“Elmlə məşğul olan gənclər özlərini ölkəmizin
inkişafına sərf etməlidir”
Sübhan Talıblı: “Gənc
alimlərimiz
Azərbaycanın
təbliği
ilə
bağlı xarici ölkələrin
elmi tədqiqat müəssisələrində
və
universitetlərində
çalışırlar”
Bu gün
gənc alimlərimizin elmi nailiyyətləri, dünyaya
çıxışı Azərbaycan
elminin inkişafından xəbər verir. Bütün bunlar dövlətin gənc alimlərə olan diqqət və
qayğısının bariz nümunəsidir. AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun böyük
elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru Sübhan Talıblı da bu diqqət
və
qayğını hiss edən gənc
alimlərimizdəndir. Qeyd
edək ki, S.Talıblı eyni zamanda Şərqşünaslıq
İnstitutunun Gənc
Alimlər və Mütəxəssislər
Şurasının sədri,
eləcə də institutun Elmi Şurasının üzvüdür.
- Dövlət
gənclər
siyasətinin
həyata
keçirilməsi işlərinə
münasibətiniz necədir?
- Qeyd edim ki, dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda gənclərin iştirakına dair tədbirlər planında elm, təhsil və mədəniyyətlə bağlı aşağıdakılar nəzərdə tutulub: elm və təhsil sahəsində gənclərlə işləyən kadrlar hazırlamaq və onların ixtisasını artırmaq, gənclərin problemlərini öyrənmək, gənclər hərəkatında baş verən prosesləri təhlil etmək məqsədilə ali məktəblərin təhsil proqramlarında müvafiq ixtisasların təmin olunması, istedadlı şagird və tələbələrin üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması, elmi-tədqiqat müəssisələrində xüsusi nailiyyətlər əldə etmiş gənc alimlər üçün mükafat və təqaüdlərin təsis edilməsi, beynəlxalq müsabiqələrdə, elmi konfranslarda istedadlı şagird və tələblərin iştirakını təmin etmək üçün tədbirlər görülməsi, ali məktəblərin, elm-tədqiqat müəssisələrinin, xüsusən AMEA-nın laboratoriyalarını müasir avadanlıqlarla tam təchiz etmək üçün beynəlxalq fondların və proqramların imkanlarından geniş istifadə edilməsi. Mədəniyyət sahəsində istedadlı və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən xüsusi dövlət proqramının hazırlanması da bu qəbildəndir. Son günlərdə Avropanın bir sıra ölkələrində Heydər Əliyev Fondu tərəfindən Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbirlərin keçirilməsi də bunun bariz nümunəsidir.
- Gənc
alimlərə
öz potensialını üzə
çıxarmağa hansı imkanlar verilib?
- Bu sahədə, xüsusən Gənclər və İdman Nazirliyinin, Prezident yanında Gənclər Fondunun yaradılması və fəaliyyəti gənclərimizə stimul verir. Gənclər həmin qurumlardan bu və ya digər dərəcədə imkan daxilində faydalanırlar. Ümidvaram ki, bu qurumların gənclərlə bağlı fəaliyyəti daha da genişlənəcək.
- Gənclər
ictimai-siyasi işlərdə
lazımi fəallıq göstərirlərmi?
- Gənclərə maddi və mənəvi dəstək daha da artırılmalıdır. Sosial, mənzil təminatı, elmi ezamiyyətlər, xarici ölkələrə səfərlər, konfrans və simpozyumlarda iştirak, beynəlxalq və tədqiqat mərkəzlərinə inteqrasiya, elmi əsərlərin nəşr olunması, bu sahələrə aid dövlət layihələrinin elan olunması, ümumrespublika və beynəlxalq səviyyəli konfransların təşkili, eləcə də konfransın məruzələrinin ingilis, Azərbayacan və digər dillərdə çapı və s. məsələlər həyata keçirilməlidir.
Yaxşı olardı ki, ictimai-siyasi işlərə Azərbaycan gəncliyi bütünlükdə cəlb olunsun. Buraya Azərbaycanın bütün bölgələrindən olan gənclər cəlb olunmalı, mətbuatda gənclərlə bağlı mütəmadi yazılar yazılmalı, gənc alim və tədqiqatçılara önəm verilməli, telekanallarda gənclərlə bağlı, xüsusən gənc intellektuallar üçün verilişlər hazırlanmalı, gənc alimlərə istər sosial, istərsə də maddi vəziyyətinin yaxşılaşdırılması üçün layihələr hazırlanmalıdır. Bir sözlə, Azərbaycan elmi gəncliyi özünü Azərbaycanın inkişafına sərf etməlidir.
- Fərqlənən
gənclər
üçün Prezident
mükafatı təsis olunub.
Bu, gənclərə nə
kimi stimul yaradır?
-Mən
və
təmsil
etdiyimiz institut, eləcə də
AMEA-nın elmi gəncliyi
Prezident İlham Əliyevin bu mükafatı
təsis etməsini alqışlayırıq. Bu mükafat gəncləri
daha da ruhlandırır,
onların yaradıcılıq
və
elmi fəaliyyətini
istiqamətləndirir.
- Bu gün gənclərin Prezidentin ətrafında toplaşması
ilə
bağlı fikirlərinizi bilmək
istərdik...
-Azərbaycan
gənci
olaraq mən də Prezident İlham Əliyevin apardığı siyasi
kursu dəstəkləyir və onun ətrafında birləşməyi məqsədəuyğun hesab
edirəm.
Azərbaycanın
gənc
alimi olaraq inanıram ki, yaxın zamanlarda Prezident tərəfindən dünyaya nümunə olacaq bir addım
- “Gənc
Alimlər
Evi” tikiləcək,
“Elm Tv”si adlı telekanal fəaliyyətə başlayacaq. Mən və
Azərbaycan
alimləri
bunu ümidlə gözləyirik.
- Gənc alim və
mütəxəssislər Şurası gənc alimlərin
elmi yaradıcılığı
istiqamətində hansı işlər görür?
-Akademik Akif Əlizadə AMEA-nın yeni prezidenti seçildikdən sonra AMEA-da islahatlar
həyata
keçirməyə başladı. Bu islahatlar
AMEA-da çalışan
gənc
alim və əməkdaşlara da
şamil olundu.
AMEA-nın Rəyasət Heyətinin
2013-cü il 17 oktyabr tarixli qərarından
sonra 42 elmi müəssisə və
təşkilatda
gənc
alim və mütəxəssis şuraları
yaradılıb. 27 dekabrda AMEA Gənc Alim və
Mütəxəssislər Şurasının təsis konfransı keçirilib.
Məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların
elmin inkişafındakı
rolunu daha da artırmaqdır.
Burada gənc
alimlərin
mənzil
və
sosial problemləri, xarici dil biliklərinin artırılması, xarici
elmi jurnallarda məqalələrinin nəşri, xarici konfranslarda iştirakının təmin olunması, AMEA-nın müvafiq institut və
mərkəzləri ilə xarici ölkələrin
institut, elm və tədqiqat
mərkəzləri ilə əməkdaşlıq, gənc
alim, tədqiqatçı və
doktorantların kitab, məqalə və
xarici elmi konfrans və
elmi ezamiyyətlərdə
iştirakının təmin olunmasına yardım göstərmək və
s. işlər
nəzərdə tutulub.
- Gənc alimlər Azərbaycanı
beynəlxalq
tədbirlərdə yetərincə təmsil
edirlərmi?
-Hazırda gənc alimlərimiz Azərbaycanın
təbliği
ilə
bağlı tarix, siyasi və
ictimai elmlər, dəqiq
elmlər
və
s. sahələr üzrə
xarici ölkələrin elmi tədqiqat
müəsissələri və universitetlərində çalışırlar. Bu fəaliyyətlərin hamısı
Azərbaycan
mədəniyyətinin inkişafında önəmli yer tutur. Əsasən, gənc alimlərimiz beynəlxalq
tədbirlərdə iştirakı
daha da artırmalıdır. Bu işə Azərbaycanın
müvafiq dövlət qurumları, Gənclər
və
İdman Nazirliyi, Prezident yanında Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər
Fondu, Azərbaycan Xarici
İşlər
Nazirliyi, elmin müxtəlif
sahələri üzrə
araşdırma aparan yerli və
xarici mütəxəssislərin
də
cəlb
olunması və iştirakı məqsədəuyğun
olardı.
Gənc alimlərin beynəlxalq
tədbirlərdə iştirakını
artırmaq üçün
öncə
maddi cəhətə, digər
tərəfdən də keyfiyyət
məsələsinə
də
diqqət
yetirmək
lazımdır.
Fuad Hüseynzadə
Palitra.-2014.-24
yanvar.-S.7.