Ədəbiyyat İnstitutunun
tanıtma kitabı çap olunub
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) vitse-prezidenti,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin
deputatı, akademik İsa Həbibbəylinin “Nizami adına Ədəbiyyat İnstitutu” adlı tanıtma kitabı çap olunub. Ədəbiyyat İnstitutunun mətbuat
xidmətinin
rəhbəri Ağahüseyn Şükürovun
verdiyi məlumata görə, institutun bütün tarixi mərhələlərini
əks etdirən
fotoşəkillərlə zəngin nəşr
Azərbaycan,
rus və ingilis dillərində işıq üzü görüb.
Tarixi oçerkdə Ədəbiyyat İnstitutunun 80 ildə keçdiyi şərəfli yola nəzər salınır, elmi-tədqiqat institutunun qurucuları, Azərbaycan
ədəbiyyatşünaslığının tarixində misilsiz xidmətlər
göstərmiş
görkəmli
ziyalıların fəaliyyəti işıqlandırılır. Nadir şəkillərlə zəngin olan “Ədəbiyyat İnstitutunun
qurucuları”, “Ədəbi-elmi mühit”,
“Müstəqillik
illərində”, “Beynəlxalq
elmi əlaqələr” adlı dörd bölməyə ayrılmış
nəşr
şəkilaltı
izahlarla bərabər
verilmişdir ki, bu da elmi-tədqiqat müəssisəsinin fəaliyyət göstərdiyi
bütün dövrləri əhatə edir.
Nigar
Palitra.-2014.-22 yanvar.-S.10.