ATİ-də
“20 Yanvar-24” adlı dəyirmi masa keçirilib
Azərbaycan Turizm İnstitutunda xalqımızın
müstəqillik
tarixində
qızıl hərflərlə əbədiləşən 20 Yanvar faciəsinin
24-cü ildönümünə həsr olunan dəyirmi
masa keçirilib. ATİ-nin
rektoru, tarix elmləri
doktoru, professor Cəfər Cəfərov çıxışında bildirib
ki, yanvarın 19-dan
20-sinə keçən
gecəni
öz qanları ilə
şanlı tarixə çevirən
müqəddəs vətən övladlarını unutmağa
– unutdurmağa haqqımız
yoxdur. Rektor XX əsrin
90-cı illərini
imperiyanın çöküşü,
60-cı illərdə dünyada müstəmləkəçilik
zəncirinin
qırıldığını detallı faktlarla isbatladı. 1990-cı il
yanvarın 19-dan 20-sinə keçən gecəni
72 il əvvəl -1918-ci il mayın 28-də Azərbaycanı coğrafi
deyil, siyasi məkan
kimi dünyaya tanıdan böyük şəxsiyyətlərin haqq işinin yenidən başlanğıcı
olduğunu bildirdi. O gecə
məhz
müstəqil
Azərbaycan
dövlətini
qurub-yaratmaq arzusunun gerçəkləşdiyini diqqətə çatdırdı. Azərbaycanın müstəqil
dövlət
olaraq ərazi bütövlüyünü
bərpa
edib saxlamaq naminə
onlarla vətən
övladının yanvar
gecəsini
qanları ilə yazdıqlarını xüsusi
vurğuladı. Yanvar şəhidləri o gecə
işğala yox deyib, azadlıq, müstəqillik
istəyini
qanları ilə pöhrələndirdilər. Statistik rəqəmlərə görə 24 il əvvəl şəhid vətən övladlarının sayı
təxminən 132 nəfərdi. Amma o gecə
əslində bütün Azərbaycan şəhid
idi. C.Cəfərov dəyirmi
masa iştirakçıları
olan tələbələrə
bildirdi ki, “sizlər
o gecənin
şahidi deyilsiniz, hətta
bir çoxunuz
90-cı ildən
sonra doğulmusunuz.
İnstitutun ATİ Mediasında həftə boyu yayımlanan video çarxda o günlərin dəhşətini, xalqımızın öz
şəhidlərinə sonsuz ehtiramını, sevgisini izləyə
bilirsiniz. Onların ön
böyük günahı
bilirsiniz nə idi? Cavab isə
belədir:
günahsızlıqları, Vətəni canlarından çox sevdikləri...”
“Qara Yanvar – 24” adlı dəyirmi masada
ATİ-nin İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfiqarlı,
Beynəlxalq
münasibətlər kafedrasının müəllimləri Vidadi Rzayev, Sahib Səfiyev
öz çıxışlarında
20 Yanvar faciəsinə gedən
yol, eyni zamanda bu faciəyə hüquqi
və
siyasi qiymətin verilməsində Heydər
Əliyevin tarixi xidmətlərini xüsusi qeyd etdilər.
Nigar