Nümayəndələrimiz
Birinci Asiya Gənclər Konqresində fəal iştirak edib
Yanvarın
20-dən
26-dək
Malayziyanın Saravak ştatının Miri şəhərində
UNESCO-nun Dünya Xalq Yaradıcılıq Təşkilatının
və
Malayziyanın “Curtin” Universitetinin
birgə
təşkilatçılığı
ilə
“Asiyanın dadı – mədəniyyətə
səyahət,
mədəni
anlaşma yolu ilə
Asiyada sülh” mövzusunda Birinci Asiya Gənclər
Konqresi keçirilib.
Konqresdə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Konqresin plenar sessiyasında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov milli mətbəximiz mövzusunda məruzə ilə çıxış edib, xalq yaradıcılığı üzrə mütəxəssis Minarə Quliyeva isə milli aşpaz geyimlərimiz ilə bağlı diskussiyaya qatılıb.
Konqresdə Azərbaycanın Mətbəx Mədəniyyəti Günü də keçirilib.
Mərasimin açılışında çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev xalqımızın zəngin mədəniyyəti, dünyaya mədəniyyətlərarası dialoq və tolerantlıq sahəsində verdiyi töhfələr, ölkəmizdə əsrlər boyu müxtəlif milli və dini mənsubiyyətə malik insanların qarşılıqlı hörmət və sülh şəraitində yaşaması haqqında danışıb. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qədim və zəngin mədəniyyətinin qorunması, dünyada sülhə, qarşılıqlı anlaşmaya nail olmaq üçün mədəniyyətlərarası dialoqun intensivləşdirilməsi istiqamətində həyata keçirdikləri məqsədyönlü fəaliyyət barədə iştirakçılara məlumat verilib.
Mərasimdə T.Əmiraslanov Azərbaycanın zəngin mədəniyyətinin tərkib hissəsi olan milli mətbəximiz haqqında geniş məlumatla çıxış edib.
Azərbaycanlı aşpazlar tərəfindən hazırlanmış dadlı təamlarımız iştirakçılara təqdim edilmiş, xalqımızın milli geyimlərindən ibarət kolleksiya gənc modelyerlərimiz tərəfindən nümayiş olunub.
T.Əmiraslanovun müəllifi olduğu “Azərbaycanın milli mətbəxi” kitabının təqdimatı keçirilib və iştirakçı ölkələrin nümayəndə heyətlərinə paylanılıb.
Mərasimdə Azərbaycan haqqında film nümayiş olunub.
Mərasim zalında ümummilli lider Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini, xilaskarlıq missiyasını özündə əks etdirən fotostend və kitablar, eyni zamanda, videomateriallar nümayiş etdirilib.
Prezident İlham
Əliyevin rəhbərliyi altında
ölkəmizin hərtərəfli
inkişafını, böyük nailiyyətlərini əks
etdirən məlumat vəsaitləri mərasim
iştirakçıları tərəfindən böyük
maraqla qarşılanıb.
Palitra.-2014.-28 yanvar.-S.7.