Gənc tədqiqatçıdan yeni uğurlar
Naxçıvan Dövlət Universitetinin magistrantı İlkin Əsgərin iki kitabı işıq üzü görmüşdür. Qeyd edək ki, biri monoqrafiya, digəri dərs vəsaiti olmaqla hər iki kitab “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur. “Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər” adlı kitab-monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor F.R.Xalıqovdur. Bu kitab müasir Azərbaycan dilində söz yaradıcılığında iştirak edən qeyri-məhsuldar şəkilçilərdən bəhs edir və ümumilikdə 430-dan artıq qeyri-məhsuldar şəkilçini əhatə edir. Bundan əlavə kitabda yer alan şəkilçilərin omonimliyi, sinonimliyi, antonimliyi, söz daxilində işlənmə məqamı, onların mənşəyi göstərilmiş, yaratdığı semantik çalarlar praktik nümunələr üzərində şərh olunmuşdur. Monoqrafiya mövzuya dair aparılmış tədqiatlardan bir sıra yenilik və üstünlükləri ilə diqqəti cəlb edir. Məsələn, müasir Azərbaycan dilində az tədqiq olunmuş “söz-şəkilçilər” ilk dəfə olaraq sistemli və geniş şəkildə izah və tədqiq olunmuş, müvafiq cədvəldə konkret nümunələr verilmişdir. Eyni zamanda dialekt və şivələrimizdə işlənən, söz yaradıcılığı prosesində iştirak edən qeyri-məhsuldar şəkilçilər də linqvistik təhlil müstəvisinə cəlb olunmuşdur. Ümumiyyətlə, İ.Əsgərin “Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər” monoqrafiyası dilimizdə kəmiyyət və keyfiyyət etibarilə qeyri-məhsuldar şəkilçilərdən bəhs edən sanballı və sistemli tədqiqat hesab olunur. Həmçinin kəmiyyət baxımından qeyri-məhsuldar şəkilçilərin yer aldığı ilk böyük tədqiqat əsəridir.Yuxarıda qeyd etdiyimiz kimi, monoqrafiyada 430-dan artıq qeyri-məhsuldar şəkilçi öz əksini tapmış və məhsuldarlığından asılı olmayaraq bir qrup şəkilçi haqqında münasibət bildirilmişdir.
İlkin Əsgərin digər
kitabı cümlə sintaksisindən bəhs edir
və əsasən ali məktəblərin
filologiya fakültəsinin tələbələri
üçün nəzərdə tutulmuşdur. “Cümlə tədrisinin aktual problemləri” adlanan
dərs vəsaitinin elmi redaktoru
filologiya elmləri doktoru,
professor, Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvü
Q.Ş.Kazımovdur. Dərs vəsaiti “Azərbaycan dilinin tədrisi metodikası” ilə əlaqədar
olub, əsasən cümlə sintaksisindən
bəhs edir. Lakin burada sintaksis
bölməsinə daxil olan
bütün mövzular
deyil, orta və ali məktəblərdə şagird
və tələbələrin daha çox çətinliklərlə
rastlaşdığı sintaktik kateqoriyalar, onların oxşar
və fərqli xüsusiyyətləri, işlənmə məqamları,
ifadə etdikləri semantik tutum yer almış və
praktik nümunələr üzərində
linqvistik təhlil müstəvisinə gətirilmişdir.
Sadə və mürəkkəb cümləyə
dair ayrı-ayrı konkret
mövzular-problemlər məqsədyönlü şəkildə
bir-birilə inteqrativ zəmində və orta məktəbin tədris proqramına müvafiq olaraq xarakterizə
edilmiş, onların praktik
əhəmiyyəti konkret olaraq
göstərilmişdir. “Təktərkibli
və cüttərkibli cümlələr”, “qrammatik
cəhətdən cümlə üzvləri ilə
bağlı olmayan sözlər”, “sadə
cümlə”, “mürəkkəb cümlə” və s. kimi mövzu-problemlərə
dair zəruri izahlar,
şərhlər verilmiş, tədris
prosesində qarşıya çıxan çətinliklərin
səbəb və nəticələri, həlli
yolları göstərilmişdir. Eyni zamanda
həm sadə cümlə, həm də mürəkkəb
cümlə təlimində istifadə edilə bilən, təlimin
keyfiyyət göstəricisinin artmasına xidmət edən,
faydalı olan, konkret
mövzuların xarakterinə uyğun olan fəal/interaktiv təlim metodlarının
istifadə imkanları müvafiq olaraq tədrisi nəzərdə tutulan təlim materialına dair
nümunələr üzərində şərh olunmuşdur.
Nigar
Palitra.-2015.-2 aprel.-S.13.