AMEA Latviya Elmlər Akademiyası
ilə
memorandum imzaladı
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Rəyasət Heyətində Latviya Elmlər Akademiyasının
(LEA) prezidenti, akademik Oyars Sparitisin rəhbərlik etdiyi nümayəndə
heyəti
ilə
görüş keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq
qeyd edib ki, Azərbaycan
və
Latviya respublikaları
arasında uzun illərdir
müxtəlif
sahələrdə əməkdaşlıq və dostluq münasibətləri mövcuddur:
"Bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir".
O.Sparitis AMEA ilə
elmi əməkdaşlığa dair LEA-nın təkliflərini azərbaycanlı
həmkarının
diqqətinə çatdırıb.
Təkliflərin müzakirəsindən sonra A.Əlizadə
qeyd edib ki, AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, Arxeologiya
və
Etnoqrafiya, Ədəbiyyat, Coğrafiya,
Botanika və digər institutlarının rəhbərləri
Latviya Elmlər Akademiyası və bu ölkənin ali məktəbləri ilə sıx əlaqələrin tərəfdarıdır.
Əlaqələr çərçivəsində elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layi¬hə, ezamiyyət,
treninq və digər tədbirlər həyata
keçirilə
bilər.
Görüşün sonunda "Latviya Elmlər
Akademiyası və Azərbaycan
Milli Elmlər Akademiyası
arasında elmi-innovasiya
potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında"
Memorandum imzalanıb.
Sənəddə 2014-2015-ci illərdə fizika-texnika və kimya-biologiya
elmləri
sahəsində müştərək formada fundamental və tətbiqi
tədqiqat
istiqamətlərinin müəyyən edilməsi,
mədəniyyət abidələrinin bərpası
üzrə
birgə
layihələrin mümkünlüyü, Latviyada
gənc
mütəxəssislər üçün iqtisadi elmlər
üzrə
təlim
bazasının yaradılması
imkanları, həmçinin innovativ layihələrin
həyata
keçirilməsinə dair məsələlərin
müzakirəsi
nəzərdə tutulur.
Tural
Palitra.-2014.-17 yanvar.-13.