Altmış yaşın
epiqrafı
Bu gün Azərbaycan oxucusuna yaxşı tanış olan Asim Yadigar imzası otuz ildən də çox bir yaradıcılıq yolu keçib. Bu illər ərzində araya-ərsəyə gələn səkkiz şeir kitabında şairin onlarla lirik-epik poeması, mənzum pyesləri, sayını itirdiyimiz şeirləri toplanıb. Bu bədii nümunələrdəki hər bir misrada ötüb keçən anlar əbədiləşib, bir şair ömrünün titrək, həzin, kövrək duyğuları obrazlara bürünərək qərarlaşıb, bəlkə də kimlərinsə əhəmiyyət vermədiyi yarpaq pıçıltısı, günəş həniri, torpaq sevgisi yeni rəng və çalarlarda oxucuya təqdim olunub.
Asim Yadigar poeziyası təbiidir və hətta o qədər təbiidir ki, bu şeirlərdəki hiss və duyğuların reallığına oxucuda qətiyyən şübhə yeri qalmır. Bu şeirlər inandırıcı və təbii bir axarla oxucunu öz ilıq sularında yuyub arıtlaya bilir. Hər hansı bir mövzunu məqsəd və ideyaya çevirə bilir. Bu ideya şeirin leytmotivi kimi oxucunu tam mənada öz əsarəti altına ala bilir. Poetik hisslərin istila etdiyi oxucu ürəyi şair duyğularının hakimiyyətini qeyd-şərtsiz qəbul edir. Rəvan təbə, yüksək poetik duyuma malik şair üçün mövzu qıtlığı yoxdur. Məqbul sayılacaq dərəcədə söz ehtiyatına malik olan A.Yadigar hər hansı mövzu dairəsində “At oynadıb, qılınc çala bilir”. Tariximizin dünəni də, bu günümüzün reallığı da onun qələmində poetik anlam qazana bilir. Ana yurdun hər uğuru, qazandığı hər zəfər şairi sevindirir, köksünü qabardır, könlünü qürurlandırır. Əllərini sinəsinə qoyub bir qatar söz deyir “Azərbaycan dünyaya günəş kimi doğacaq” şeirində:
Nə baxırsan bu yurda, qərib kimi,
yad kimi,
Sev,
övladım, bu yurdu,
sən də bir övlad kimi.
İki əlin çiyninə, ensin cüt qanad kimi,
Bu
sözü mən deyirəm,
sən də eşit, sən də bax,
“Azərbaycan dünyaya günəş
kimi
doğacaq.”
Azərbaycan bayrağı haqqında kifayət qədər şeir yazılıb, bu
şeirlər içərisində uğurlusu da var, yüksək istedadla yazılanları
da. Asim Yadigarda isə
bir qədər fərqli yanaşma var.
Onun şeirində nə bayrağın
üç rəngindən, nə də nə
vaxt, nə zaman,
hansı şəraitdə ikinci dəfə qəbul
edilməsindən, bir daha enməyəcəyindən danışılır.
Burada məqsəd
bayrağımızın Beynəlxalq
aləmdə tutduğu
mövqeyindən,
xarici ölkələrin yüksək məclislərindəki uğurlarından
və o
bayrağı qaldırıb aparan böyük simadan söhbət
açılır.
Bir millətin adından danışır gur səsiylə.
Danışır
məmləkətə,millətə rəhbər ki mi. Danışır Vətənini,torpağını
qoruyan, Həm Ali Baş komandan, həm də bir əsgər kimi. Bəs görən şairi belə fərqli yanaşmaya sövq edən nədir? Dünya Azərbaycanlılarının I
Qurultayında Heydər Əliyevin nitqini dinləyən şair ehtisaza gəlir, rəhbərin simasında bir millətin böyüklüyünü, əzəmətini, yenilməzliyini ifadə edir:
Salonları
titrədir, yenə də alqış səsi,
Bu alqış məmləkətə, bu alqış rəhbərədir.
Milləti millət kimi, dünyada tanıdan,
Xalqın
xilaskarına-möhtərəm
Heydərədir.
Asim Yadigar yaradıcılığında poetizm
sözün realizminə xidmət edir, yəni reallıq hansı məqamda varsa, elə o məqamda da sözün poetik
yükü var. Onun şeirlərində yüksüz misra, yavan söz yoxdur. Cəsarət və qürur hissi
, ali insan sevgisi, torpaq məhəbbəti, yurd istəyi var ən çox onun şeirlərində “Tarix”, “Bir nağıl
de..”tarixi düşüncələrə köklənirsə, “Səni döyüşə göndərirəm”, “Ürək aclığı”, “Əlimdədir hələ qələm”sözün istisinə sığınır,
“Yandırır”, “Qara bayraqlar”, “Naməlum əsgər”, “Sahibsiz ev, “Qara
kağız” Vətənin yaralarına tutuşub yanırsa, “Vətən sevgisi”, “Azərbaycanım mənim”, “Batabat dağları, “Əlincə qalası”möhtəşəm, yenilməz bir məmləkətdən danışır.Harda Azərbaycan adı keçirsə, orda şair duyğuları
sarı simə köklənir, harda Böyük Vətən varsa o yerdə duyğular pərvanə kimi bir eşqin
başına dolanır. Ana yurdun hər daş
parçası bir tarixdir, hər
qayası bir salnamədir.
Lakin bu tarix bəzən
yanlışlıqlara, qərəzkarlıqlara tuş
olur, tarix yazanlar tarixi bəzən öz bildiklikləri kimi yazır,
tarixi bilərəkdən təhrif
edirlər.
Bütün bu haqsızlıqlar şair düşüncələrini yaxıb qovurur:
Minillik
tarixlər qələmə möhtac,
Tarix də, qələmin quludur demək.
Kimin
güclüdürsə, qələm tutanı,
O
xalqın tarixi uludur demək.
Bizim iradəmizdən kənarda baş verənlər şairin varlığında bir təbəddülat yaradır, onu
düşünməyə və düşündürməyə sövq edir. Adi məişət
qayğıları bəzən vaxt alır,
hesablamadığımız problemlər
haqq-hesab çəkir.
Bütün bunlar yaradanın ağlına gəlməyənlərdir ki, adi bəndənin ağlına gəlir. Bu da var ki,uca Yaradan öz bəndəsinin
böyüklüyünü bir yol tapıb adi bəndələrinə anlada bilir. Bu,məhz poeziya
dilidir. Asim Yadigar poeziyanın dili ilə elə məqamlar yaradır ki, bu məqamlar oxucunu təəccübləndirir, heyrətləndirir və
ən çox ona məlum olmayan yeni xoş
ovqatlar yaradır. Həqiqət budur ki, hər şair belə ovqat yaradıb
oxucunu yönləndirə bilmir. O yerdə ki, şair özünü
yaşamır, könlünün od-alovu ilə düşüncələrini isidə bilmir, o yerdə nəyisə sadalamaq, təsvir etmək, uydurub izah etmək əksər hallarda uğursuz
alınır. Asim Yadigar poeziyasında
könülsüz deyilmiş, ürəksiz
yazılmış bir misraya belə
rast gəlmək mümkün deyil.
“ Bir olaq deyirik” şeirindəki təəssüf,qınaq,bəzi məqamlarda qəzəb hissi yurddaşlarına
yönəlir, bir ola bilməməyimiz şair qəlbini incidir, ağrıdır, onu sadəcə təəsüfləndirmir, həm də içdən ağladır:
Əyrilər əyrini, başa çəkirlər,
Kövrək arzuları daşa çəkirlər,
Bahar
ürəyimi qışa çəkirlər,
Sümüyə dirənib bıçaqlar artıq,
Bir olaq deyirik, bir olammırıq.
“Hücüm
əmri ver”,
“Döyüş havaları çaldırmalıyıq”, “Səngərim mənim”, “Azərbaycan əsgəri” şeirləri vətəndaş şairin hər bir ölkə vətəndaşına
ünvanladığı müraciətin bədii portreti, poetik fikrin
cızdığı bir tablodur:
Hər qarış
torpaqçün can gərəkdirsə,
Ürək gərəkdirsə,qan gərəkdirsə,
Şərəfli bir ömür, an gərəkdirsə,
Döyüş
havaları çaldırmalıyıq,
Milləti ayağa qaldırmalıyıq.
Azərbaycan əsgəri haqqında şeirlər yazılıb, mahnılar bəstələnib, amma Asim Yadigarın
yazdığı kimi ürəkli bir şeirə çox az
rast gəlmişəm. Poetik tutumu, duyğuların səmimiyyəti ilə cilalanan bu şeirlər döyüş
öncəsi hər bir kəsi döyüşə ruhlandıracaq bir
pafosa malikdir. “Səngərim mənim”şeirindəki şair səmimiyyəti inandırıcı və rəğbətdoğurucudur:
Nə qədər ki, bu torpaq yaralıdır,
yaralı,
Nə qədər ki, qəm yeyir
Qarabağın
maralı,
Bir an qala bilmərəm, inan,
səndən aralı,
Sən ey, evim-eşiyim,
doğma
səngərim mənim.
Bəzən kövrələn anları da olur odlu-alovlu şairin. Belə məqamlarda sözünü
pıçıltı ilə Arazın qulağına,Təbrizin
gözlərinə,Ərk qalasının
min illik ismətinə deyir şair. Qədim
Naxçıvanın daşına, torpağına üz tutur.
“Xəbərin varmı səni sökmək istəyirlər, Ərk
qalası” nidası şairin zəmanədən incikliyidirsə, “Mən
dinə bilmirəm”gileyi Tehranın əzəmətinə çilənən soyuq bir yağmurdur.
“Döyüş bayraqlı şəhərim”də Təbrizin sabahına yeni ümidlər göyərdirsə, “Şairlər kövrək olur”da Naxçıvandan
qürur verici bir dillə danışır:
Naxçıvana
gələndə şairlər kövrək olur,
Bu
kövrəklik, həzinlik
sormayın ki, nədəndir.
Bu yurda
qonaq gələn
şairləri
kövrəldən,
Bütövlüyə can atan,
paralanmış Vətəndir.
Asim Yadigar hər sözü, hər misrası ilə oxucu ürəyinə yol tapa bilən bir şairdir.Yüksək istedadı, dərin səmimiyyəti, rəvan təbi onun
yaradıcılığını şərtləndirən ən ümdə cəhətlərdir. Özünün məhsuldar ədəbi yaradıcılığı, cəmiyyətdə tutduğu mövqe, yeni ədəbi gəncliyə qarşı humanist
münasibəti
bugünkü ədəbi nəslin ən istedadlı
nümayəndələrindən
biri kimi dəyərləndirir onu. Asim
Yadigar yaradıclığında Azərbaycanın
bütün qayğıları, dərdləri, problemləri, olub-olacaqları,
həm də bugünkü
inkişafı var. Ətiylə,
qanıyla vətəndaş şairdir
Asim Yadigar. Ana yurdun bütün qürurverici cəhətləri öz əksini tapıb Asim Yadigar
yaradıcılığında:
Üzük
məhəbbətdə nişanədirsə,
Vətən o üzüyün, qaşı sayılsın.
Vətən məhəbbəti,Vətən sevgisi,
Bütün sevgilərin başı sayılsın.
Asim Yadigar sevgisi təkrarsızdır, kimsənin sevgisinə bənzəmir onun sevgisi. Nə vaxtsa yanımda astadan
pıçıldamışdı bu misraları və uzun illərdi hərdən tək olanda, hərdən könlüm qübarlananda
mən də öz-özümə dodaqaltı
pıçıldayıram dotumun bu misralarını:
“Səni mənim qədər sevən olmadı,
Məni sənin qədər sevən tapılmaz.”
Bir daha
xatırladıram ki, Asimin poeziyası çox səmimi poeziyadır, hətta o qədər səmimidir ki, adamı su kimi yuyub
apara bilir:
Təzəcə açılan gül
qönçəsisən,
Sevgin aşıb-daşır, indi gözündən.
Öyrətmə özünə, mənim deyilsən,
Sonra sənsiz axı, darıxaram mən.
Asim Yadigar bu gün altıdan çox mənzum pyesin, iyirmidən çox poemanın müəllifidir. Şair istər mənzum pyeslərində, istərsə də
poemalarında eyni yaradıcılıq xəttinə
sadiq qalır, “Kədərə heykəl”poemasında
müharibənin
insanlara vurduğu mənəvi və fiziki yaralardan,
“Talesizlər”də körpəlikdən atılan bir insan
taleyindən söhbət
açılır. “Qisas qiyamətə qalmaz”, “Mənə söz verin”, “Oğul
dağı”, “Mən günəşi görürəm”, “İpar Sultan”, “Daş qız” və başqa poemalarında
şairi yalnız insan taleyi, bir də ana yurdun aqibəti
düşündürür. Şeirlərində olduğu kimi poema və pyeslərində də şair bir vətəndaş
kimi çıxış edir. Asim Yadigar
doğrudan-doğruya xalqının şairidir, əsil Xalq şairidir.
Bu gün yaradıcılığının ən qaynar
çağlarını-ömrünün
Altmışıncı Baharını yaşayan şair
yeni-yeni yaradıcılıq üfüqləri kəşf etməkdədir.Mən əziz dostuma bundan sonra da səmərəli yaradıcılıq, bir də can sağlığı
arzu edirəm.
Məmməd Tahir
Şair
Palitra.-2014.-24 yanvar.-S.15.