“İstəyirəm ki, Azərbaycanla Türkiyə arasında film müsabiqələri təşkil edilsin

 

Metin Yücel: “Azərbaycanda film sektoru serial sektorundan çox yaxşı durumdadır

 

Müsahibimiz paytaxt Bakımızın qonağı olan Türkiyənin “Yüceller Film Production” şirkətinin rəhbəri, rejissor Metin Yüceldir. Metin Yücelin Bakıda planlaşdırdığı layihələr haqqında qəzetimizə verdiyi eksklüziv müsahibəsini təqdim edirik:

 

- Mətin bəy, 2015-ci ildə Bakıda hansı layihələri həyata keçirəcəksiniz?

- 2015-ci ildə Azərbaycanda görmək istədiyim layihələrin başında, işğal olunan Qarabağ torpaqları ilə bağlı film layihələri gəlir. Qarabağ haqqında çəkilən bir çox filmlər var. Fərqli nəzər nöqtəsi və fərqli çəkiliş texnikaları ilə işğal olunan Qarabağ torpaqlarımızla bağlı gözəl bir film çəkə bilmək üçün uzun müddətdir ki, Azərbaycan tarixçiləri ilə birlikdə araşdırmalarımı davam etdirirəm.

Yaxşı və həqiqətə uyğun bir film çəkmək üçün işlərim davam edir. Bu mövzu mənim üçün çox vacib olduğuna görə buna xüsusi yanaşıram.

Azərbaycan və türk xalqlarının qədim tarixdən gələn qardaşlığı olduğu üçün Qarabağ mövzusuna bir türk olaraq, öz Vətən məsələm kimi baxıram. Bütün dünyaya Azərbaycanın işğal olunan Qarabağ torpaqlarını, bu işğal nəticəsində verilən şəhidləri yad etmək və ürəklərdə yaşatmaq, yeni nəsillərə ötürmək üçün bu filmi çəkmək çox vacibdir.

İnşallah, Bakıda təqdimatı keçiriləcək “Qaytar pulumu” filmindən sonra bu layihəyə başlayacağam.

Təbii ki, gələcəkdə bədii fimlər, festival filmləri kimi başqa layihələrim də var. Bu filmlərdən biri, Azərbaycanın qədimlərə dayanan köklü bir nəsli haqqında ekran əsərim olacaq. Həmçinin “Bir millət, iki dövlət”, “İlham və Fərizə”, “Xocalı” kimi layihələrimizin adını qeyd edə bilərəm.

- Təqdimatını keçirəcəyiniz filmin gəliri haradandır?

- Çəkilişlərinə 2014-cü ilin iyun ayında Azərbaycanda başlayıb, Türkiyədə davam edib bitirdiyimQaytar pulumu” adlı filmin çəkilişləri üçün lazım olan məbləği öz imkanlarımla təmin etdim. Bəzi firmaların təmin etdiyi məkan dəstəyi və çəkiliş müddətində bu məkan sahiblərinin bizə təqdim etdiyi məkan sponsorluğu xidmətləri, filmi bitirə bilmək üçün çox vacib idi. Ayrıca, filmdə oynayan bəzi aktyorların fədakarlıq edərək, filmdən alacaqları gəlirdən çox, aktyorluqlarını sübut etmək və iki ölkə arasındakı əlaqələrdə iştirak etmə məqsədlərini də unutmamaq lazımdır.

Təbii ki, sponsorun dəstəyi layihələrin gözəl bir şəkildə hazırlanması üçün çox vacibdir. Adətən, film layihələrinə başlamazdan əvvəl, sponsor işləri görülür və çəkilişlərə başlanılır.

Qaytar pulumufilm layihəsi Azərbaycanda gördüyüm ilk layihə olduğu üçün mövzuya çox önəm verib, filmin hər mərhələsinə özüm nəzarət etdim.

Bu səbəbdən, sponsor görüşlərini edəcək vaxtım olmadığı üçün öz imkanlarımla layihəyə başladım və bitirdim.

Təbii ki, maddi sponsor dəstəyi olmadığı üçün çəkilişlər vaxtı çox çətinlik yaşadım. Yeni başlayacağım film layihələrində eyni çətinlikləri yaşamamaq üçünQaytar pulumufilminin nümayişə girməsindən sonra yeni film layihələri üçün sponsor olmaq istəyən firmalarla görüşlərə daha çox diqqət yetirəcəyəm. Hər nə qədər sənət üçün çalışsam da, layihələrin keyfiyyətini artırmaq üçün sponsor dəstəyi çox vacibdir.

- Azərbaycan-Türkiyə bağlılığını nədə görürsünüz?

- Azərbaycan və Türkiyə dövlətləri arasındakı əlaqələr tarixi bağlılığımız və eyni köklərdən olmağımız ən yüksək səviyyədə gerçəkləşib. İki ölkə xalqları arasındakı qardaşlıq bağını daha gücləndirmək və “Bir millət, iki dövlət” ifadəsini daha da gücləndirib, iki qardaş ölkə insanını bir-birinə daha da möhkəm bir şəkildə yaxınlaşdırıb, ortaq tarixi bağlarımızı və qardaşlığımızı hər zaman ən yüksək səviyyədə tutmağın lazım olduğuna inanıram.

Həm Azərbaycan Respublikasının, həm də Türkiyə Cümhuriyyətinin tarixinə baxanda, iki ölkənin də bir-birilərinə ən çətin zamanlarda kömək etdiyini görürük. Qardaş qardaşa borc verməz!

Buna misal olaraq, Nuri Paşa əmrindəki ordunun Azərbaycanın Sovetlər Birliyi tərəfindən işğalı dövründə, 1918-ci ildə türk ordusuyla Azərbaycan xalqının köməyinə yetişməsi və işğalın sona çatdırılması, Qurtuluş Müharibəsi vaxtında Türkiyənin dar məqamda Azərbaycanın çox dəyərli dövlət xadimi Nəriman Nərimanovdan kömək istədikdən sonra aldığı cavab iki ölkə arasındakı qardaşlığı ən yaxşı izah edən cümlədir.

Azərbaycanın böyük dövlət xadimlərindən mərhum Nəriman Nərimanov, Qazi Mustafa Kamal Atatürkün kömək istəyinə “Qardaş qardaşa borc verməz” deyərək, Atatürkün istədiyi köməkdən artığını edibQurtuluş Müharibəsi bitənə qədərbu köməyi davam etdirib.

Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün dediyi “Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdirsözünü də gözəl bir nümunə olaraq deyə bilərik.

Azərbaycan-Türkiyə bağlılığına nümunə olaraq, bunu da deyə bilərəm ki, Azərbaycanda getdiyim bəzi rəsmi dairələrdə divarlarda həm Atatürk, həm də türk bayrağıyla, böyük dövlət xadimi Heydər Əliyev və Azərbaycan bayrağını yanaşı görəndə çox duyğulanıram və iki ölkə arasındakı qardaşlıq bağını daha yaxşı başa düşürəm.

- Azərbaycanda öz sahənizə uyğun fəaliyyətə xüsusi əhəmiyyət verirsiniz. Səbəb?

- Bəli. Gördüyüm və görəcəyim bütün işlərdə artıq bir məqsədim var. Mən həqiqi bir türk sevdalısıyam və öz türkcəmizin danışıldığı ata torpaqlarımız olan Azərbaycanı Türkiyə xalqına daha yaxşı tanıtmaq, iki ölkə arasındakı sənət və mədəniyyət əlaqələrini daha da möhkəmləndirmək, Azərbaycanda gördüyüm çox istedadlı aktyorssenari müəllifi namizədlərini Azərbaycan və Türkiyə sənət aləminə qazandırmaq istəyirəm.

Can Azərbaycan” dediyimiz ölkə ilə Türkiyə insanları arasındakı tarixi bağları daha da qüvvətləndirmək və ata torpaqlarımız olan Azərbaycana xidmət etmək məqsədimizdir.

Azərbaycan və Türkiyə arasındakı tarixi baxımdan çox böyük məna daşıyan böyük hadisələri həm bədii film, həm də televiziya serialları olaraq hazırlayıb, nəsildən-nəslə ötürməyi bir ticarət və pul qazanmaq olaraq deyil, bir vəzifə olaraq görürəm.

- Azərbaycanda görülən filmteatr işləri ilə tanış oldunuzmu?

- Bəli. Azərbaycanda filmteatr sektorundan bir çox yoldaşla tanış oldum. Bu yoldaşlardan bəziləri ilə birlikdə çalışdım və çalışmağa da davam edirəm. İnşallah, çalışmağa da davam edəcəyəm. Bu insanlar arasında bütün Azərbaycanın yaxından tanıdığı məşhur və dəyərli sənətçilər də var. Seçmələrdə tanıdığım filmteatr təhsili almayan, amma çox istedadlı olub, gələcəyin aktyorları arasında yer alacaqlarından şübhə etmədiyim çox istedadlı gənclər də var.

Mən gördüyüm bütün işlərdə, xüsusilə yeni istedadları və yeni simaları film sektoruna qazandırmaq üçün çalışıram. Bir rejissor olaraq, istedadlı gəncləri kəşf etmək və bu sektora qazandıraraq, irəlidə onların mükafatlar alan aktyorlar olduğunu görməkdən qürur duyuram. Bunun üçün də hər zaman gənclərin yanında olacaqonlara əlimdən gələn dəstəyi əsirgəməyəcəyəm.

- Bununla əlaqədar olaraq hansı fikirdəsiniz?

- Açığı, bunu demək istəyirəm. Bəlkə də bu sözlərim burada bəzi insanlar tərəfindən səhv başa düşüləcək və reaksiya görəcək. Amma hər nə olursa, olsun öz fikirlərimi söyləmək istəyirəm.

Azərbaycanda çox yaxşı püxtələşən aktyorlar var. Ayrıca, gənclər də çox istedadlı və həvəslidirlər. Teatr səhnələriniz, teatr aktyorlarınız və səhnələrin dekorasiyası həqiqətən çox gözəldir. Azərbaycan teatrı həqiqətən çox yaxşı bir zirvədədir. Azərbaycan xalqının teatra çox böyük marağı və sevgisi var. Teatr həqiqi bir səhnə sənətidir və bu səhnə sənəti sizdə çox inkişaf edib, gözəl yerlərə gəlib çatıb.

Eyni sözləri film sektoru üçün deyə bilməyəcəyəm. Xüsusilə televiziya seriallarında həm aktyorluq, həm də çəkiliş texnikalarında və montajda çatışmazlıqlar var. Bunun başlıca səbəbləri yetərli maddi imkanların və işçilərin olmaması və aktyorların rejissorlar tərəfindən filmdəki rollarına kifayət qədər hazırlanmamasıdır.

Qısa bir film çəkən şəxs özünürejissorelan edir. Ancaq Türkiyədə bir insanın özünü rejissor elan etməsi heç vaxt qəbul edilmir. Rejissorluq, universitetdən məzun olmaqla, ya da bir neçə qısa film çəkməklə deyil, tamaşaçılar tərəfindən qiymətləndirilir. Rejissorluq - çəkiliş qrupunu idarə etmək, aktyorları rollarına hazırlamaq, ssenari yazmaq ən yaxşı səhnəni çəkə bilmək üçün lazım olsa, 30-40 dəfə eyni səhnəni təkrar çəkmək deməkdir.

Məni sevindirən əsas məqam bu oldu ki, azərbaycanlı tamaşaçılarımız davamlı olaraq türk seriallarını izləyirlər. Bu da öz növbəsində bir rejissor olaraq məni çox sevindirir.

İnşallah, burada gördüyüm görəcəyim bütün layihələrdə Azərbaycanın film serial sektoruna töhfə verməyə, azərbaycanlı çəkiliş qrupu işçilərinə bu mövzuda bildiyimiz hər şeyi öyrətməyə çalışacağıq. Azərbaycanda çoxlu istedadlı aktyorlar, ssenari müəllifləri texniki qrup işçiləri var. İnanıram ki, bir neçə il ərzində Azərbaycan serialları filmləri çox yaxşı bir zirvəyə çatacaq. Eynilə teatr sənətində çox yaxşı olduğunuz kimi, film sektorunda da çoxlu uğurlar əldə edəcəksiniz.

- Sizcə, Azərbaycanla Türkiyə film işlərinin ortaq yönləri varmı?

- Azərbaycanda film sektoru serial sektorundan çox yaxşı durumdadır. Gördüyüm qədəriylə film rejissorları serial çəkmirlər. Bunun səbəbinin seriallara ayrılan məbləğin yaxşı bir film üçün kifayət qədər olmadığı deyilir. Mən bu nöqtədə onlarla razılaşmıram. Bütün gəliri dövlətdən gözləmək lazım deyil. Əgər dövlətin verdiyi büdcə azdırsa, onda sponsor dəstəyini təmin etmək lazımdır.

Məncə, dövlət bu mövzuda üstünə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir serialların keyfiyyətini artırmaq üçün televiziya kanallarına məbləğ ayırır.

Türkiyədə dövlət televiziya serialları üçün məbləğ ayırmır. Televiziya serialları üçün lazım olan məbləğ televiziya kanalları tərəfindən ödənilir. Sponsor dəstəyi isə serialların istehsal şirkəti tərəfindən təmin edilir.

Bu kimi səbəblərdən ötrü, türk serialları ilə Azərbaycan serialları arasında o qədər ortaq yön görmürəm.

- Bundan sonrakı arzularınız...

- Bundan sonrakı müddətdə tək arzum var. Ata torpaqlarım dediyim Azərbaycanda səs-səda salacaq gözəl layihələr görməyi arzulayıram.

Azərbaycan Türkiyə arasında bir səfir kimi çalışmaq, iki ölkə xalqları arasında daha möhkəm dostluq qardaşlıq əlaqələri yarada bilmək üçün var gücümlə çalışacağam. Bütün məlumat təcrübəmi azərbaycanlı həmkarlarıma çalışacağım gənclərə öyrətmək istəyirəm. İstəyirəm ki, Azərbaycan ilə Türkiyə arasında ortaq sənət fəaliyyətləri film müsabiqələri təşkil edilsin. Bunun üçün var gücümlə çalışacağam.

Bu gözəl müsahibə ilə çox dəyərli Azərbaycan xalqına Palitraqəzetinin oxucularına düşüncələrimi bildirmək fürsəti verdiyiniz üçün sizə təşəkkür edirəm. Palitraqəzetinin əməkdaşlarına da işlərində uğurlar arzulayıram.

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-13 mart.-S.13.