“Polşada
minə yaxın azərbaycanlı tələbə təhsil alır”
Məhərrəm Qarayev: “Avropa ölkəsi üçün belə yüksək rəqəmin ərsəyə gəlməsinin əsas səbəblərindən biri Polşa ilə Azərbaycan arasında olan isti münasibətlərdir”
“Polşada azərbaycanlı tələbələr üçün təhsil haqqı başqa
Avropa ölkələrinə nisbətən aşağıdır”
Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Son illər həyata keçirilən tədbirlər gənclərin ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Burada xaricdə təhsil alan gənclərimizin də mühüm rolu var. Müsahibimiz Polşada yerləşən Varşava Sosial Psixologiya Ali Universitetinin Biznesin idarə edilməsi fakültəsinin tələbəsi Məhərrəm Qarayevdir:
- Mən
1994-cü ildə Tovuz rayonunda anadan olmuşam, ilk təhsilimi
də elə həmin rayonda almağa başlamışam. 2011-ci ildə məktəbi
müvəffəqiyyətlə bitirdikdən
sonra Azərbaycanda
Xəzər Universitetinə daxil
olmuşam. Amma buna baxmayaraq xaricdə oxumaq
həvəsi məni, böyük
çətinlikləri dəf etməyə təhrik
edirdi. İlk müraciət etdiyim Kipr Beynəlxalq Universiteti (Cyprus International University ) idi və o universitetdən
müsbət
cavab aldım. Bir il Kipr Beynəlxaq
Universitetində
oxudum. Daha yüksək
səviyyəli universitetlərdə təhsil
almaq ücün üzümü Polşanın
paytaxtı Varşava şəhərinə tutdum. Polşada yerləşən Varşava Sosial Psixologiya Ali Universitetinə müraciət
etdim. Universitet qəbul
kağızımı göndərdiyi zaman çox sevindim. Hazırda da təhsilimi bakalavr pilləsi üzrə alıram. İxtisasım isə
Biznesin idarə edilməsidir.
- Tələbələrin asudə vaxtının təşkili üçün universitet
tərəfindən yaradılan şəraitlə bağlı nə deyərdiniz?
-Seçdiyim universitetin öndə
duran prioritetlərindən biri də
universitet rəhbərliyinin tələbələrin istədikləri idman növü ilə
məşğul
olmasına lazımi şəraitin
yaradılmasıdır. Bu baxımdan tələbələrin özünü
inkişaf etdirməsi və
formalaşdırması üçün
istədiyi
idman növü ilə
məşğul
olmaq imkanı var. Bu imkandan mən
də
kifayət
qədər yararlanaraq, təhsilimə
başlayan andan idmanın üzgüçülük
növü ilə məşğul
oluram. İdmanla
məşğul
olmaq sağlam bədənə nail olmaq
deməkdir,
necə
deyərlər sağlam bədəndə sağlam ruh olar.
- Oradakı tələbələri
Azərbaycan-Polşa
münasibətləri ilə
bağlı necə məlumatlandırırsınız?
- Tələbələrin
əksəriyyəti Azərbaycan,
eləcə də
Azərbaycan-
Polşa münasibətləri haqqında
çox az
məlumatlıdırlar.
Biz onlara Azərbaycan- Polşa əlaqələrindən danışanda və
xususən
qeyd edəndə
ki, bu yaxınlarda
iki ölkə arasındakı əlaqələrin beş
yüz qırx illiyi qeyd olunub,
tələbələrin
bu haqda marağı daha da artır. Onlar regionun ən
güclü dövlətinə çevrilən
Azərbaycan
haqqında kifayət qədər məlumat
toplamağa maraqlıdırlar.
Mən hər
bir xarici dostumla və
ya qrup yoldaşımla
münasibət
zamanı üstünlüyü
daha çox individual informasiya verirəm. Məncə, bu, daha effektli üsuldur. Onlar bu yolla istədikləri suala rahatlıqla cavab tapa bilirlər. Düşünürəm
ki, bu da
dinamik inkişaf yolunu keçən Azərbaycanımızla
bağlı xaricdə daha müsbət fikirlər yaranmasına kömək ola bilər. Yerli əhalinin
Azərbaycandan
gələn insanlara münasibətinə gəldikdə isə
orada azərbaycanlılara yaxşı münasibət göstərirlər. Çünki azərbaycanlı
gənclərin intellektual səviyyəsi
daha yüksəkdir və
yerli əhali ilə daha yaxşi münasibət
qururlar. Dövlətimiz iqtisadi cəhətdən
daha yaxşı inkişaf etdiyi və
Polşa ilə münasibətləri daha yaxşı olduğu üçün
yerli əhali daha da yaxşı tanıyır.
- Xaricdə təhsil
alan gənclərimiz üçün diaspor fəaliyyəti nə
dərəcədə
önəmlidir?
- Məncə, diaspor fəaliyyəti tələbələr
üçün təhsillərindən sonra ikinci yerdə durmalıdır. Əgər yüksək səviyyədə təhsil alarlarsa bu, onların
Azərbaycan
üçün əldə etdikləri birinci uğurlarıdır,
lazımi dərəcədə diaspor fəaliyyəti göstərməkləri isə onların ikinci uğurla müvəffəqiyyətə imza atmaqları deməkdir. Əgər biz- xaricdə təhsil
alan tələbələr Azərbaycanımızı
inkişafda olan yox, inkişaf etmiş ölkələr sırasında
görmək
istəyiriksə, var gücümüzlə diasporumuza dəstək
olmalıyıq, Vətənimizi tanıtmalıyıq.
- Ölkəmizdə gənclərə xaricdə təhsil
imkanlarının yaradılmasını
necə
qiymətləndirirsiniz?
- Azərbaycanda
uğurlu dövlət gənclər siyasəti
həyata
keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət
nəticəsində Azərbaycan
gəncliyi
yüksək
inkişaf mərhələsini
yaşayır. Bu siyasət, eyni zamanda, müasir
dövrün tələblərinə və
reallıqlarına uyğun
olaraq mahiyyət və
keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Ölkəmizdə həyata
keçirilən
siyasətin
başlıca istiqamətlərindən
biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir.
Məhz bunun nəticəsidir ki, son illər respublikamızda
həyata
keçirilən
tədbirlər gənclərin hərtərəfli inkişafının
təmin
olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi
şərait
və
təminatların
yaradılmasını sürətləndirib, onların
ictimai-siyasi fəallığının
artmasına kömək edib. Bu gün
ölkəmizdə gənclər siyasəti
dövlət
siyasətinin
mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi
ictimai həyatın bütün
bölmələrində aktiv fəaliyyəti ilə
seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə
il ərzində bilavasitə
gənclərlə bağlı
xeyli sayda normativ sənədin qəbul
olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına
yönəldilmiş
mükəmməl qanunvericilik bazasının
formalaşdırılmasından xəbər verir. “2007-2015-ci illərdə Xaricdə təhsil”
proqramı da cənab
Prezidentimiz İlham Əliyevin gənclərlə
bağlı apardığı
siyasətin
nəticəsidir.
- Ümumiyyətlə, fərqli mədəniyyətləri olan bir ölkədə
yaşamaq sizə çətin
deyilmi?
- Polşada təhsil alan azərbaycanlı tələbələrin sayı günbəgün çoxalır. Qərib ölkədə olmağımıza baxmayaraq, Polşa millətinin bizə, qafqazlılara olan səmimi münasibəti bizim burada problemsiz və rahat yaşamağımıza zəmin yaradır. Polşanın ali təhsil müəssisələrində minə yaxın azərbaycanlı tələbə təhsil alır. Düşünürəm ki, Avropa ölkəsi üçün belə yüksək rəqəmin ərsəyə gəlməsinin əsas səbəblərindən biri Polşa ilə Azərbaycan arasında olan isti münasibətlərdir. Birdə ki, burada azərbaycanlı tələbələr üçün təhsil haqqı başqa Avropa ölkələrinə nisbətən aşağıdır. Bu səbəbdən Polşada ali təhsil almağa böyük maraq göstərilir. Belə ki, xarici tələbələr üçün illik təhsil haqqı təxminən 2 -4.5 min dollar təşkil edir.
- Təhsilinizi
başa vurduqdan sonra planlarınız nədir?
- Təhsilimi bitirdikdən sonra isə Azərbaycana qayıdıb öz sahəm üzrə çalışmaq fikrindəyəm. Hədəflərimin məni lazım olan istiqamətə aparacağına ümid edirəm. Məsələyə isə başqa bir aspektdən baxsaq, seçdiyi elm sahəsinə mükəmməl yiyələnmiş ixtisaslı kadrların hansı ölkədə qalıb işləməsi vacib deyil. Əsas məsələ Vətənimizin resurslarından və əsas da insan üzərinə qoyulan kapitaldan düzgün istifadə etməklə inkişaf etmiş Azərbaycan yaratmaqdır. Bu işdə isə inanıram ki, xaricdə təhsil alan gənc kadrlarımız da öz sözünü deyəcək.
Nigar Abdullayeva
Palitra.-2014.-30 yanvar.-S.7.