“Musiqinin
inkişafı ölkəmizdə yüksək səviyyədədir”
Dosent Gülağa Zeynalov:
“Musiqi məktəblərinin təmir olunması və ali musiqi məktəblərinə xüsusi diqqət gələcək musiqi mədəniyyətimizə bir bəxşişdir”
Müsahibimiz Azərbaycan
Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
Musiqi Sənəti
fakültəsi
Xalq Çalğı
Alətləri kafedrasının müdiri,
dosent və universitetin
Xalq Çalğı
Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru Gülağa Zeynalovdur:
-Gülağa müəllim,
20 ilə
yaxın bir dövrdə
rəhbərlik etdiyiniz Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
orkestrinin fəaliyyəti hansı yaradıcılıq
yolu keçib?
- Şahidi olduğunuz kimi , Azərbaycan
Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
90 illik yubileyi ərəfəsində olan konsertlər, tədbirlər demək
olar ki, respublikanın diqqət mərkəzində idi. Bu tədbirlərdə universitetin
Xalq Çalğı
Alətləri Orkestri bir neçə səpkidə iş aparmışdır.
Belə ki, orkestr özü konsertin açılışında tək nömrə
kimi təqdim olundu.
Sonra “Qarabağ şikəstəsi”ni
beş ifaçı ilə
müşayiət
etdi. Çünki adətən, “Qarabağ şikəstəsi”ni üç ifaçı ifa edir. Məncə, bu maraqlı
alındı. Bundan sonra
musiqisi Eldar Dadaşova, sözləri isə
Sona İbrahimovaya aid olan Odanı mənim
dirijorluğumla xor, orkestr və
solistlər
təqdim
etdik. Konsertin finalında isə yenə
də
həmin
orkestr rəqs kollektivini
müşayiət
etdi. Mən bir neçə yeni musiqi nömrəsini alətlərin səs
çalarlarına görə işlədim
və
biz onu tamaşaçılara
təqdim
etdik. Hər halda bu iş
təqdirəlayiq hesab olundu. Çünki hələ də
məni
təbrik
edirlər.
Mən çalışdım ki, bu tədbirdə biz universiteti özümüzə layiq bir şəkildə təmsil
edək.
Mən, artıq
uzun illərdir ki, Xalq Çalğı Alətləri kafedrasına rəhbərlik edirəm. Universitetə gəldiyim
ilk gündən
mən
həm
də
Xalq Çalğı
Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərməyə başladım.
Artıq
20 ilə
yaxın bir müddət
ərzində bizim bir çox
konsertlərimiz
və
yaradıcılıq işlərimiz keçirilib. Demək olar ki, universitetin bütün fakültələri ilə
bizim birgə əməkdaşlıq etdiyimiz
tədbirlər olub. İstər Üzeyir Hacıbəyli, istərsə də
Fikrət
Əmirovla bağlı bütün yaradıcılıq sahələri, o cümlədən də
Qərb
bəstəkarlarının
da əsərlərinə
müraciət
etmişik. Keçirilən tədbirlər ərəfəsində
çalışırdıq ki, orkestrin ifalarında
həmin
bəstəkarların yaradıcılığını, zövqlərini
dinləyicilərə çatdıra
bilək.
Əminəm ki, biz bu işin öhdəsindən gəldik.
Ötən 20 il ərzində orkestrda
yetişən
ifaçılardan bir
çoxu bu gün respublikanın fəxri
adlarına layiq görülüblər.
Onların arasında Xalq
artisti, Əməkdar artist adını alanlar da var ki,
hətta
respublika səviyyəsində keçirilən
müsabiqələrin laureatları və telekanallarda keçirilən mahnı müsabiqələrinin iştirakçıları
da universitetimizin tələbəsi olaraq orkestrlə
ifa ediblər. Bu illər
ərzində hər
dövrün öz repertuarı və musiqi baxışı olub.
- Gənc ifaçıların
musiqi seçimləri və
ifalarında müəyyən çalarlar
əlavə etmələri haqqında nə deyə bilərsiniz?
- Musiqinin yaradıcılıq
yolu bir neçə
qoldan ibarət olub. İfaçılar müxtəlif
yönlü musiqilərə müraciət edirlər.
Bəzən ifaçı bəstələnən musiqini not əsasında öyrənir və
repertuarına daxil edir. Ancaq xalq musiqisinə müraciət
edəndə musiqiyə
yanaşma fərqli xüsusiyyətli
olur. Xalq musiqisi əsasən təbiiliyi
və
olduğu kimi ifa olunmağı sevir. Yəni, bəzi
ifaçılar xalq musiqisini olduğu kimi təqdim
edir. Burada ifaçı əlavələr və musiqi təsəvvürləri göstərmirlər. Lakin bəzi
ifaçılar da var ki, istər bəstəkar, istərsə də
xalq mahnılarını
ifa edərkən
hər
bir musiqiyə müxtəlif zövqlər
əlavə edirlər.
Bu da müəyyən yaş dövrünə
təsadüf
edir. İstər gənc
çağlarında, istərsə də orta yaş həddində olan musiqiçilərin musiqiyə
baxışları başqa
olur. Bu da
özünü hər bir ifa tərzində göstərir.
Bizim əsas
işimiz hər bir musiqiyə müasir
yanaşmaq və düşünülmüş şəkildə dinləyicilərə təqdim etməkdir.
Universitetimizdə tək
xalq çalğı
alətləri, orkestr sənəti deyil, bütün alətlər və
incəsənətə
xas olan bütün sahələr tədris olunur. Bunlardan musiqi sahəsini
götürsək,
skripka aləti, fortepiano, xanəndəlik, estrada müğənniliyi, xoreoqrafiya, musiqişünaslıq,
aşıq yaradıcılığı,
sənətşünaslıq,
digər
sahələrə nəzər salsaq, rəssamlıq,
aktyorluq, rejissorluq ixtisasları geniş şəkildə tədris
olunur. Mədəniyyət və
İncəsənət Universiteti
deyəndə artıq başa düşülür ki, bütün sahələr bu universitetdə
cəmlənib. Burada bir sual doğur.
Nəyə görə?
Çünki Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası kimi ali təhsil ocaqlarımız var ki, burada yalnız
musiqi ixtisasları tədris
olunur. Musiqinin dünəni,
bu günü, sabahı və inkişafı
araşdırılır. Ancaq bizim universitet çoxşaxəlidir.
Bir nüansı
qeyd etmək istəyirəm ki, incəsənətin elə sahələri var ki, orada
musiqi birinci plana keçir, aparıcı rol oynayır. Amma incəsənətin elə sahələri də
var ki, musiqi
ikinci plana keçir. Bunun özünün də
müəyyən maraqları var. Məsələn,
tamaşanın musiqi tərtibatı,
yaxud hər hansı
bir tədbirdə
müşayiət
olunacaq musiqi seçimi və s.
- Musiqi aləminin
insan həyatında olan
inkişafı və rolunu necə
izah edə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycanda
hər
kəs
musiqini sevir. Bir nüansı da qeyd etmək
istəyirəm ki, musiqi ilə bağlı dövlətimiz də
çox böyük işlər
görür. Musiqinin inkişafı
ölkəmizdə yüksək
səviyyədə gedir.
Buna əsasən gəncliyin
marağı və cəmiyyətdə incəsənətin
təbliği
çox böyük əhəmiyyət daşıyır. Musiqi
məktəblərinin təmir olunması və ali musiqi məktəblərinə
xüsusi diqqət gələcək musiqi mədəniyyətimizə bir bəxşişdir.
Musiqinin insan həyatında inkişafına gəlincə, bir anlıq nəzər yetirsək görərik ki, musiqi dünyasının bir çox dilləri var. Əgər körpə qığıldanmağa başlayırsa ən sadə formada da olsa onun öz musiqisi olur. Yaxud, məktəbəqədər təhsil alırsa, həm xalq yaradıcılığında, həm də bəstəkar yaradıcılığında kifayət qədər repertuar seçimi var. Uşaq musiqisinin repertuarında birbaşa olaraq çox sadə şəkildə uşaqlarda həm diksiya formalaşır, həm ritm münasibətləri həll olunur. Sonrakı mərhələlərdə ibtidai sinif və musiqi məktəblərinin təhsili xüsusi əhəmiyyət daşıyır. Mən həyat təcrübəmə əsaslanıb deyirəm ki, musiqi hər bir insanın inkişafında müəyyən mərhələlərdən keçir. Buna da bəziləri əhəmiyyət verir, bəziləri əhəmiyyət vermir.
Musiqi elmlərinə vaqif olmaq üçün eşitmə, zövq, zövqlərdə düşünmə, yenilik təsəvvürlərinə və yaradıcılıq amillərinə sahib olmalısan. Bunların hamısına sahib olmusansa, artıq sən inkişaf etməlisən. Burada, artıq diqqətin paylanma mexanizmi var.
Musiqinin inkişaf dövründə əvvəlcə öyrənirik, sonra öyrədirik. Üçüncü proses isə, öyrətdiklərimizdən öyrənirik. İnkişaf əsas burada olur. Bu günə qədər musiqimizə kim nə töhfələr veribsə, çox sağ olsun. Biz bundan sonranı gözləyirik ki, yeni töhfələr daha yüksək səviyyədə olsun.
- Tələbələr
dərs
olaraq orkestrə daha çox üstünlük verir, yoxsa ixtisas fənnə?
- Orkestr də bir fəndir və tələbələrimiz burda çox maraqla iştirak edirlər. Hər bir alətin öz səs diapazonu var. Adətən “orkestrofka” deyəndə, lazım olan səs diapazonunda hərəkət etmək lazımdır. Kamançada, tarda, qarmonda, balabanda, tütəkdə, zurnada və başqa alətlərdə də musiqi bir cür səslənir. Mən orkestrdə müəyyən qədər çox zərb alətlərinə müraciət edirəm. Hər bir alətin ifaları bir vəhdət daşımalıdır ki, forma və məzmun etibarilə maraq yaransın.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-28 yanvar.-S.13.