Ya qismət”

Döyüş meydanıdı deyirlər həyat,

Hamı döyüşdədi, meydan kimindi?

Qılınc vuran da var, qalxan tutan da,

Qılınclar kimindi, qalxan kimidi?

(İsa Cavadoğlu)

Elmdə həmişə novatorluqla çıxış edən elm əhli həm elmin özündə, həm də insanların zəkasında qiyamətə qədər yaşayacaq. İ. Nyuton, A. Eynşteyn və bunlar kimi insanlar bəşər durduqca anılacaqlar. Bütün cahanın yaradıcısı uca Allah-Təala da həmişə elm adamına yüksək qiymət vermişdir. Müqəddəs dini kitabımız olan Qurani-Kərimdə də uca Rəbbimiz insaları yaradarkən öz ruhundan bəndələrinə(yəni insanlara) üfürdüyünü vurğulayır. Deməli, Allah öz ruhundan öz bəndələrinə üfürübsə insanlar arasından yüksək elm addamları olacağı məlumdur. Çünki uca yaradanın ruhunda elm mövcudur. İslam peyğəmbəri Məhəmməd peyğəmbər(s.a.s) öz hədislərində vurğulamışdır :Alimin qələminin mürəkkəbi şəhidin qanına bərabərdir”. Başqa bir hədisdə aləmlərin sonuncu peyğəmbəri deyib: “Elm Çində belə olsa arxasınca gedin”. Peyğəmbərimizin hədislərindən də məlum olur ki, qələmlə məşğul olub kitab oxuyan şəxslər iman əhlidirlər.

İnsanları düşündürən suallardan biri də budur: “Hansı elm digərlərinə nisbətən birinci yaranıb?”. Bu sualın cavabı öz asanlığı ilə seçilir, belə ki, hansı elm sözlə bağlıdırsa o elm birinci formalaşmışdır. Deməli, ədəbiyyat elmi çox qədim tarixə malikdir. Ədəbiyyatın qolu olan poeziya sözlə bağlı olan bir sənətdir. Qədim şərgin dahiləri olan Nizami, Fizuli, Firdovsi və s. kimi poeziya aşiqləri və ustadları ədəbiyyata atıldıqdan sonra ədəbiyyat elmində yeni bir sıçrayış, yəni poeziyaşünaslıq formalaşdı. Poeziya, insanları mənəvi cəhətdən sağlamlaşdıran bir dərmandır. Bu, elə bir dərmandır ki, insan poeziyanı sevdikcə bu dərmanın keyfiyyətini görür.

Elmi eksperimentdən belə bir nəticə çıxarmaq olar ki, ərəb, fars və türk dilləri bədii, xüsusi ilə də poeziya dilidir. Bu dillərdə yazıb-yaratmış insanlar dünya poeziyasına elə töhfələr vermişlər ki, bəşər durduqca həmin töhfələr də duracaq. Bu fikirlərlə razılaşmayan insanların mülahizələrinin hamısı, mənim fikrimcə absurddur. Elm həmişə həqqiqəti sevir və elmdə heç bir vaxt manipulyasiya olmaz. Qədim Şərqin gözəl diyarlarından olan Azərbaycan dünya poeziya tarixinə Nizami, Füzuli, Nəsimi, Dədə Ələskər, Abbas Tufalqanlı, Xəstə Qasım və s. kimi söz ustadları bəetmişdir. Bu dahilərin əsərləri dünya arbitrları tərəfindən yüksək rəğbətlə qiymətləndirilir.

Nizami, Füzuli və s. kimi dahilərdən sonra söz yarışına daxil olmaq və orada qalmaq həmin dahilərdən sonra çətin bir prosesə çevrilmişdir. Ancaq yazdıqları poeziya inciləri ilə könüllər fəth edən söz ustadları hələ də yaşamaqdadır. Odlar ölkəsinin gözəl diyarlarından olan Tovuz mahalının Əyyublu kəndində belə bir söz ustadı qalmaqdadır. İsa Cavadoğlu adı ilə yazıb-yaradan ustad, könüllər mülkündə yuva qurmuşdur. Ustadın yazdığı şeirlər və poeziya inciləri xalq tərəfindən və yeni yetişən nəsil tərəfindən sevilməkdədir.

İsa Cavadoğlu 1931-ci ilin mayın 12-də Tovuz rayonun Əyyublu kəndində anadan olub. 1954-cü ildə Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib. Keçən əsrin 60-cı illərində dövrü mətbuatda, müxtəlif toplularda şeirləri dərc olunmuş, bəzi nümunələr dərs vəsaitlərinə, dərs kitablarına daxil edilib. “Mən ulu tarixəm”, “Ya qismət”, “Ömür yolları”, “Daha payızdı”, “Düşüncələr”, “Məktəbə qayıdan oğlan”, “Ata yurdum”, “Tənha qoca” adlı kitabların müəlifidir. Ustad bu kitablarla qəlbləri fəth edib.

Ustadın “Ya qismət” adlı şeirlər toplusuna insanlar daha çox aludə olmuşlar. Qələmə aldığı şeirlər Gəncə-Qazax camaatı və tamadalarının dillərində əzbərdir. O toy və ya xeyir yeri olmasın ki, onun şeiri səslənməsin. Ustad aşıq olan Azaflı Mikail İsa Cavadoğlunusözün peyğəmbəri” adlandırıb. İsa Cavadoğlunun yaradıcılığı Nizami, Füzuli kimi dahilərin yaradıcılığı içərisində assimilyasiya məruz qalmamışdır. Belə desək İsa Cavadoğlu sözdə ambisiyadır. Bu elə bir ambisiyadır ki, könül fəth edib, qəlblərin dili ilə danışıb. İsa Cavadoğlu həm kəndimizin, həm rayonumuzun unikal söz ustalarındandır. Ustadın yaradıcılığı tendensiya üzərində qurulmuşdur. Cavadoğlunun yaradıcılığı Azərbaycan Yazıçılar Birliyinin ciddi marağına səbəb olmuş və bu birliyin üzvünə çevrilmişdir.

İndi sizlərə İsa Cavadoğlunun yaradıcılıq incilərindən bəzilərini təqdim edirik:

 

Qaldı

Ay da getdi, gün də getdi,

Aylı, Günlü səma qaldı.

Neçə yurdlar təzələndi,

Neçələri səmə qaldı.

 

Nə yaxşıya, nə yamana

Nə Firona, nə Loğmana,

Nə Adəmə, Süleymana.

Nə Cəmşidi-Cəmə-qaldı.

 

Nəşə getdi, ələm gəldi,

Məcnun getdi, Kərəm gəldi,

Kərəm getdi, Dilqəm gəldi

Sızıldamaq simə qaldı.

 

Lələ gəldi kümə tikdi.

Dərdə tikdi, qəmə tikdi,

Heç bilmədi kimə tikdi

Lələ köçdü, Kümə qaldı.

 

Bu qəribə oyun nədir?

İsa baxıb heyrət edir.

Gedən gəlmir, gələn gedir,

Bəs bu dünya kimə qaldı?...

 

Oldum

 

Ulu dünya, ulu dünya.

Gəlib səndən keçən oldum.

Sərin-sərin çeşmələrdən,

Şirin-şirin ən oldum.

 

Çələng hördüm çiçəklərdən,

Söz topladım ürəklərdən,

Ceyrangözlü mələklərdən

Birin sevib, seçən oldum.

 

Gələcəyin marağilə,

Səhərlərin sorağilə.

Zaman adlı orağ ilə

Günlərimi biçən oldum.

 

Uçub getdi şirin çağlar,

Kitabını İsa bağlar,

Bu ünvanı kim soraqlar?

Dəstələnib köçən oldum.

 

İsa Cavadoğlu ilə Azaflı Mikayılın məktublaşma şeirlərindənYa qismətşeiri:

 

Ya qismət (İsa Cavadoğlu)

 

Min arzu eylərəm, min cürə xəyal,

Birinə çatmayam, çatam, ya qismət.

Birinci addımı salamat atdım,

İkinci addımı atam, ya qismət.

 

Sehrkar dünyanın toyuna düşdüm,

Aldandım üzünə, boyuna düşdüm.

Hiyləgər zamanla oyuna düşdüm,

Ulduzam ya qismət, udam ya qismət.

 

İsa da sirlərin axtarışında,

Min illik qar yatı,r zirvə başında.

Təzə bağ salıram əlli yaşında,

Nübarın dadmayam, dadam ya qismət!

(1975)

 

Qismət (Azaflı Mikayıl)

İnsana taleyi yazı yazanda,

Ömürlə verilir dünyada qismət.

Kiminin yığvalı toxunur daşa,

Kimini yetirir murada qismət.

 

Dünyanın tacını, qoyan tərs qoyub,

Haqqın qabağında, qala Qars qoyub.

Zaman çoxlarını udub, mars qoyub,

Kor yapalaq yeyir, yuvada qismət.

 

Azaflı, bağından inci dərsinlər,

Ölən vaxtı sənə rəhmət desinlər.

Əkiblər yemişik, əkək yesinlər,

Atanın dövləti övlada qismət.

 

Fikirlərimi hörmətli millət vəkilimiz Qənirə xanımın İsa CavadoğlununYa qismətkitabına yazdığı ön sözündəki dəyərli fikirləri ilə yekunlaşdırıram:

İsa İsayevin - İsa Cavadoğlunun haqqında yazıya başlarkən ilk növbədə onun hansı keyfiyyətinə, fəaliyyətinin hansı yönünə istinad edəcəyimi bir anlıq kəsdirə, əyyənləşdirə bilmədim, sözün açığı.-“Niyə?” deyə soruşsanız, deyim, - çünki bu fədakar əllimin, tanımış şairin, pirani, nurani el ağsaqqalının hansı yönünə birincilik vermək və bu zaman hansı yönününsə ikinci planda qalması baxımından tərəddüd içindəydim...

Mən, İsa əllimin Tovuzda böyüyüb boya-başa çatmış istedadlı şairlərimiz Murad Köhnəqala, Əkbər Qoşalı, Elxan Zal, Akif Əhmədgil, Bəsti Əlibəyli, Bağman Baba, Ehtiram və başqalarına necə məhəbbətlə yanaşdığını, onların hər uğuruna sevindiyinə, yeri gəldikcə öz məsləhətlərini verdiyinə böyük məmnunluqla şahid olmuşam. Sizə deyim, bu mənim diqqətimi, İsa əllimin ötən yüzilliyin 70-ci illərindənVarislərdeyə səslənişinin, axtarışının təcallası, şəkillənməsi kimi cəlb etdi.”

Mahmud Sadıqov

ADNA-nın III kurs

tələbəsi, ATGTİ-nın Qarabağ Mərkəzinin sədr müavini

Palitra.-2014.-23 yanvar.-S.15.