UNESCO tərəfindən İçərişəhərə gücləndirilmiş
mühafizə statusu verilib
Nazirlər Kabineti yanında
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2013-cü il üzrə fəaliyyəti barədə hesabat toplantısı
keçirilib. “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir
Nuriyev 2013-cü ildə İdarənin
əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, “İçərişəhər” və
“Qala” qoruqlarının beynəlxalq standartların
tələblərinə
uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə
həyata keçirilmiş işlərdən
danışıb. Qoruqların tarixi-memarlıq
görkəminin
qorunmasının milli-mədəni irsimizin
təbliğindəki önəmini vurğulayan
idarə rəisi bildirib
ki, 2013-cü ildə
də dünya və
ölkə əhəmiyyətli
abidələrdə bərpa
və
konservasiyası işləri
idarənin əsas prioritetləri kimi
qalıb. Belə
ki, Qız Qalasında 2009-cu ildən başlayan
konservasiya işləri
tamamlanıb, abidənin
daxilində beynəlxalq standartlara
cavab verən
yeni muzey
ekspozisiyası yaradılıb. Ötən
ilin uğurları sırasında
“İçərişəhər” DTMQİ-nin
“Xarici ölkə
tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması”
nominasiyasında “Mədəni irsin
qorunması və onun dəyərinin
artırılmasına görə-“Italian
Heritage Award” nüfuzlu beynəlxalq
mükafata layiq
görülməsi xüsusi qeyd edilib. Bundan əlavə, UNESCO tərəfindən
İçərişəhərə
Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə gücləndirilmiş
mühafizə statusu verilib ki, bu da
Azərbaycanın zəngin tarixi-memarlıq
irsinin beynəlxalq
ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilməsinin
göstəricisidir.
İclasda daha sonra İdarənin
tabeliyindəki
qurumların rəhbər şəxsləri hesabatları ilə
çıxış edərək, öz
sahələri üzrə keçən ildə görülmüş
işlərdən
danışıblar. Sonda İdarə
rəisi cənab Samir
Nuriyev “İçərişəhər” Dövlət
Tarix Memarlıq Qoruğu
İdarəsinin
2014-cü il üçün
əsas məqsəd və
vəzifələrindən,
qarşıda duran hədəflərdən bəhs
edib, İdarənin
qurumlarının rəhbərlərinə
müvafiq tapşırıqlar verib.
Nigar
Palitra.-2014.-25 yanvar.-S.10.