Rəsm əsərlərində həyatın mənasını axtaran gənc rəssam
Məryəm Ələkbərlinin təkcə Bakıda deyil, İstanbul, Ankara, Berlin, Paris, Roma,
Moskva kimi şəhərlərdə də sərgiləri təşkil edilir.
Layihə
çərçivəsində
yazımız istedadlı gənc rəssam
Məryəm
Ələkbərli
ilə
bağlıdır. Müasir İncəsənət
Muzeyində istedadlı gənc rəssam
Məryəm
Ələkbərlinin
fərdi
sərgisi
açılıb.
“YARAT!” Müasir
İncəsənət Məkanının
rəhbəri, istedadlı gənc rəssam Aida
Mahmudovanın təşkilatçılığı
ilə
açılan sərgidə Məryəm
Ələkbərlinin əsərlərinin
Müasir İncəsənət Muzeyi tərəfindən
nəşr olunmuş yeni kataloqu da təqdim edilib.
Mədəniyyət
və
incəsənət
xadimlərinin,
ictimaiyyətin və KİV
nümayəndələrinin iştirak etdikləri sərginin
açılışında çıxış edən
Aida Mahmudova deyib: “Məryəmin
əsərlərində
çox güclü
müsbət energetika var.
Çoxsaylı elementləri
özündə cəmləşdirən
bu işlər
güclü emosiyalar doğurur”. A.Mahmudova vurğulayıb ki, hələ gənc
olmasına baxmayaraq, sənət
aləmində yetərincə tanınmış
Məryəm Ələkbərlinin əsərlərinin sərgisi
dünyanın bir sıra məşhur incəsənət
mərkəzlərində
keçirilib. “Bu
qızın daxilində
güclü bir istedad gözlənir.
O, öz işləri
ilə həmin istedadı tədricən bizim
üçün açır” - deyən Aida
Mahmudova qeyd edib ki, Məryəm
Ələkbərli Paris
Ali İncəsənət Məktəbində təhsil alır: “Onun
əsərləri insana ruh verir, mən ona
daha böyük
yaradıcılıq uğurları, enerji,
hər işində ilham
arzulayıram. Demək
istəyirəm ki,
o, heç vaxt təslim
olmamalı və həmişə öz
arzularını gerçəkləşdirməlidir”. Baş nazirin müavini, Xalq
yazıçısı Elçin Əfəndiyev deyib: “Hər
bir parlaq incəsənət
əsəri nadir
hadisədir. Lakin indiki halda
bu nadirlik xüsusi cəhətlərə
malikdir. Məryəm Ələkbərlinin işlərində
nə isə bir
əsrarəngizlik var və
bu əsrarəngizlik bizim həyatımızla,
hisslərimizlə
bağlıdır”. Gənc
rəssamın əsərlərinin
rəngarəngliyi, mövzu və
rənglərin bənzərsizliyi ilə
seçildiyini vurğulayan
Elçin Əfəndiyev
deyib ki, bu işlərin
birində natürmortlar, əlvan
çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular
əks olunub: “Məryəm Ələkbərlinin rəsm
əsərlərində
sanki həyatın
mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun
işləri həm peşəkar rəssamların, həm də incəsənət
pərəstişkarlarının
böyük marağına səbəb olur”.
Yazıçı Elçin bu sərginin
təşkil edilməsində Aida
Mahmudovanın da böyük
rolunu vurğulayıb: “Aida
Mahmudova istedadlı rəssam olmaqla bərabər, həm də gözəl təşkilatçıdır.
Bu xüsusiyyətlərə insanlarda nadir hallarda birgə rast
gəlinir. Bugünkü sərgi
Aida Mahmudovanın təşkilatçılıq işinin gözəl
nümunəsidir”.
İndiyə
qədər
onun rus, ingilis, fransız, alman və
yapon dillərində
albomları buraxılıb
Məryəm Ələkbərli erkən yaşlarından rəsm çəkməyə başlayıb. Hazırda təkcə Bakıda deyil, İstanbul, Ankara, Berlin, Paris, Roma, Moskva kimi şəhərlərdə də onun sərgiləri təşkil edilir. İndiyə qədər onun rus, ingilis, fransız, alman və yapon dillərində albomları buraxılıb. Məryəmin müxtəlif janrlarda yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir. Məryəm öz əsərlərində görüb-duyduğu dünyanı məhəbbətlə əks etdirir. İncəsənət aləmində kimisə heyrətləndirmək çətindir. Məryəm Ələkbərlinin məşhur incəsənət xadimlərinin diqqətini cəlb etməsi, onların rəğbətini qazanması bizdə qürur hissi oyadır.
Xalq artisti, kinorejissor Eldar Quliyev Məryəm Ələkbərlinin yaradıcılığından söhbət açaraq deyib: “Məryəm Ələkbərli Azərbaycanı bundan sonra da xarici ölkələrdə layiqincə təmsil edəcək və hər birimizi sevindirəcək. İstedadlı gənc rəssamın əsərləri, demək olar, Avropanın əksər ölkələrində nümayiş olunub, fərdi sərgiləri keçirilib. Mən onun əsərlərinə həm peşəkarların, həm də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Onun mənəvi dünyası zəngin və şəndir. Məryəm Ələkbərlinin əsərləri insanları xeyirxahlığa səsləyir. Bu əsərlərə tamaşa edəndə insan daxilən bir rahatlıq tapır. Onun yaratdığı portretlər qeyri-adidir və heç kimə bənzəmir. Bunlar yalnız Məryəm Ələkbərlinindir. Çox şadam ki, bizdə belə bir gənc rəssam vardır. Əminəm ki, o, bizləri - özünün pərəstişkarlarını bundan sonra da öz əsərləri ilə təəccübləndirəcək və sevindirəcəkdir. Mən özümü onun yaradıcılığının pərəstişkarlarından hesab edirəm”. Məryəmin öz daxili aləmini zəngin rənglər vasitəsilə ifadə etmək qabiliyyəti onun yaradıcılığının fərqləndirici cəhətidir.
“Sərgidə
nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir”
Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov deyir: “Burada nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu əsərlərin hamısı Məryəmin təbiəti, dünyası və onun fəlsəfəsidir. Sərgidə nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Mən onun bir neçə sərgisini görmüşəm. Hesab edirəm təbiət Məryəmi elə yaradıb ki, onun öz əsərlərini yaratmağında heç bir çətinliyi yoxdur. Onun əsərləri təbii yaranır. Ən əsası odur ki, Məryəm Ələkbərli bir rəssam kimi tamamilə azaddır. İnsan ancaq uşaqlıqda sərbəst və azad olur. İllər keçdikcə, insan o sərbəstliyi axtarır, çox çətin yollarla o sərbəstliyə yaxınlaşır. İstedadlı gənc rəssam Məryəm Ələkbərli isə artıq belə bir sərbəst vəziyyətdə yaşayır və yaradır. Bu sərgi, gördüyüm sərgilərdən ən gözəlidir”. Məryəm Ələkbərli forma və rənglərdən cəsarətlə istifadə edərək özünün parlaq və harmonik dünyasını yaradır.
“Məryəm
Ələkbərlidə
sərbəstlik,
müstəqillik və sənətkarlıq
xüsusiyyətləri cəmləşib”
Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun fikrincə, Məryəmin rəsmləri heyrət doğurur: “İstedadlı gənc rəssam Məryəm Ələkbərlidə sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşib. Bu, çox mürəkkəb məsələdir. Onun əsərləri heyrət doğurur”. O, bildirib ki, istedadlı gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar səviyyəsində ifadə etmək mənim üçün həqiqətən çox gözlənilməzdir: “Məryəm Ələkbərli öz əsərlərində gördüyü və hiss etdiyi dünyanı sevgi ilə əks etdirir. İncəsənət aləmində kimisə təəccübləndirmək çətindir. M.Ələkbərli isə hər dəfə öz əsərləri ilə bizi təəccübləndirir. O, nadir istedaddır. Gənc rəssamın kətan üzərində yaratdığı rəsmlər onun hisslərini, istəklərini, bu dünya haqqında düşüncələrini əks etdirir. Onun yaradıcılığının görkəmli rəssamların rəğbətini qazanması qürur hissi doğurur. Məryəm Ələkbərli kimi istedadlı gəncimizlə fəxr edirəm”. Tanınmış incəsənət xadimləri də Məryəm Ələkbərlinin əsərlərini yüksək qiymətləndiriblər. Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev vurğulaıyıb: “Bu sərgi məni tamamilə valeh elədi. Ona görə ki, bugünkü sərgi azad bir insanın azad hisslərini nümayiş etdirir. Mən çox şadam, fəxr edirəm ki, bu gözəl insan belə hisslərlə yaşayaraq, onu tablolarda göstərə bilir”. Sərgidə Məryəm Ələkbərlinin 50-yə yaxın əsəri nümayiş etdirilir. Ekspozisiya fevralın 8-dək davam edəcək.
Anar Miriyev
Palitra.-2014.-28 yanvar.-S.12.