“Arzu edirəm ki,
kamanımız da UNESCO siyahısına
salınsın”
“Əgər bu gün səhnədə beş ən yaxşı kamança ifaçısı varsa,
onlardan dördü mənim tələbəmdir”
Müsahibimiz Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Respublikanın Əməkdar artisti, dosent Mirnazim Əsədullayevdir.
-Siz,
bu gün muğam sənətində
kamança ustalarının sənətini
necə
dəyərləndirirsiniz?
- Bugünkü kamança ustaları haqqında onu deyə
bilərəm ki,
orta nəslin
nümayəndələri çox
azdır. İndi yeni
nəsil gəlir və çox
sürətlə inkişaf
edirlər. Artıq onlar yetişən
sənətkarlardır. Çünki onlar
kamançanı dünyada təmsil edirlər. Onlar
həm gəncdirlər, həm də sənətləri böyükdür.
Bəzən məndən soruşurlar ki, tələbləriniz sizin yolunuzu gedirlər?
Cavabım isə bu olur ki,
tələbələrimin
demək olar ki, çoxu
öndədir. Mən onlarla
fəxr edirəm. Əgər bu
gün səhnədə beş ən yaxşı kamança ifaçısı varsa,
onlardan dördü mənim tələbələrimdir. Onlar da öz
sənəti, əxlaqı, savadı
ilə qeyd olunan sənətkarlardır. Onlardan
birinin adını fəxrlə
deyə bilərəm. O, mənim
həm tələbəm,
həm də övladım Toğrul Əsədullayevdir.
O, keçirilən muğam müsabiqələrində öz
sənətini uğurla
nümayiş etdirib.
Mən hərdən oğluma
deyirəm ki, mənim
qırx ildə əldə etdiklərimi,
sən beş il ərzində əldə
etmisən. Yəni bizim
Toğrul kimi gənclərimiz çoxdur.
Əməkdar artist Mirnazim Əsədullayev:
“Mən
hərdən
oğluma deyirəm ki, mənim qırx ildə
əldə
etdiklərimi,
sən
beş il ərzində
əldə
etmisən”
Demək olar ki, kamança sənəti bu gün gənclərin əlindədir. Dövlətimizin və Heydər Əliyev Fondunun muğamımıza göstərdiyi qayğının nəticəsində bizim gənclərimiz seçilir və inkişaf edir.
- Keçən
il keçirilən muğam müsabiqəsi
haqqında nə deyə
bilərsiniz?
Sizcə,
müsabiqədə üzə
çıxan yeni səslər
gələcəkdə
incəsənətimizə
hansı uğurları gətirəcək?
- Keçən il keçirilən muğam müsabiqəsində iyirmi bir nəfər istedadlı gənc iştirak etdi. Bununla da onlar inkişaf etdilər, tanındılar. Amma ön cərgədə bizim tarımız və kamançamız idi. Mən bunu qeyd etməyə bilmərəm. Çünki mən instrumentalistəm. Təkcə bu müsabiqədə deyil, bundan öncəki müsabiqələrdə də həm xanəndələr, həm də tar, kamança, balaban, qanun, ud, nağara alətləri bizim üçün bir tapıntı oldu. Xanəndələrimizə gəldikdə isə, mən istəyirəm ki, onlar daim inkişaf etsinlər. Arzum odur ki, onlar şan-şöhrət əsiri olmasınlar. Ona görə mən istəyirəm ki, bizim cavan xanəndələrimiz ədəbiyyata fikir versinlər. Əgər onlar oxuduqları qəzəllərin mənalarını bilsələr, onların ifaları da gözəl alınacaq.
Keçmişdə bizim sənətkarlarımız çətinliklə efirə çıxırdılar. Amma bu gün gənclər üçün böyük bir meydan var. Mən bu gün xanəndələrin doxsan faizini tənbəl görürəm. Onu da qeyd etmək istəyirəm ki, instrumentalist xanəndədən çox bilir. Çünki tar və kamança ifaçılarının yetişməsi üçün on beş - iyirmi il vaxt lazımdır. Ona görə gənc xanəndələrə tövsiyəm budur ki, bu sənəti sona qədər davam etdirmək istəyirlərsə, gərək klassik ədəbiyyatı və onların mənalarını gözəl bilsinlər.
-Kamançanın
səsi
ilə
muğamın vəhdətini
nədə
görürsünüz?
- Deyərdim ki, dünyamız həmişə enişli-yoxuşlu olub. Mən istəməzdim ki, kamanımız kimdənsə incisin. Mən istəyirəm ki, kamanlı dünyamız həmişə var olsun. Kamanımız yaşasın. Arzu edirəm ki, kamanımızın adı UNESCO-nun siyahısına salınsın. Mənə sual verirdilər ki, sənin üçün kaman nədir? Kaman mənim üçün ilahi bir səsdir. Onu dinləyəndə insan rahatlıq tapır. Kədərli insan xəyala dalıb, ümidlərlə yaşamaq istəyir. Ürəyimdə demək istədiyim sözlər çoxdur. Sadəcə onu dilə gətirmək bir az çətindir. Amma bu gün kamanımız inkişafdadır. O, çox layiqli əllərdədir. Onlar bizim kamançamızı yaşatmaq üçün gecə-gündüz çalışırlar, buna ömür sərf edirlər. Buna görə mən onlara minnətdaram.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-22 yanvar.-S.12.