan diaspor fəaliyyəti yeni olduğundan onun təşkilatlanmasında
müəyyən problemlər
olduğu məlumdur. Amma inkişafın
olduğu da danılmaz faktdır.
Odur ki, aktiv fəaliyyət göstərmələrinə
heç bir şübhəm
yoxdur, amma əhatə dairələrinin bir az dar olduğunu düşünürəm.
- Almaniyanın turizm sahəsindəki hansı təcrübəsini
Azərbaycanda
tətbiq
etmək
mümkündür?
-Almanlar ölkədaxili və ölkəxarici
səyahət etməyi
çox sevirlər. Turizm infrastruktur baxımından
çox yüksək səviyyədədir. Ölkənin ən
ucqar yerində yerləşən kiçik bir tarixi və
ya təbiət abidəsi
belə
yüksək
səviyyədə qorunur və
istər
nəqliyyat,
istər
qidalanma və istərsə də gecələmə baxımından
infrastrukturda heç bir problem aşkarlamaq mümkün deyil. İnsanların rahatlığı üçün hər bir şərait
yaradılıb və yaradılır. Bu cəhətləri nəzərə
alaraq, qeyd etmək
istərdim
ki, Azərbaycanda tətbiq etmək
istədiyim
ən
məhsuldar
alman təcrübəsi,
regionlardakı turizm əhəmiyyətli obyektlərin
ilkin olaraq infrastrukturunun qurulması və
ya mükəmməlləşdirilməsi olardı.
-Ümumiyyətlə, beynəlxalq baxımdan götürdükdə Azərbaycanın
turizm potensialı hansı səviyyədədir?
- Ölkəmizdə mövcud olan təbii
və
tarixi resurslarımız
Azərbaycanda
turizmin bir sənaye
kimi inkişaf etməsinə ən böyük dəstəkdir.
Belə ki, öncədən qeyd etdiyim kimi ilkin
və
ən
vacib başlanğıc
infrastrukturun qurulması
və
ya yenilənməsi
olmalıdır. Xidmət səviyyəsinə gəldikdə isə
görüləcək çox işlərin olduğu açıq-aşkar
göz qabağındadır.
Turizm sahəsindəki xidmətin
səviyyəsi yaxın qonşularımız
olan Türkiyə və
Gürcüstandan zəif olduğu üçün
beynəlxalq
baxımdan müqayisə etməyin
hələ ki, tez olduğunu
vurğulamaq istərdim. Halbuki, mənim
fikrimcə,
turizm potensialımız
bəzi
ölkələrdən üstündür,
hətta
deyərdim
ki, bəzi yox, çoxundan.
- Dünya
Azərbaycanlılarının
Həmrəyliyi Günü ilə bağlı
hansısa tədbir keçirdinizmi?
- Bundan öncə da qeyd etdiyim kimi
hər
hansı bir fəaliyyət göstərmək üçün müəyyən resurslar
tələb olunur. Bura həm
insan, həm də bir sıra maddi-texniki
resurslar aiddir. Əfsuslar olsun ki, yaşadığım
şəhərdə yalnız
iki azərbaycanlı tələbə
olduğumuzu və başqa diaspor təşkilatları
ilə
əlaqəmizin olmadığını nəzərə
alsaq, hər hansı
fəaliyyət göstərmək çox çətindir. Amma bununla
belə
universitetimizin tələbə
təşkilatından
“Azərbaycan
gününün” keçirilməsi üçün tələbimiz olub və
növbəti
dərs
müddətində bu tələbimizin mütləq
yerinə
yetiriləcəyi barəsində söz veriblər.
- Gənclərin
xaricdə
təhsilinin
Azərbaycanın
gələcəyi üçün
hansı perspektivi var?
-Şəxsən mən
fikirləşirəm ki, hər
bir şəxs vəzifəsindən və
təhsil
səviyyəsindən asılı olmayaraq xaricdə
təhsil
almağı qarşısına
məqsəd qoymalıdırlar. Xalqlar arasında olan fərqli
mədəni, sosial, siyasi, iqtisadi və
s. baxışlar tələbələrdə yaradıcılıq
və
mövcud ideyaların
vətəndə tətbiqini reallaşdırmaq həvəsi oyadır.
Siz bu tendensiyanı alman tələbənin İspaniyada
oxuyarkən
gördüyü ideyanı
alman adət-ənənələrinə uyğun şəkildə
remodelləşdirib
istifadə
olunduğunu görə bilərsiniz
və
ya əksinə. Bu baxımdan, xaricdə təhsil
alan hər bir tələbənin fikri ciddi qəbul
edilməli
və
istər
dövlət
orqanlarında, istərsə də özəl
şirkətlərdə onların
ideyaları öyrənilməli və
yerli iqtisadiyyata tətbiq
edilməli
və
millətimizin
sosial inkişafında
böyük rol oynaması üçün
şəraitlər yaradılmalıdır. Xaricdə təhsil
alan hər bir gənc
tarlada torpağa səpilən bir toxumdur. Qışda, qarda, boranda, gündə,
küləkdə əkinçi
toxumlara diqqətli qayğı göstərdiyi halda biçin vaxtında da gözləmədiyi yüksək
məhsul
götürəcək. Bu zaman Azərbaycan nəinki
Qafqazda, hətta Avropanın
özündə
belə
ən
qüdrətli
ölkəyə çevriləcək.
- Gələcək üçün hansı planlarınız var ?
-Gələcək üçün
planlar bir neçə
istiqamətdədir. Təbii ki, öncə şəxsi
inkişafın önəmli olduğunu düşünürəm. Bir müddət
daha Almaniyada qalıb qazandığım
elmi bilikləri praktiki
biliklərlə birləşdirməyi düşünürəm.
Eyni zamanda bura gələndə
olduğu kimi müəyyən diaspor fəaliyyətlərində
aktiv iştirak edib, bu sahədə də təcrübə qazanmaqla yanaşı diaspor fəaliyyətimizin genişlənməsinə səy
göstərmək də
məqsədlərimdən
biridir. Ən böyük
məqsəd isə Azərbaycanın turizmini inkişaf etdirmək
və
bacardığım qədəri ilə “istehlakçı davranışı”na bələd olduğum ölkələrin vətəndaşlarını ölkəmizin
bu sahədə
inkişafına cəlb etməkdir.
Fuad Hüseynzadə
Palitra.-2014.-17
yanvar.-S.7.