“Gəncliklə müdriklik arasında hər zaman
ziddiyyət olur”
Xalq artisti Azərpaşa Nemətov: “Biz onları qorumalıyıq ki, 5-10 il sonra meydan
tam onların olsun. Çünki meydanda onlar özlərindən gənclərə bu yoldan dönməməyi öyrədəcəklər”
Müsahibimiz Teatr Xadimləri
İttifaqının sədri, Respublikanın Xalq artisti, professor
Azərpaşa
Nemətovdur:
- Azərpaşa
müəllim, son işlərinizdən
olan yazıçı-dramaturq Əli Əmirlinin “Şah Qacar” əsərini
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında səhnəyə
qoymusunuz. Bu
tamaşanın hazırlanmasında əsas məqsədiniz
nədir?
Şah Qacar
haqqında hansı düşüncədəsiniz?
- Ümumiyyətlə, Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, türk dünyasında Tomris, Babək, Şah Abbas kimi böyük simalar olub. Onlardan biri də Ağa Məhəmməd Şah Qacar idi. Qacar dünya səviyyəli hökmdarlardan biri olub. Mən hesab edirəm ki, bu günə kimi onun həyatına bir hökmdar kimi düzgün qiymət verilməyib. Bu həmişə məni narahat edib. Xüsusən də, Xalq şairi Səməd Vurğunun “Vaqif” əsərində Şah Qacar obrazı şairə qarşı amansız və qəddar bir xarakterə malikdir. Bu əsərdə Şah Qacar şair Molla Pənah Vaqifə bir hökmdar kimi mənfi münasibət bəsləyir. Mən hər zaman istəmişəm ki, Azərbaycan tarixində böyük ada, nüfuza sahib olan Ağa Məhəmməd Şah Qacarın böyük zəkaya, biliyə, savada və eyni zamanda dinə, Allaha bağlı bir insan olduğunu sübut edim. İslama böyük rəğbət bəsləyib və hər zaman boynunda Quran gəzdirib. Döyüşə gedəndə də, çadırda yaşadığı zamanda onun yanında Müqəddəs Quran kitabı olub.
Bu insan hər şeyə olduqca obyektiv yanaşıb. Təbii ki, hökmdardır. Səhvi də olub və bu hökmdarların aqibətidir. Şübhəsiz ki, ona qarşı olan insanlar da hakimiyyət üstündə onunla mübarizə aparıblar. Demək istəyirəm ki, Qacar bir hökmdar kimi keşmə-keşli yollardan keçib. Yəni onun həyat yolu hamar olmayıb, ağır olub.
Hazırladığımız tamaşada
belə bir səhnə var.
Qacar deyir ki, “Mən
dua etmək,
Allaha qovuşmaq, Allahla olmaq istədim. Amma
səhər məni yenə döyüşə
çağırdılar, qan töküldü. Baxmayaraq
ki, o, tarixdə yeganə xacə şah
olub. Lakin onun müdrik bir insan olması
hər
kəsə məlum
idi. Qacar haqqında
tək
Əbdülrəhimbəy Haqverdiyev
yazmayıb. Ondan əvvəl yazanlar d a olub.
Bir az
haşiyədən çıxmaq istəyirəm. Məsələn, tarixdə
Napoleon Bonapart haqqında
belə
söz ifadə edirlər
ki, o dahi insan olub. Buna baxmayaraq, o da
qan töküb, ərazi
zəbt
edib. Bəs, niyə
görə
türk dünyasının
hökmdarı üçün
belə
sözlər
deyilməsin.
Çünki o, doğrudan da
dahi bir insan idi. O dövrün xəritəsinə baxsaq görərik ki, o, ölkəsini
3 dəfə böyüdüb. O, ölkəsinin torpaqlarını zəbt edən
millətlərdən bütün
torpaqları geri alıb.
Mənim hər zaman Ağa Məhəmməd Şah Qacara bir şəxsiyyət kimi hüsntəvəccöhüm
olub. O, bir insan kimi təkcə sərt
olmayıb, həm də
mərd,
igid insan idi. Mənə belə
bir təklif olundu
ki, yazıçı-dramaturq
Əli Əmirlinin Şah Qacar haqqında olan pyesi üzərində çalışım və onu səhnələşdirim. Mən Əli müəllimlə
əsər üzərində uzun bir müddət çalışdım. Eyni zamanda
düşünürdük ki, Qacar rolunu
hansı aktyor daha mükəmməl
yarada bilər. Qərara aldıq ki,
rolu hər zaman birlikdə
tamaşalar hazırladığımız,
Azərbaycanın
görkəmli
aktyoru Xalq artisti Fuad Poladova
təklif
edək.
Ümumi tamaşanın
ansamblına isə burada ana rolu-Ceyran
xanım Xalq artisti Laləzar Mustafayevaya,
Kərim
xan Zənd rolu Əməkdar
artist Məmməd Səfaya,
Cəfərqulu xan rolu Anar
Heybətova,
Axund Hacı Babək
rolu Əməkdar artist Ayşad Məmmədova, Şeyx Cəfər
Tonkabuni rolu Əməkdar
artist Vidadi Həsənova, Sadıq
xan rolu isə
Əməkdar
artist Sabir Məmmədova təklif edildi. Tamaşada Qacarın uşaqlıq
illərinin
roluna “Çiçəyim” teatrından aktyor dəvət olundu. Oğlan rollarını Canəli Canəliyev,
Yılmaz Vəliyev, qız rolunu Samirə
Xanlarova, yeniyetmə oğlanı Adil Dəmirov,
yeniyetmə
qız rolunu Fəridə Əliyeva canlandırdı.
Tamaşanın məşqlərində düşünürdüm ki,
musiqi bölməsində hansı bəstəkara
müraciət
olunacaq. Nəhayət, qərara
aldım ki, görkəmli
bəstəkar Xalq artisti Səyavuş Kərimiyə müraciət
edim. Mən Səyavuş
Kərimiyə tamaşaya musiqi bəstələməyini
təklif
etdim. O, çox
maraqlı bir musiqi təqdim
etdi. Tamaşada səslənən musiqi və
onun yaratdığı
musiqi səsləri
tamaşaya dolğunluq
gətirdi.
Tamaşanın dekorasiyasını və
aktyorların geyimlərini hazırlamaq məsuliyyətini
öz üzərimə götürdüm. Tamaşanın elmi məsləhətçisi görkəmli akademik Çingiz Qacardır. Bu tamaşanın ələ-ərsəyə gəlməsi üçün
bir ildən çox
müddət
vaxt sərf edildi.
Məqsədimiz, tamaşaçıya tarixi həqiqəti göstərmək idi və
nəticədə maraqlı
tamaşa təqdim edə
bildik.
- Sizcə, teatr aləmində yenilik teatr sahəsində yüksəlişlərə səbəb olurmu?
- Azərbaycan
incəsənət sahəsində gənclər arasında rejissorluğa maraq göstərən,
can atan çoxdur. Ona görə
də,
Teatr Xadimləri İttifaqında rejissor laboratoriyası hazırlamışıq.
Rejissor laboratoriyasına gələnlər
içərisində gənclər üstünlük təşkil edir. Lakin buraya 14-15 nəfər gəlirsə, çalışanlar arasında
ancaq 4-5 nəfər
qalır. Çünki gəncliklə müdriklik arasında hər
zaman ziddiyyət olur. Bu ziddiyyət nəticəsində yeniliklər
yarana bilir.
- Həyat yolu, gənclik
və
səhvlər. Gənclik
dövründə
sənət dünyasına addım atmaq necə,
səhvlərə nə dərəcədə
yaxın və yaxud uzaq olursan?
- İnsan həyat yolunda addımladığı
zaman mütləq səhvləri olur. Bu təbii
haldır. Çünki səhvsiz
insan yoxdur. Məsələn, bəzən olur ki, mənim sevdiyim rejissor öz tamaşasında səhv
edib. Ancaq mən
bunu başqa cür edərdim deyirsən. Mən bunu gördüm,
bildim. Çalışacağam ki, məndə belə səhv
olmasın. Ancaq bu belə
deyil. Mən onun etdiyi səhvləri etmirəm.
Öz səhvlərimi edirəm.
Bu, bütün gənclərin həyatında
öz əksini tapır.
Xüsusilə, gənclik
çılğın olur.
Heç
nəyi
sevmir, hər şeyə qarşı çıxan
olur. Ancaq o mütləq
həyatında
səhvlər edəcək. Çünki səhv
etməsən doğrunu görə bilməzsən. Bəzən gənclik
görür, dinləyir, başa düşməyə çalışır.
Bu bütün gəncliyə şamil edilə bilməz. Ancaq biz bugünkü gündə gəncliyi
qorumaq məcburiyyətindəyik. Gəncliyin gələcəkdə
parlaması üçün
çalışmalıyıq. Burada biz müdriklərin
boynuna böyük yük düşür.
Biz onları qorumalıyıq
ki, 5-10 il
sonra meydan tam onların olsun. Çünki meydanda artıq
onlar özlərindən gənclərə bu yoldan dönməməyi
öyrədəcəklər.
Çünki bizim sənət elə
ağır, çətin sənətdir ki, burada addım
atmaq özü bir müşkül məsələdir. Əgər müdriklər gəncliyə kömək
edirsə,
bunun ancaq xeyri ola
bilər.
Hər halda mən şəxsən bu yolu tutmuşam.
Baxmayaraq
ki, mənə
bu yolda kömək
edən
olmayıb. Ona görə də
mənim
səhvim
çox olub. Amma çalışıram ki,
etdiyim səhvlər
təkrar
olmasın. Heç olmasa,
öz səhvləri
yüngül olsun.
- Tədris etdiyiniz
sənətdə tələbələrinizdə xüsusilik sezirsinizmi?
- Gənclərdə yeni fikir, yeni düşüncə tərzi
var. Vaxtilə
dərs
dediyim tələbələr bu sənətdə çox
naşı idilər. Baxmayaraq ki, qəbul
imtahanlarında yüksək balla qəbul
olublar. Lakin indi görürəm ki, 4 il
ərzində ixtisasca necə inkişaf ediblər. Başqalarından seçilirlər.
Mütaliə edir, araşdırırlar.
Bu barədə bəxtim
gətirib
ki, mənim tələbələrim yaxşı və ən əsası,
istedadlı gənclərdir. Mənim üçün onlarla ünsiyyət qurmaq çox maraq oyadır.
- Yeni dövrdə
kinorejissorluq sahəsi və
teatr rejissoru sahəsi
üzrə
qarışıqlıq yaranmayıb
ki?
- Bunlar ayrı-ayrı sahələrdir. Kino istehsalat sahəsidir. Burada istehsalat üstünlük
təşkil
edir. Lakin teatrda yaradıcılıq
göz qabağındadır.
Bu sahələr bir-birindən
fərqlənir. Mən heç vaxt
düşünməmişəm ki, bir film çəkim. Hal-hazırda bir
ssenari üzərində çalışıram. Əgər o ssenari uğurlu alınsa, təklif
edəcəyəm ona film çəkilsin. Film çəkilsə, təklif
edəcəyəm öhdəlik mənə verilsin. Belə bir niyyət, arzu var.
- Sənət
dünyası və insan həyatı.
Bunların vəhdəti hansı amildir?
- Ən böyük hökmdar
da kimisə sevib. Mən hesab edirəm ki, sevgi hər şeyin açarıdır.
Ən sərt, ən qəddar insan da sevgi sahəsində yola gətirilir. Həyatda və
sənətdə sevgi çox böyük amildir. Həyatında sevməsən, yaşaya bilməzsən.
Sənəti sevməsən ucala bilməzsən. Sevgi tək
kişi və
qadın məhəbbəti
deyil. Birinci olaraq, Vətənə
sevgin olmalıdır.
Sevgi torpaqdır, sevgi anadır, sevgi ailədir
və
nəhayət, sənət sevgisi. İlahi eşqin sevgisi
isə
əvəzsizdir. Mən
belə
hesab edirəm ki, sənətlə həyatın vəhdəti yalnız sevgi ola bilər.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-24 yanvar.-S.12.