“Məqsədimiz Azərbaycan mədəniyyətinə qulluq etməkdir”
Xan Şuşinskinin
qızı:
“Xalqımızın
milli adət və
ənənələrini
yaşadıb qorumaq bizim
bir vətəndaşlıq
borcumuzdur”
Azərbaycanın
milli musiqisinin özəyi əsasən muğamda
cəmləşib. Bu sənəti keçmişdən
bugünümüzə
yaşadan unudulmaz muğam ifaçılarımız olub. Belə
muğam sənəti ustadlarından
danışanda daha çox
Xalq artisti, görkəmli xanəndə Xan Şuşinski yada düşür. Milli mədəniyyətimizə əvəzedilməz töhfə vermiş
belə insanların
adlarını yaşatmaq hər birimizin
borcudur. Dövlət
səviyyəsində Xan
Şuşinski irsinin
qorunmasına daim diqqət göstərilir.
Eyni zamanda, hazırda
fəaliyyət göstərən Xan Şuşinski Fondu da lazımi işlər
görür. Fondun əsas məramı xeyriyyəçilikdən ibarətdir. Fondun topladığı vəsait Xan
Şuşinskinin yaradıcılığını
öyrənmək və təbliğ etmək,
istedadlı muğam
ifaçılarına dəstək vermək, muğamın
yayılmasına və
inkişafına yardım etmək,
xalq musiqisinə
aid festivallar və tədbirlər
keçirmək və sairdir.
Xatırladaq ki, fondun prezidenti Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova -Verdiyevadır. Fondun
prezidenti qəzetimizə müsahibəsində Xan
Şuşinski irsinin
təbliği, eləcə də
böyük ustadla
bağlı maraqlı faktlar
danışdı. Öncə
Bəyimxanım Cavanşirova -Verdiyevanı elə öz
dilindən
tanıyaq:
-Mən 1958-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan ədəbiyyata çox böyük marağım olub. Bu da böyüyüb boya-başa çatdığım ailədən irəli gəlib. Evimizdə böyük kitabxana var idi. Orada kimlərin kitabları yox idi? Günlərlə mütaliə etməkdən doymazdım. Bu azmış kimi bizim evdən bir az aşağıdakı küçədə kitabxana var idi. Atamdan xahiş edirdim ki, mənimlə gedərək oradan bizim evdə olmayan kitabları alıb gətirək ki, o kitabları da mütaliə edim.
Bakıdakı 190 saylı orta
məktəbdə təhsil
almışam. Sonralar ali təhsil də
almışam. Ailəliyəm. Həyat yoldaşım Azərbaycanın Əməkdar
artisti, Gəncə
Filarmoniyasının bədii-rəhbəri və Gəncə şəhəri "Göy-göl" ansamblının
yaradıcısı və bədii
rəhbəri Fikrət
Verdiyevdir. 3 övladım, 3 nəvəm var.
- Sizin özünüzün musiqiyə marağınız necədir?
- Musiqiyə
hədsiz
marağım var idi. O da təbii idi. Təvazökarlıqdan uzaq da olsa özümü çox xoşbəxt bir insan sanıram
ki, əvvəla, əzəli-əbədi Qarabağ
torpaqlarının təməlini qoymuş
böyük Cavanşirlər sülaləsinin
layiqli övladı, dahi muğam ustadı Xan Şuşinskinin övladıyam.
Həm də
ona görə xoşbəxtəm ki, gözümü açıb dünyanı
dərk
etdiyim gündən dahi şəxsiyyətlərin əhatəsində böyümüşəm.
İlk dəfə 5 yaşımda
atam ad günümdə mənə hədiyyə olaraq çox dəyərli bir pianino almışdı. Mən pianinoda ilk dəfə Qəmbər Hüseynlinin
"Cücələrim" mahnısını ifa edəndə evdəkilər heyrətə gəldilər ki, bu körpə uşaq nə vaxt çalmağı öyrənib. Etiraf etməliyəm ki, təvazökarlıqdan
uzaq da olsa
gözəl
səsim
də
var idi. Atam mənə bir çox heç yerdə eşidilməyən qədim türk mahnılarını
öyrətmişdi
məni
tez-tez oxudar və
çox kövrələrdi. Mən də
çox çalışardım
ki, ifa etdiyim
hər
bir mahnını onun ürəyincə
oxuyum. Məni qucaqlar, alnımdan
öpərdi.
Atam mənə də mahnı bəstələmişdi. 1959-cu ildə Moskvada dekadada olarkən
mən
atamı televizorda görmüşdüm və əlimi televizorun ekranına qoyaraq demişdim: "Bax, dədə". Atama xəbər vermişdilər
ki, qızının dili açılıb.
O da mənə
"Ay, qəşəng ceyran" mahnısını
həsr
etmişdi.
-Yəqin ki, evinizin qonaqları daha çox tanınmış incəsənət
adamları olub...
-Kimləri
görməmişəm evimizdə-
Fikrət
Əmirov, Əfrasiyab, Şəmsi Bədəlbəylilər, Həqiqət Rzayeva, Seyid Şuşinski, Yavər, Münəvvər Kələntərlilər,
Əşrəf Abbasov, Süleyman Ələsgərov, Sara
Qədimova,
Şövkət
Ələkbərova, Bəhram
Mənsurov,
xalçaçı rəssam Lətif
Kərimov,
Qurban Pirimov, Hacı Məmmədov
və
s. Azərbaycanın
dahi şəxsiyyətlərinin ruhları şad olsun.
Əlbəttə ki, anam Suğra
xanım çox qonaqpərvər bir xanım idi. Hər bayramda, ad günlərində gözəl
süfrə
açar, gözəl xörəklər hazırlayardı. İnanın, elə
gün yox idi ki, bizim
evimizdən
musiqi səsi əskik olmasın. Dahi maestro Niyazi, bəstəkar Tofiq Quliyev, böyük alimlərimiz,
aktyorlarımız, şairlərimiz atamın xətrini çox
istəyirdilər. Şair Məmməd
Rahim, Cəfər
Xəndan,
böyük dramaturqumuz
İlyas Əfəndiyev, yazıçı
Süleyman Rəhimov, şairlərimizdən Süleyman Rüstəm, Əliağa Vahid. Bu şəxsiyyətlərin hər birinin atamın səsinə, şəxsiyyətinə böyük hörmətləri və rəğbətləri var idi.
-Xan Şuşinski Fondunun əsas məqsəd və məramı
nədir?
-Xan Şuşinski sənəti və
şəxsiyyəti hər
zaman dövlətimiz tərəfindən yüksək
dəyərləndirilib. 2001-ci ildə
ulu öndərimiz Heydər
Əliyevin sərəncamı ilə
atam Xan Şuşinskinin anadan olmasının 100 illik yubiley tədbirləri respublikamızın demək olar ki, hər bir rayonunda çox
böyük təntənə
ilə
qeyd edildi. Yubileyi ərəfəsində
atamın bir zamanlar yaşadığı
evinin qarşısında
barelyefi qoyuldu. Azərbaycan Televiziyası tərəfindən
"Havalansın Xanın
səsi"adlı
sənədli televiziya filmi çəkildi.
Yazıçı -publisist Mustafa Çəmənli tərəfindən
ustad sənətkarların
xatirələri ilə
dolu, son dərəcə nəfis
"Muğam dünyasının
Xanı" adlı kitab nəşr
edildi.
Bəstəkar Cavanşir
Quliyev tərəfindən Xan Şuşinskinin səsi
yazılan vallar təmizlənərək
diskə
köçürüldü. Bütün bunlar
dövlətimizin
sənətə-sənətkara verdiyi son dərəcə böyük qiymətin bariz nümunəsidir. Atam
hər
zaman deyərdi: “Bütün
ömrüm boyu çox 1-ci katiblər, dövlət
başçıları gördüm.
Ancaq Heydər
Əliyev qədər sənətə,
sənətkara qiymət
verən
2-ci bir dövlət başçısı görmədim”.
2011-ci ildə
yenə
də
dövlətimizin
diqqət
və
qayğısı, Mədəniyyət
və
Turizm Nazirliyinin təşkilatçılığı
və
dəstəyi, Şuşa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
Xan Şuşinskinin anadan olmasının 110 illik yubiley tədbiri keçirildi. Yenə də
Azərbaycan
Televiziyası tərəfindən
“Xan Şuşinski” adlı televiziya filmi çəkildi. Yubiley ərəfəsində mən
və
bizim ailə üzvlərimiz Xan Şuşinski Fondunu təsis
etdik. Fond 2011-ci il 29 noyabr tarixində
dövlət
qeydiyyatından keçdi
və
rəsmi
fəaliyyəti üçün şəhadətnamə aldı.
Xan Şuşinski əzəli-əbədi Qarabağ torpaqlarının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin, şəcərəsinin layiqli davamçısı, özü əslən Xan nəslindən olmasına baxmayaraq, Sovet dönəmində bəy, ağa, xan adlarına qadağa qoyulduğu bir dövrdə böyük ustadları tərəfindən ona verilən Xan adını həm səsi, həm şəxsiyyəti, həm də sənəti ilə doğruldub. O, Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan və hələ sağlığında ikən öz adını Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə həkk edərək minlərlə dinləyicisinin qəlbində böyük sevgi, hörmət və ehtiram qazanmış ilahi səsə, yüksək səhnə mədəniyyətinə malik neçə-neçə muğamlara əlavələr edərək onları daha da mükəmməlləşdirmiş bir ustaddır. Fondun məqsəd və məramı hal-hazırda xalq mahnısı adı altında səslənən 100-ə yaxın mahnının, (hətta bəzilərinin sözlərinin də bəstəçisi) özündən sonra böyük XAN Muğam məktəbi qoymuş bir pedaqoqun zəngin irsinin öyrənilərək gənc nəsillərə çatdırılmasından, gənc istedadların gələcəkdə bir sənətkar kimi yetişməsinə kömək edilməsindən, xalqımızın mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi yad əllərdən, yad nəfəslərdən qoruyaraq gələcək nəsillərə çatdırılmasından, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə qulluq etməkdən ibarətdir.
- Milli-mənəvi
dəyərlərin
qorunması və
yaşadılması ölkənin ümumi
inkişafının təmin olunması
baxımdan nə dərəcədə
əhəmiyyətlidir?
-Ulu öndərimiz Heydər Əliyev demişdi: "Hər xalq öz milli-mənəvi dəyərləri və öz mədəniyyəti, tarixi ilə tanınır". Bu, həqiqətən də belədir. Biz istər yeraltı, istər yerüstü sərvətlərimiz, gözəl əsrarəngiz təbiətimiz, milli-mənəvi dəyərlərimizlə çox zəngin bir xalqıq. Bilirsinizmi, böyüyüb boya-başa çatdığım ailədə valideynlərimiz bizim hər birimizi milli ruhda tərbiyə ediblər. Məhz ondandır ki, şəxsən mən və bütün ailə üzvlərimiz vətənimizin, xalqımızın, dövlətimizin, xüsusən də Prezidentimiz İlham Əliyevin hər bir parlaq uğuruna ürəkdən sevinərək ondan qürurlanırıq. Mən elə bilirəm ki, bu, hər bir Azərbaycan vətəndaşını, vətəninin, dövlətinin inkişafını görən hər kəsi sevindirməlidir və hər birimiz cənab Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək müstəqil Azərbaycan respublikasının rifahı naminə əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün də ilk növbədə gələcək nəsli milli ruhda tərbiyələndirməli, təhsil sistemini daha da gücləndirməli, xalqımızın milli adət və ənənələrini yaşatmalı və qorumalıyıq.
Bu bizim bir vətəndaşlıq borcumuzdur.
Hami bilir ki, mənfur düşmənlərimiz bizim torpaqlarımızı zəbt etdikləri kimi milli mətbəximizə, milli musiqi alətlərimizə, milli rəqslərimizə də öz əllərini uzadıblar. Bu səbəbdən 2004-cü ildə mən atam Xan Şuşinskinin müəllifi olduğu bir sıra mahnıları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində təsdiq etdirərək şəhadətnamə almağı özümə borc bildim. Çünki gələcək nəsillərimiz də bilməlidir ki, bu mahnıların müəllifi kimdir. Bu mənim bir övlad kimi borcum idi. Çünki bu mahnıları hər bir müəllif sevə-sevə bəstələyib və imkan verilməməlidir ki, hər bir yaradıcı insanın müəllif hüququ pozulsun.
Fuad Hüseynzadə
Palitra.-2014.-22
yanvar.-S.13.